Yüklənir...

Hər bir xanımın bilməli olduğu düzgün intim gigiyenanın 15 qaydası

Hər bir xanımın bilməli olduğu düzgün intim gigiyenanın 15 qaydası
  • Qayda 1: Hər gün

Minimum gündə bir dəfə yuyunun və hər dəfə yuyunmadan sonra təmiz alt paltarı geyinin. Əgər sizdə menstruasiya dövrüdürsə, bezləri dəyişdiyiniz qədər də (ginekoloqlar bezi hər 3-4 saatdan bir dəyişməyi məsləhət görürlər) yuyunmaq lazımdır. 

  • Qayda 2: Su

Həmişə çalışın axar su altında yuyunasınız. Su axınını cinsiyyət orqanına yönəltməklə çalışın su yuxarıdan aşağı axsın, aşağıdan yuxarı vaginaya doğru istiqamətlənməsin. Sprinsləmə (şırınqa) də buraya aiddir. Əlavə olaraq yadda saxlayın: sprinsləmə ziyanlıdır. 

  • Qayda 3: Ancaq əllər

Yuyunan zaman ancaq əllərdən istifadə edin: heç bir qubka, maxer təmizləyici və s. olmaz. Bu vasitələr bədənin təmizlənməsi üçün yaxşıdır, lakin cinsiyyət orqanın zərif dərisinə uyğun deyil.

  • Qayda 4: Xaricdən, lakin daxildən deyil

Yuyunan zaman çalışın ancaq xaricdən cinsiyyət orqanını yuyasınız: vaginal girişin ətrafı, böyük və balaca cinsiyyət dodaqları, klitor ətrafı zona. Vagina daxilini yumaq lazım deyil – vağına özü özünü, kənar kömək olmadan da təmizləyə bilir. Barmaqları vaginaya salmaqla selikli qişanı zədələmək olar və bu narahatlıq yaradacaqdır. Bunu etmək lazım deyil.

  • Qayda 5: İntim gigiyena üçün vasitələr

Hətta su ilə adi yuyunma belə xarici cinsiyyət orqanlarının lazımi şəkildə təmizlənməsinə imkan verir. Əgər əlavə vasitələrdən istifadə etmək sizə rahat və komfortludursa, onların arasından məhz intim zonalar üçün nəzərdə tutulanları seçin. Heç bir halda duş üçün gel, sabun və ya şampundan istifadə etməyin - bu vasitələrin qələvi PH qarışığı vardır. O da həmin nahiyədə qaşınma və iltihab yarada bilərlər. İntim gigiyena üçün vasitəni seçən zaman onun təlimatına diqqət yetirin: həmin vasitələrin müxtəlif yaş qrupları (12 yaşına qədər olan qızlar üçün ayrıdır, qız və qadınlar və 45 yaşdan böyük qadınlar üçün də ayrıdırlar) vardır.

  • Qayda 6:  Bir dəqiqədən artıq olmasın

Yuyunmağa adətən 1 dəqiqədən artıq vaxt lazım olmur – cinsiyyət orqanlarının uzun müddət yuyulmasına ehtiyac yoxdur. Hətta uzun müddət yuyunma mikrofloranı zədələmək və iltihaba yoluxmaq şansını artırı. 

  • Qayda 7:  Sizin dəsmalıniz

Yaxalandıqdan sonra dərini quru və təmiz dəsmalla silin. Bu ancaq sizin şəxsi dəsmalınız olmalıdır (heç bir ailə üzvü ondan istifadə etməməlidir) və bu dəsməlı ancaq cinsiyyət orqanınız üçün işlədin (onunla əli, üzü və s. silmək olmaz).

  • Qayda 8: Alt paltarı

Məsləhətdir ki, pambıqdan olan keyfiyyətli alt paltarı geyinəsiniz. Sintetik materiallardan olan alt paltarları iltihaba səbəbi olur. Alt paltarı ölçüyə uyğun olmalıdır: alt paltarı dəriyə yapışmamalı, sıxmamalı və ya onu sürtməmlidir. Striinqlərdən imtina edilsə daha yaxşıdır: onlar intim sahələrə normal nəfəs almağa imkan vermir. Bu da iltihab və qaşınma yarada bilər.

  •  Qayda 9: Gündə 15 dəqiqə  

Çalışın gündə 15 dəqiqə alt paltarı olmadan gəzəsiniz, daha yaxşısı isə gecə yatan zaman alt  paltarını ümumiyyətlə çıxarmaqdır.

  •   Qayda 10: Ayaqyoluna getmək

Ayaqyolu kağızından istifadə edən zaman irəlidən arxaya və ya vaginadan anus dəliyinə doğru silin (qətiyyən əks istiqamətdə olmaz). 

  •  Qayda 11: Seks və masturbasiya

Əgər fəal cinsi həyat yaşayırsınızsa, onda hər dəfə seksdən əvvəl və sonra yaxalanmaq lazımdır. Əgər masturbasiya edirsinizsə əlləri hər dəfə əvvəl və sonra yuyun. Əgər kənar predmetlərdən istifadə edirsinizsə, əmin olun ki, onlar təmizdir. Masturbasiyadan sonra yuyunun və yaxud intim gigiyena üçün olan gigiyenik salfetlərdən istifadə edin.

  • Qayda 12: Bezlər və tamponlar

Menstruasiya zamanı üstünlüyü tamponlara deyil bezlərə verin. Tamponlardan istifadə etmək, bu həqiqətən zəruri olduqda olar (misal üçün, əgər hovuza getməyə hazırlaşırsınızsa), lakin bu 6 saatdan artıq olmalıdır. Heç bir vaxt tamponla yatmayın.

  •  Qayda 13: Gündəlik bezlər

Ginekoloqlar gündəlik bezlərdən istifadə etməyi tövsiyyə etmirlər, belə ki, onlar bakteriyaların çoxalması üçün ideal mühit yaradır (bezdə isti və nəmlik olur). Əgər sizə gündəlik bezlərdən istifadə etmək rahatdırsa, onları hər 3-4 saatdan bir dəyişin. 

  • Qayda 14: İntim gigiyena üçün salfetlər

Əgər uzun səfərə çıxırsınızsa və yaxalanmaq üçün imkan olmayacaqsa, özünüzlə yola intim gigiyena üçün olan xüsusi salfetlər götürün. Onları supermarketdə və aptekdə asanlıqla tapa bilərsiniz. Cinsiyyət orqanlarının təmizlənməsi üçün adi salfetlərdən istifadə etməyin: onların uyğun olmayan PH tərkibi vardır və eləcə də spirt tərkibli ola bilərlər.

  • Qayda 15: Əgər nəsə yolunda getmirsə ...

Əgər qaşınma, xoşagəlmz iy və ya qeyri adi rənglə (sarı, yaşımtıl) olan ifrazatlar, quruluq, diskomfort varsa – vaxt itirmədən Ginekoloqa müraciət edin