Aybaşıların gecikməsinin 10 səbəbi

Ginekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər. Bu məqalədə biz menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik.

Ətraflı: Aybaşıların gecikməsinin 10 səbəbi
Qızlıq pərdəsi (bakirəlik pərdəsi)

Qızlıq pərdəsi nədir?

Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir.

Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçün bir və ya bir neçə dəliyi vardır. Adətən qızlıq pərdəsində, arasından barmağı və ya tamponu pərdəni zədələmədən keçirmək üçün kifayət qədər böyük dəlik olur.

Ətraflı: Qızlıq pərdəsi (bakirəlik pərdəsi)
Uşaqlıq daxili spiral və hamiləlik

Əgər uşaqlıq daxili spiral gəzdirirəmsə mən hamilə qala bilərəmmi?

Uşaqlıq daxili spiraldan istifadə edən qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Mis spirallardan istifadə edildikdə hamiləliyin əmələ gəlmə ehtimalı il ərzində 1000-də 8 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır.

Təxminən halların yarısında spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir.

Ətraflı: Uşaqlıq daxili spiral və hamiləlik
Erkən menopauza

Erkən menopauzanın (klimaks) səbəbləri və necə qarşısını ala bilərik?

Ölkəmizdə hər 100 qadından üçündə yaşanan erkən menopauza (klimaks) bəzı genetikfaktorlardan və gündəlik həyatımızda etdiyimiz xətalara bağlı olaraq ortaya çıxır. Ölkəmizdə qadınlar orta hesabla 45-48 yaşından menopauza (klimaks) keçirməyə başlayırlar. Ancaq müxtəlif faktorların təsirindən menopauzaya 40 yaşından əvvəl də başlana bilər və bu hal "erkən menopauza" olaraq adlandırılır. Erkən menopauza bütün qadınların kabusudur və ölkəmizdə hər 100 qadından üçündə vaxtsız başlayır.

Ətraflı: Erkən menopauza
Dismenoreya

Dismenoreya  (ağrılı menstruasiya)

Dismenoreya — ağrı və diskomfort ilə müşahidə olunan menstrual (aybaşı) funksiyaların pozulmasıdır. 60-75%-a qədər qadınlar menstruasiyadan əvvəl və menstruasiyalar zamanı xoşagəlməz hisslər keçirirlər. Ağrı ilə müşahidə olunan menstruasiyalar daha çox gənc qızlarda və doğuş keçirməmiş qadınlarda rast gəlinir. Doğuşdan sonra qadınlarda əsasən ümumi xarakterli təzahürlər müşahidə edilir. Adətən, bu vəziyyət nevroz və hormonal çatışmazlığı, çanaq orqanlarının qan ilə dolması (aktiv hiperemiyası) ilə bağlıdır.

Ətraflı: Dismenoreya