Qadınlarda qonoreya: simptomları, müalicəsi

 

Qonoreya nədir və insan ona necə yoluxur?

Qonoreya ən geniş yayılmış və qadınlarda sonsuzluğa gətirib çıxaran veneroloji xəstəliklərdən biridir. Rast gəlmə tezliyinə görə qonoreya xlamidiozdan sonra ikinci yeri tutur. Çox vaxt bu iki xəstəlik eyni vaxtda aşkar edilir. Qonoreyanın törəyidicisi qonokokk və ya Neisseria gonorrhoeaе (N.gonorrhoeaе, neysseriya) bakteriyasıdır. Qonoreyaya yoluxma qonoreya xəstəliyi olan kişi ilə müdafiə olunmamış seks məşğul olan zaman baş verir. Qonoreyanın törəyidicisi xəstə insandan sağlam insana oral, vaginal və anal seksi zamanı keçə bilir. Hamilə qadın doğuş zamanı qonoreyanı uşağa ötürə bilər. Qonoreyanın məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsma llə ya alt paltarından istifadə etdikdə) ötürülməsi nəzəri cəhətdən mümkün olsa da, rəsmi qeydə alınmamışdır.

Ətraflı: Qadınlarda qonoreya: simptomları, müalicəsi
Qadınlarda trixomoniaz

                                                                                                                                                

Qadınlarda trixomoniaz: simptomları və müalicə

 Trixomoniaz nədir və insan ona necə yoluxur?

Trixomoniaz qadın və kişi sidik-cinsiyyət orqanlarının iltihabına səbəb olan geniş yayılmış veneroloji xəstəlikdir.Trixomoniazın törədicisi Trichomonas vaginalis (T.vaginalis, trixomonada) parazitidir. Trixomoniaza xəstə insanla müdafiə olunmamış (prezervativdən istifadə etmədən) seks zamanı yoluxmaq olar. Trixomoniaz vaginal və anal seks zamanı da keçə bilir. Hamilə qadınlar doğuş zamanı bu xəstəliyi uşağa da ötürə bilir. Trixomoniazın məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsmal və ya alt paltarından istifadə etdikdə) ötürülməsi sübuta yetirilməmişdir.

Ətraflı: Qadınlarda trixomoniaz
Mikoplazma və ureaplazma

Mikoplazma və ureaplazma: bunlar nədir?

Mikoplazma və ureaplazma insanda müxtəlif iltihab xəstəliklərini yarada bilən bakteriyalardır. Bu bakteriyaları bütövlükdə 17 növü var. Lakin bu bakteriyaların 5 növü insan üçün daha təhlükəlidir. Onlar bunlardır:  Mycoplasma pneumoniae (ağciyərin iltihabına səbəb olur və bu məqalədə nəzərdən keçirilmir) Mycoplasma hominis, Mycoplasma genitalium, Ureaplasma urealyticum,  Ureaplasma parvum. Ureaplazmanın hər iki tipi (urealitikum və parvus) eyni dərmanlarla mülaicə olunduğundan, həkimlər çox vaxt məhz hansı tip ureaplazmanın aşkar olunduğuna fikir vermirlər. Buna görə də analizlərin nəticələrində çox vaxt bu iki ureaplazmanı bir ayara gətirməklə «Ureaplasma spp» yazılır.

Ətraflı: Mikoplazma və ureaplazma
Qadınlarda cinsi infeksiyalar

 Cinsi yolla keçən xəstəliklər (CYKX)

CYKX çox vaxt simptomsuz və ya zəif ifadəli əlamətlərlə davam edir. Buna görə də cinsi yolla keçən xəstəliyi olan xəstələr bunlara fikir vermir. Son zamanlar insanların əksəriyyətində immun sistemi pozulmuşdur. CYKX-yə yoluxduqda, zəifləmiş orqanizm infeksiyaya müqavimət göstərə bilmir. Bu arada cinsi yolla keçən infeksiya (CYKİ) başlanğıcdan xroniki xarakter alır və CYKX-n əlamətləri şübhəli olur və ya ümumiyyətlə bu simptomlar olmur. CYKX-n nəticələri çox ciddi olur.

Ətraflı: Qadınlarda cinsi infeksiyalar
Cinsiyyət yollarından ifrazatlar

                                                                                          

 

       Cinsiyyət yollarından ifrazatlar: göy qurşağının bütün rəngləri...

       Hansı cür ifrazatlar normal hesab olunur?

İfrazatlar hər bir sağlam qız və qadında müşahidə oluna bilir. Məhz ifrazatların sayəsində uşaqlıq yolunun selikli qişası ölü hüceyrələrdən, bakteriya və selikdən təmizlənir.

Ətraflı: Cinsiyyət yollarından ifrazatlar

Daha çox məqalə...

  1. Göbələk xəstəliyi