Uşaqlıq daxili spiralların hansı növləri mövcuddur?

Uşaqlıq daxili spiral necə təsir göstərir?

Plastik və ya metal (mis, gümüş) spirallar spermatozoidlərə qarşı məhvedici təsir göstərir və onların mayalandırma qabiliyyətini məhv edir. Həmçinin spiral uşaqlığın selikli qişasının xüsusiyyətlərini dəyişir və onu embrionun daxil edilməsi (implantasiyası) üçün yararsız edir.

Tərkibində hormonlar (məsələn, Mirena) olan spirallar yuxarıda göstərilən bütün xüsusiyyətlərə malikdirlər, lakin bundan əlavə, hormonların ləng ifrazı sayəsində uşaqlığın selikli qişasının hüceyrələrinin böyüməsinin qarşısını alır, bu isə aybaşıların tədricən yox olmasına və həmçinin spermatozoidlər və xəstəlik törədən mikroblar üçün uşaqlıq boynunun nüfuz etmə qabiliyyətini dəyişir.

 

Uşaqlıq daxili spiralın hamiləliyin qarşısını alma effekti daimi olaraq saxlanılır (o cümlədən, aybaşılar zamanı da) və yalnız spiralın istifadə müddətinin bitməsindən sonra zəifləyə bilər. Müasir spirallar bir neçə illik istifadə üçün nəzərdə tutulur.

Uşaqlıq daxili spiralların hansı növləri mövcuddur? 

Hansı spirallar daha yaxşıdır?

Müasir uşaqlıq daxili spirallar- ölçüsü böyük olmayan plastik və ya plastik-metal qurğulardır. Onların ölçüləri təxminən 3x4 sm çatır. Adətən spiralların hazırlanması üçün mis və ya gümüşdən istifadə olunur. 

Əksər spiralların zahiri görünüşü “T” hərfinin formasını xatırladırlar. T-yə bənzər spirallar daha fiziolojidir, çünki o uşaqlıq boşluğuna uyğun gəlir.

Müasir dövrdə hormonların əlavə edilməsi ilə ən çox plastik, mis, gümüş spirallardan istifadə olunur: Nova-T, T de Plata 380 NOVAPLUS

  • T Cu 380 A- T-yə bənzər formada olan mis spiraldır. Bu növ spiralın hamiləliyin qarşısını alma effekti, spermatozoidlərin aktivliyini yatırdan və hamiləliyin inkişafının qarşısını alan digər təsirlərə malik olan kiçik miqdarda misin ləng ifrazı ilə izah olunur. Misli spirallardan uzun müddət istifadə oluna bilər (5-10 ilədək)
  • Multiload Cu 375bu növ spirallar, spiralın uşaqlıq boşluğunda etibarlı bərkidilməsinə və onun düşmə riskinə, və bunun nəticəsi kimi hamiləliyin qarşısını alma təsirinin etibarlılığına kömək edən, çıxıntılı yarıoval formaya malikdirlər.
  • Nova-T, T de Plata 380 NOVAPLUS- bu T-yə bənzər formada ola spirallar plastik və misdən (gümüşdən) hazırlanırlar və tərkibində hormonlar yoxdur.
  • T de Oro 375 Gold- T bu spiralın tərkibində 99/000 probalı qızıl mil vardır. 
  • Mirenabu hormonlu uşaqlıq daxili spiraldır. Spiralın tərkibində dayanmadan, lakin çox ləng şəkildə levonorgestrel (hamiləlik zamanı ifraz olunan hormona bənzəyən maddə) ifraz edən konteyner vardır. Belə spiralın istifadə müddəti 5 il təşkil edir.

Bütün qadınlara ideal şəkiildə uyğun gələn “ən yaxşı” spiral mövcud deyil. Hər bir qadın üçün spiral fərdi şəkildə seçilir. Yəni, hər bir qadının öz “ən yaxşı spiralı” vardır.

Əgər qarşınızda spiral seçmək zərurəti vardırsa:

  • Bu məsələni öz etibar etdiyiniz ginekkoloqunuzla müzakirə edin. Ondan onun hansı spirallarla işlədiyini, və hansı spiralları sizə tövsiyə edə biləcəyini soruşun. Həkimin təcrübəsi bağlamanın üzərində və ya instruksiyada oxuya biləcəyiniz təsvirlərdən hər zaman daha dəqiq olur.
  • Spiralı yalnız qiymətinə görə seçmək lazım deyil, çünki ən bahalı spirallar heç də hər zaman ən etibarlı olanları deyillər. Ümumiyyətlə, yuxarıda təsvir olunan bütün spirallar çox effektivdirlər. Buna görə də artıq pul verməyə dəyməz.
  • Müxtəlif tipli spiralların istifadəsindən mümkün yan təsirlərə diqqət yetirin (aşağıda baxın) və mütləq öz həkiminizə xəbər verin, məsələn, siz hormonlu spirallardan istifadə etdiyiniz halda başlaya biləcək aybaşıların “yox olmasından” qorxursunuz. Əksinə, əgər sizdə davamlı və güclü aybaşılara meyliniz varsa, hormonlu spirallardan istifadə etmə imkanına xüsusi diqqət yetirməyiniz tövsiyə olunur.