Yüklənir...
• Dölün uzunluğu 2 sm-dir
• Körpə xarici qıcıqlandırıcılara cavab olaraq üzünü qırışdıra, ağzını aça, barmaqlarını tərpədə bilir.
• Uşaqlıq bel-çanaq nayihəsini dolduraraq yuxarıya doğru böyüməyə başlayır.
Dölün inkişafı
Dölün uzunluğu 2 sm-dir. Ana və uşaq üçün ən mürəkkəb və məsuliyyətli dövr başa çatmaqdadır. İndi dölün inkişafı fərqli cərəyan edəcəkdir. Onun artıq formalaşmış orqanları böyüyərək növbəti 29 həftədə inkişaf edəcəkdir. Körpədə artıq ilk reflekslər yaranmışdır: o, xarici qıcıqlandırıcılara cavab olaraq üzünü qırışdıra, ağzını aça, barmaqlarını tərpədə bilir. Uşağın əsasən qığırdaqlardan ibarət olan skeletində sümük maddəsi yaranmaqdadır. Nazik bağırsaq artıq yığılmaq qabiliyyətinə malikdir.
Ananın vəziyyəti
Uşaqlıq artıq çox böyükdür və bel-çanaq sümüklərinin arasında yerləşə bilmir, buna görə də qasıq birləşməsinin üzərindən bir qədər irəli çıxır. Onu göbəkdən 10-12 sm aşağıda əl çəkməklə hiss etmək mümkündür. Bu həftədən etibarən uşaqlıq intensiv şəkildə yuxarıya doğru böyüyür və özü ilə əvvəlcə bel-çanaq nayihəsini, sonra da qarın nayihəsini tutur.
HAMİLƏLİYİN AĞIRLAŞMALARI
Baş ağrıları tez-tez ola bilir. Əhvalı yaxşılaşdırmağın ən yaxşı yolu qaranlıq sərin otaqda kürəyi üstə uzanmaqla dincəlməkdir (ayaqları bir qədər yuxarıda saxlamaq olar). Həmçinin ağrının lokallaşdığı nayihələrə qoyulan qaynar və soyuq kompresslər də kömək edir. Miqrenə meylli olan qadınlar 9 ay ərzində rasiondan pendir, kofe, şokolad və qırmızı çaxırı tam olaraq çıxarmalıdırlar. Çox vaxt baş ağrılarının səbəbi aclıq olur. Buna görə də yeməyi uzun fasilələr vermədən vaxtında yemək lazımdır. Bu dövrdə çox vaxt mədə göynəməsi güclənir. Bu progesteronun fəaliyyəti nəticəsndə baş verir. O, qida borusu ilə mədə arasındakı arakəsməyə boşaldıcı təsir göstərir. Göynəmə pristupu zamanı baş və kürək altına yastıq qoymaqla xoşagəlməz duyğuları bir qədər azaltmaq olar.
RİSK AMİLLƏRİ
Hamilə qadınlarda sidik yollarının infeksiyalarına tez-tez rast gəlinir. Sidik ifrazı ağrı və ya qanlı ifrazatlarla müşayiət olunursa, dərhal həkimə müraciət etmək lazımdır. Sistit və pielonefrit vaxtında müalicə edilməli olan xəstəliklərdir. Böyrək nayihəsini isti saxlamalı, ayaq yoluna vaxtında - sidik ifrazına ilk çağırışlar olan kimi getməlidir. Bu, xəstəlik riskini minimuma endirə bilər.
Paylaş: