Yüklənir...
Keysəriyyə
Olduqca geniş yayılmış mamaçalıq əməliyyatının adı barəsində müxtəlif rəvayətlər dolaşır – ya Sezar özü belə anadan olmuşdur, ya o hansısa qadının gecikən doğuşunu qılıncı ilə qarnını kəsərək doğum həll etmişdir. Əslində hərfi tərcümə sectio caesarea – “yarılmış yeri kəsirəm”. Bu hissə əməliyyatın sadəcə bir mərhələsini göstərir – ön qarın boşuluğu divarının yarılması və uşaqlıq divarının kəsilməsi. Dəqiq olaraq qeydə alınmış ilk keysəriyyə əməliyyatı Avropada 17-ci əsrdə, Rusiyada isə 18-ci əsrdə baş vermişdir.
Əvvəllər heç bir ağrıkəsici, narkoz, tikiş materialı yox idi, uşaqlıq borusu tikilmirdi, yara olduğu kimi də qalırdı – kəsik nadir hallarda bitişirdi və qadınlar sağ qalırdılar. Çünki keysəriyyə əməliyyatı əsasən uşağın həyatda qalması üçün edilirdi. Adətən doğuşun gecikməsi uşağın həyatı üçün təhlükə törədən zaman bu yola əl atılırdı. Müasir mamaçalıq prioritetlərini dəyişmişdir – bu gün əsas olan ananın sağ qalmasıdır və ananın maraqları xatirinə keysəriyyə əməliyyatlarının sayı artmışdır. Hazırda əməliyyat doğuş zamanı yaranmış ağırlaşmaların, ana yaxud körpənin həyatları təhlükədə olan zaman yardım edilməsi üçün edilir. Əməliyyat artıq planlı şəklə keçir və seçim zamanı artıq xeyli əvvəldən doğumun tarixi məlum olur.
Keysəriyyə üçün göstərişlər:
Mütləq göstərişlər.
Ananın təbii yolla doğması həyatı üçün təhlükəli olması həkimlərə nə fikirləşmək, nə də seçim üçün vaxt buraxmadığı zaman keysəriyyə əməliyyatı icra edilir. Bunu hamiləliyi təqib edən həkim öncədən bilib pasiyentə deə bilər. Yaxud doğumun yaxınlaşması zaman tərs gedən nəsə olarsa hamilə təcili əməliyyata alına bilər. Bu zaman qorxmamalı, panikaya düşməməli və həkimə etibar etmək lazımdır.
— Olduqca dar çanaq – uşaq çanaq dairəsindən keçə bilməyəcək. Çanaq anatomik olaraq dar olur (ölçülərin obyektiv balaca olması) və ya kliniki – məhz ananın çanaq dairəsinin körpənin gələn hissəsinə uyğun olmaması. Çanaq dar olduğu halda yeganə çıxış yolu keysəriyyədir. Ənənəvi olaraq hamilələrdə çanağın ölçülərinin tədqiq edilməsi və dölün ölçülərinin ultrasəs müayinəsi belə vəziyyətlərin ekstremal olmaqdan çıxaraq planlı keysəriyyə əməliyyat halına gəlməsinə səbəb olmuşdur.
— Mexaniki maneələr, doğumun təbii yollarla baş tutmasına mane olan maneələrdir. Misal üçün, boyunluq sahəsində yerləşən uşaqlığın mioması. Bu hamiləlik üçün əks göstəriş deyil, sadəcə keysəriyyə üçün birbaşa göstərişdir. Əlbəttə, daha tez-tez – planlı, çünki mioma nadir hallarda 9 ay ərzində heç nədən yaransın, hamiləliyə qədər həyata keçirilən ultrasəs müayinəsi isə miomatoz kəsimin lokallaşdırılması və onun sürətinin müəyyən edilməsi üçün tədiqatın standart hissəsidir.
— Plasenta previa — plasentanın uşaqlıq boynundan yuxarıda yerləşərək uşağın çıxış yollarının kəsməsi deməkdir. Bu vəziyyət birmənalı şəkildə planlı haldır USM vasitəsi ilə hamiləliyin bütün dövründə müşahidə edilir. Doğum metodunun həlledici diaqnozu ancaq son həftələrdə verilir, əvvəlcədən aşkar edilmiş “gəlmə” öz-özünə də baş tuta bilər ki, plasenta normada uşaqlığın dibindən daha yüksək sahələrə qalxır.
— Plasentanın vaxtından əvvəl ayrılması. Normada plasenta uşağın anadan olması və onun hava ilə nəfəs almağa başlamasından sonra aralanmalıdır. Buna qədər körpə havanı plasenta vasitəsi ilə keçərən ananın qanından alır. Plasentanın qatılaşması körpənin nəfəs almasını mümkünsüz edir və təcili olaraq keysəriyyə əməliyyatının onun həyat maraqları naminə mütləq edir. Ana üçün də plasentanın qatılaşması qanaxma səbəbindən həyat üçün təhlükəli hesab edilir.
— Uşaqlığın təhlükəli dağılması – Ölümcül təhlükəli bir vəziyyətdir. Buna əsas verəcək amillər anamnezdə olan çoxsaylı doğuşlar, eləcə də uşaqlığın qaysaqlarının keçmiş keysəriyyələrdən sonra qabiliyyətli olmamasıdır. Mütəmadi ultrasəs tədqiqatları uşaqlıqdakı doğuşdan əvvəlki və doğuş zamanı olan yaraların vəziyyətini müəyyən etməyə imkan verir. Keysəriyyə təbii yolla doğum üçün əks göstəriş deyil. Uşaqlıq divarının normal şəkildə əzələ toxuması ilə sağalması zamanı uşaqlığın dağılması təhlükəsi aradan qalxır. Yaranın vəziyyətini ultrasəs müayinəsi ilə mütəmadi olaraq yoxlamaq lazımdır və ekstremal vəziyyətdən yayınmaq mümkün ola bilər.
Keysəriyyə üçün mütləq göstəricilər digər şərtlər və mümkün əks göstərişlərdən asılı olmayaraq tələb edilir. Onlar həkimlərə bu sahədə heç bir seçim buraxmır.
Nisbi göstərişlər.
Bu elə bir vəziyyətdir ki, onlar baş verən zaman bütün şərtləri və əks göstərişləri nəzərə almaq olar; keysəriyyə xeyrinə olmayan qərarı nə vaxt vermək mümkündür: o hallarda ki, keysəriyyə müdaxiləsi olmadan təbii yolla doğumun həll edilməsi mümkündür, lakin bu ana və ya uşağın həyati təhlükəsi ilə əlaqəlidir. Müasir dövrdə məhz nisbi göstəricilər sayəsində keysəriyyə əməliyyatların sayı kəskin şəkildə artmışdır, hansı ki, risk edərək təbii yollarla doğumu həll etmək də mümkün ola bilərdi. Lakin müasir texnikanın səviyyəsi, tikiş materialının və narkozun keyfiyyəti, cərrahların ixtisas səviyyəsinin yüksəlməsi və nisbi göstəriciləri əsasında planlı keysəriyyə əməliyyatının mümkünlüyü daha təhlükəsiz çıxış yoluna çevirmişdir. Nəinki təhlükə və mümkün ekstremal vəziyyətə çıxarılması.
Ana tərəfindən nisbilik göstəriciləri:
— doğum fəaliyyətinin zəifliyi
— kliniki olaraq dar çanaq
— hamiləliklə əlaqəli olmayan xəstəliklər və vəziyyət. Bu zaman təbii doğum yükü ananın sağlamlığı və həyatına təhlükə törədir (ürək-damar sistemi, göz dibi, qaraciyər və s. xəstəliklər)
— təbii doğum zamanı həyat üçün təhlükə törədə biləcək hamiləliyin fəsadları (ağır hestoz)
Tez-tez nisbi göstərici kimi nəzərdən keçirilən 35 yaşdan yuxarı olan yaş təqvim günlərinin sayı ilə deyil, məhz sağlamlığın vəziyyətinə görə təhlükəlidir. Gənc 35 yaşlı orqanizm əməliyyatın keçirilməsi üçün göstərici deyil, ürəyin ağır qüsuru və inkişaf etməkdə olan zəif görmə qabiliyyəti elə 18 yaşında da yarana bilər. Buna görə də müasir, çalışan və öz karyerasını quran, hələ doğmağa hazırlaşmayan, lakin məşhur “belə yaşda özün hamilə qala bilməzsən, ancaq EKQ”, “35 yaşdan yuxarı – ancaq keysəriyyə” kimi rəvayətlərdən də qorxan qadınlarda qeyri-kamillik kompleksi yaradan şablonla deyil, fərdi yanaşma lazımdır.
Körpə tərəfindən nisbilik göstəriciləri:
— uşaqda oksigen çatışmazlığı (hipoksiya). Xroniki hipoksiya uşağın inkişafdan qalmasına gətirib çıxarır ki, bu da USM zamanı müşahidə edilir. Kəskin hipoksiyanı uşağın ürək döyüntülərinin tədqiq edilməsi – ideal olaraq kardiotokoqrafiya metodu ilə ürək döyüntülərinin qeydə alınması və onların nəticələrinin kompüterlə işlənməsi zamanı aşkar etmək mümkündür. .
— çanaq orqanlarının sallanması
— dölün köndələn vəziyyəti
Müxtəlif növlü çanaq orqanlarının sallanması zamanı doğumların həll edilməsinin xüsusiyyətləri və dölün düzgün olmayan vəziyyətləri mövcuddur. Lakin müasir mamaçalıqda, yenə də texnologiyaların inkişafı nəzərə alınmaqla bu gün ən təhlükəsiz olanı planlı keysəriyyə əməliyyatıdır.
Əməliyyatın keçirilməsi üçün şərtlər:
— dölün həyat qabiliyyətli olması
— infeksion yoluxmaların olmaması
— əməliyyat texnikasına malik olan xüsusi cərrahın və cərrahiyə avadanlıqlarının mövcudluğu
— qadının razılığı
Keysəriyyə üçün əks göstərişlər:
— dölün daxildə məhv olması
— infeksion yoluxma
— həyatla uyğun gəlməyən inkişaf qüsurları və dölün vəziyyəti
Şərtlər və əks göstərişlər əməliyyat üçün mütləq göstəricilərin olmaması zamanı diqqətə alınır.
İnkişaf etmiş müasir ölkələrdə yuxarıda sadaladığımız tibbi göstəricilər deyil, qadının istəyi ilə keysriyyə əməliyyatlarının baş verməsi sayları artır. Əksər hallarda bu qadınların daha az məlumatlı olmaları, onların rəvayətlərə inanmağa daha çox meylli olmalarından irəli gəlir:
1. 35-dən sonra özün doğa bilməzsən. Rəvayətdir. Xəstəliklərin, hamiləlik ağırlaşmalarının, doğuş fəaliyyətinin zəifləməsi tezliyi artır, lakin bunlar hər qadına şamil deyil, orta statistik qadının müqayisəli məlumatlarıdır. Belə hallarda təqvimə görə olan yaşa deyil, sağlamlığın vəziyyətinə istinad etmək lazımdır.
2. Belə ağrılı olmur. Rəvayətdir. Narkozun təsirinin keçməsindən sonra ağrılar gəlir və günlərlə davam edir. Ana südü ilə körpənin yedizidirilməsi zamanı ağrıkəsicilərdən istifadə problemdir. Təbii yolla doğum zamanı ağrılar uşaq dünyaya gəldikdən sonra kəsilir. Dağılma və tikiş ağrısı əməliyyat yarasında olan ağrılarla müqayisədə zəifdir. Müasir mamaçalıqda epidural anesteziya altında ağrısız təbii doğumlar artıq çoxdan ənənəviyə çevrilmişdir.
3. Yatdın – durdun – hər şey arxada qaldı. Rəvayətdir. Narkoz vəziyyətindən çıxma, qarındakı yaraların sağalması, ağrılar, qan itirmədən sonra bərpa olunma, yoluxucu xəstəliklərin yüksək ehtimalı, südün yaranması ilə əlaqədar olan problemlər, məhdud hərəkətlilik, ağladığı zaman uşağı qaldırmağa, onu qucağınıza götürməkdə çətinlik. Bütün bunlar hamısı arxada deyil hələ irəlidədir.
4. Uşaq üçün fərqi yoxdur. Rəvayətdir. Bu fərq yaşla əlaqələndirilir və böyük uşaqlar təbii yolla dünyaya gəlmiş öz həmyaşıdlarından uyğunlaşmaya görə heç nə ilə fərqlənmirlər. Lakin yeni dünyaya gələn uşaqda fərq kifayət qədər seziləndir. Keysəiyyə yolu ilə dünyaya gələn körpədə orqanizmin yüklənməsi həddən artıq yüksəkdir. Belə hallarda körpə atmosfer təzyiqinə tədricən uyğunlaşma üçün zamana malik olmur, təzyiqin kəskin fərqlənməsi səbəbindən damarlarla bağlı problemlər yarana bilər; “pis” mikrobların dolmasına və disbakteriozun inkişaf etməsinə meylli olan steril bağırsağa malikdir; özünün proqramlaşdırdığı müddətdə dünyaya gəlmir, yəni, doğumda fəal iştirak etmir, passivdir, bundan əlavə narkozun təsiri altındadır və bu səbəblərdən doğumdan sonrakı ilk günlərdə fəal həyata uyğunlaşmada – fəal tənəffüs, sovurma, çığırma- müəyyən çətinliklər olur; ana südünün əmələ gəlməsinin çətinləşməsi ilə əlaqədar olaraq, eləcə də antibiotiklərin tətbiqi və döşə gec öyrədilmə səbəbindən süni qidalanladırmağa daha çox riski var. Əlbəttə ki, o çətinliklərin öhdəsindən gəlir və məktəbdə artıq öz həmyaşıdlarından fərqlənmir.
Bu bir əməliyyatdır.
Cərrahın peşəkarlığı, əməliyyat otağının təchizatı, tikiş materialının keyfiyyəti, əməliyyat sonrası vəziyyət kəskinləşmələr, məhdudiyyətlərdən asılı olaraq uşağın üzərinə düşən normadan artıq yükləmə artır. Bütün bunlar artıq başqa çıxış yolu qalmadıqda və ya onun ana və uşaq üçün böyük fəsadlar törədə bilməsi ehtimalında dəf edilə biləcək maneələrdir. Lakin öz başına, bunun üçün tibbi göstərişlərin olmamasına baxmayaraq belə seçimi həyata keçirən qadın real informasiyaya malik olmayan qadındır. Əlbəttə, əməliyyatın təhlükəsizliyi əməliyyatın planlılığından asılıdır. Demək olar ki, bütün göstəricilər planlı olanlara aiddirlər ki, onları əvvəlcədən diqanostikalaşdırmaq mümkündür. Bunun üçün sadəcə planlaşdırılan hamiləliyə hazırlaşmaq və mütəmadi, hamiləliyin bütün gedişatı zamanı öz həkiminin nəzarəti altında olmaq, bütün zəruri olan müayinələri yerinə yetirmək kənara çıxmaları zamanında aşkar etmək lazımdır.
Planlı keysəriyyə gözləyən qadınlar üçün qeydlər:
1. Antibiotiklərin tətbiq edilməsi ana südü ilə yedizdirməkdən imtina edilməsini tələb etmir.
2. Belə vəziyyətdə sinəyə erkən qoyma daha mühümdür, nəinki təbii doğuşlar zamanı – bu uşaqlığın normal yığılması və kifayət qədər südün əmələ gəlməsi üçün vacibdir.
3. Uşaqlığın üzərində tikişin olması növbəti hamiləliklər və hətta təbii yolla doğum üçün əks göstəriş deyil. Hər şey yaranın hansı qabiliyyətdə bitişməsindən asılıdır ki, bu USM vasitəsi ilə müəyyən edilir. Qaysağın qabiliyyətli olmaması halında plastik cərrahiyyə əməliyyatı da keçirmək olar.
4. Hamiləlik dövrləri arasında interval uzanır, keysəriyyə ilə doğumdan sonra ideal aralıq 3 il hesab edilir.
5. Nisbi göstəricilər mamaçaların əziyyətini yüngülləşdirmək üçün fikirləşilib tapılmamışdır; onlar zamanı sübut edilmişdir ki, təbii yolla doğumdan fərqli olaraq keysəriyyə zamanı ana və övladı üçün daha çox təhlükəsizlik mövcuddur. Yəni, əməliyyatın bütün çatışmazllıqları nəzərə alınmışdır və yenə də buna baxmayaraq ona daha çox üstünlük verilir.
6. Yoluxmalara qarşı zəiflik yüksəlir, məhdudiyyətlər çoxalır, əməliyyatdan sonrakı dövr ərzində bir çox şeyləri etmək olmaz. Əvvəlcədən uşağınız üçün dayə tapın – atanın növbədən kənar məzuniyyəti, nənənin müvəqqəti sizə köçməsi və ya pulla əsas dayənin tutulması.
7. Üstünlükləri də vardır! Vagina genişlənmir, dağılma və aralıqda tikişlərə ehtiyac olmur və sonradan cinsi həyatda heç bir problem yaranmır. Eləcə də oynaqların dartınması və çanaq orqanlarının hiss edilməsi (sidik kisəsinin), babasilin güclənməsi və digər bununla əlaqədar problemlər yaranmır.