Endometrioz

  Endometrioz nədir?

Normada endometri (uşaqlığın daxili qişası) uşaqlıqda yerləşir və onun boşluğunu örtür. Endometri boşluq daxilindən kənarda aşkar edildikdə, endometriozdan söhbət gedə bilər. Qəribədir ki, bu sirli toxuma (endometri) ən gözlənilməz yerlərdə (uşaqlıq borusunda, yumurtalıqlarda, sidik kisəsində, düz bağırsaqda, uşaqlıq boynunda, qarın boşluğunda və hətta burun və gözlərdə də) aşkar oluna bilir.

Ətraflı: Endometrioz
Yumurtalığın kistası

 

 Yumurtalığın kistası nədir?

Kista qişası olan və içi maye ilə dolu çevrəvari törəmədir. Yumurtalığın kistası bir və ya çoxlu (bir yumurtalıqda bir neçə kista) sayda, habelə bir kameralı və çoxkameralı olur. Birkameralı kista daxildən arakəsmələri olmayan adi kisədir. Çoxkameralı kistada daxildən çoxlu sayda arakəsmələr olur. Hesab olunur ki, birkameralı kista çoxkameralı kistadan daha təhlükəsizdir.

Ətraflı: Yumurtalığın kistası
Rezus-faktor nədir?

 

Rezus faktor 

Rezus-faktor - yer kürəsi insanlarının 85%-nin eritrositlərinin səthində olan spesifik qan zülalıdır. O, ana bətnində inkişafımızın 7-8 həftəsində formalaşır. Sizdə bu aşkar olunarsa, onda qanınızı rezus-müsbət (Rh+), aşkar olunmasa (yerdə qalana 15 % insanlarda olduğu kimi) – rezus-mənfi (Rh-) adlandıracaqlar. Qeyd edildiyi kimi, nə mənfi, nə də ki, müsbət rezus-faktor bizim sağlamlığımıza təsir göstərmir. Bu, yalnız hamiləliyin keçirilməsinə və nəticəsinə təsir göstərir.

Ətraflı: Rezus-faktor nədir?
Kolposkopiya: uşaqlıq boynunun müayinəsi

                                                  

 Kolposkopiya nədir?

Kolposkopiya analizdir. Bu analizin köməyi ilə uşaqlıq boynunda və uşaqlıq yolundakı xərçəngəqədərki və xərçəng dəyişikliklərini aşkar etmək mümkün olur. Kolposkopiya proseduru xüsusi alətin – kolposkopun köməyi ilə həyata keçirilir. Bu alət həkimə böyüdücü şüşə altında uşaqlıq boynuna uşaqlıq yoluna baxmaq imkanı verir.

Ətraflı: Kolposkopiya: uşaqlıq boynunun müayinəsi
Vaginizm

                        

Vaginizm - cinsi akt, ginekoloqun baxışı zamanı və hətta tampon yeridilərkən uşaqlıq yolunun əzələlərinin qeyri-iradi sıxılmasıdır.

Bu, tipik qadın patologiyasıdır, buna görə də kişilərdə vaginizm əlamətləri olmur. Xəstəlik fizioloji pozğunluqlarla əlaqəli deyil. Patologiya uşaqlıq yolunun hiperhəssaslığına çevrilən nevroz əlamətlərindən biridir. Ən geniş yayılmış səbəbi keçirilmiş stressdir. Patologiya səmərəli müalicə olunur. Problemdən yaxa qurtarmağın ən səmərəli yolu psixoterapiya və uşaqlıq yolunun əzələləri üzərində nəzarətə yönələn xüsusi tapşırıqlardır. Fiziki çalışmalardan başqa,vaginizmdə seksi qeyri-mümkün edən emosional problemlərin də aradan qalırılmasında pasiyentə kömək etmək lazımdır.

Ətraflı: Vaginizm