Yüklənir...

Hamilənin ultrasəs müayinəsi (USM)

Hamilənin ultrasəs müayinəsi (USM)

Hamiləlik dövründə ultrasəs müayinənin qiymətləndirilməsi

Ultrasəs hazırda hamiləlik müayinələrinin ən mühüm hesab olunanıdır. Hamiləlikdə heç bir problem olmasa da müəyyən vaxtlarda müəyyən fasilələrlə ultrasəs nəzarəti aparılır. Hamiləliyin fərqli aylarında ultrasəslə fərqli dəyərləndirmələr aparılır. Məsələn, hamiləliyin ilk aylarında yalnız körpənin kilosu ölçülməz ürək ritmi və uşaqlığın böyüklüyü kimi qiymətləndirmələr aparılır, hamiləliyin 5-ci ayında kilosu, suyu, plasentanın vəziyyəti, orqanların strukturu kimi daha ətraflı qiymətləndirmə aparılır, bunlardan başqa da fərqli aylarda fərqli dəyərləndirmələr aparılır. 

Ultrasəs qiymətləndirməsi ilə təxminən 30-35 faiz uşaqda anomaliya olsa belə bilinməyə bilir. Yəni ultrasəs körpədəki inkişafla bağlı pozuntuların çoxunu müəyyən etsə də hər zaman hamısını müəyyən etməsi imkansızdır.

Ultrasəsinin körpəyə heç bir zərəri yoxdur. Radiasiya baxımından təhlükəsizdir. Tez-tez, yaxud fasilələrlə edilsə belə uşağa hər hansı bir zərər verməz.
 

Hamiləlikdə ultrasəs hansı məqsədlərlə aparılır:

Hamiləlikdə ultrasəs aşağıdakı suallara cavab tapmaq məqsədilə istifadə edilir:

1. Hamiləlik varmı? Normaldırmı? Uşaqlıq içərisindədirmi?
2Uşağın təxmini kilosu nə qədərdir? Həftəsinə görə kilosu, inkişafı normaldımı?

3. Hamiləlik canlıdırmı?
4. Hamiləliyin neçənci ayıdır? Neçə həftəlikdir?
5. Körpənin ənsə qalınlığı normaldırmı?
6. Körpədə bir anomaliya varmı? 18-20 həftələr arasında aparılan ətraflı ultrasəs ilə uşağın orqanlarında inkişafı
7. Uşağın duruşu 
8. Dölün cifti (plasenta) normal inkişaf edibmi? Ciftin yerləşməsiı normala uyğundurmu? Cift doğüm yolunu bağlayırmı?
9. Körpənin baş diametri ayaq uzunluğu normaldırmı?
10. Uşağın suyu normaldırmı?
11. Amniosentez və ya CVS kimi müdaxilələrdə istifadə edilir. 
12. Biofizika profil (BFP) müayinənin  qiymətləndirməsində körpənin hərəkətləri, əzələ tonusu və tənəffüsü qiymətləndirilir.
13. Erkən doğum riski varlığında uşaqlıq ağzı uzunluğu ölçmək.
14. Uşaqlıq yumurtalıqlarda myom və ya kist varmı?
15. Cinsiyyəti nədir?
16. Lazımi hallarda isə doppler araşdırma (qan axını) qiymətləndirilir.

 Ultrasəs nə sıxlıqda aparılmalıdır?

Hamiləliyin vəziyyətinə və müəyyən risklərə görə dəyişməklə, ən azından aşağıda qeyd olunan vaxtlarda keçirilir. Lazım gəlsə daha fərqli zamanlarda da əlavə olaraq tətbiq olunur.
Hamiləliyin ilk aylarında
11-14 həftə arasında
18-20 həftə ətrafında ətraflı ultra səs

32 həftə yaxınlığında
38  həftə yaxınlığında

Ultrasəslə cinsiyyət nə vaxt təyin edilə bilər?

Cinsiyyətin xarici görünüş olaraq 11-ci həftə yaxınlığında fərqlənməyə başlayır amma ultrasəslə bu qədər erkən müəyyən etmək mümkün deyil. Əksər hamilələrdə 15-20 həftələrdə ultrasəslə ayırd etmək olar. Əlbəttə, bunda hər zaman yanılma payı vardır. Həmçinin bəzən uşağın duruşundan dolayı cinsiyyət təsbitini etmək heç mümkün olmaya da bilər.

Mövzu ilə bağlı suallara cavablar.

Ultrasəs hamiləliyə (körpəyə) ziyan verə bilərmi?
Xeyr. Bəzi hallarda tez-tez və çox girmək lazım olarsa heç bir zərəri yoxdur.

Hamilə olduğumu anladıqdan nə qədər sonra ultrasəsə girməyim lazımdır?
Hamilə olduğunuzu anlayır anlamaz müayinə üçün həkiminizə müraciət etməlisiniz. Müayinə zamanı ultrasəsdən də keçiriləcəkdir.

Hamiləlikdə 3 ölçülü və 4 ölçülü ultrasəsə girmək məcburidirmi?
Xeyr. Hamiləlikdə normalda həkiminiz məsləhət görmürsə 3 ölçülü və 4 ölçülü ultrasəs zəruri və lazımlı deyil.

Uşağın ultrasəsdə ürək ritmi nə zaman bəlli olur?
Çox erkən hamiləliklərdə bəlli olmaya bilər. Təxminən 6 həftəlik olanda ultrasəsdə ürək ritmi görülə bilər, doppler ilə səsi eşidilə bilər.