Yüklənir...

Hamiləliyin 15-ci həftəsi

Hamiləliyin 15-ci həftəsi

• Uşağın uzunluğu artıq 9,5-10,5 sm-dir
• Göz qapaqları ilə örtülü olan gözün toru artıq işığa reaksiya verə bilir.
• Gələcək anada baş beyin qabığının aktivliyi azalır: diqqətin cəmləşdirilməsi zəifləyir, dalğınliq yaranır.

Dölün inkişafı

Uşağın uzunluğu artıq 9,5-10,5 sm-dir. O, bu həftədən diafraqmasını məşq etdirməyə başlayır: ağciyərlərinə dölyanı suları çəkir və buraxır. Dölyanı sular tamamilə sterildir və sutkada 10 dəfəyə qədər yeniləşir. Körpədə ayaqlar inkişaf edir: onlar artıq əldən uzundur. Oynaqlar da formalaşmışdır və uşaq artıq sərbəst olaraq ətrafları yığıb aça bilir. Göz qapaqları ilə örtülü olan gözün toru artıq işığa reaksiya verə bilir: qarına fənər şüası salmış olsaq, körpə işığı görəcəkdir. Uşağın dilində isə dad bilmə orqanı formalaşır.

Ananın vəziyyəti

Hamilə qadınlar hafizə pozuntularından, dalğınlıqdan, diqqətin zəifləməsindən şikayət edirlər. Dərk etmək lazımdır ki, hamiləlik dövründə bu, normal haldır: ananın orqanizmi bütün resursları uşağın həyat fəaliyyətinin və inkişafının təmin edilməsinə yönəldir. Bəzi fiziki işlərdən şüurlu şəkildə imtina etmək bəlkə də daha yaxşı olar, çünki bunlar gərginliyin artması və streslərlə müşayiət olunur.

HAMİLƏLİYİN AĞIRLAŞMALARI

Bu dövrdə “hamiləlik riniti” güclənir - burnun daim tutulması və ya tez-tez burun qanaxmaları kimi əlamətlərlə müşahidə edilir. Burnun selikli qişasından qan axını artdığından o, şişir və nazilir. Quru hava burundan qanaxma riskini daha da artırır. Həkim burun yolları üçün nəmləndirici vasitələrdən istifadə etməyi, habelə C vitamini qəbul etməyi tövsiyə edə bilər. C vitamini xırda damarların divarlarını bərkidir və qanaxma riskini azaldır. Özlüyündə hamilə qadınlarda rinit təhlükəli deyil və damcı yaxud dərmanlarla müalicə tələb etmir. Lakin qanaxmanın qarşısını almaq çətin olduqda və ya qanaxma tez-tez baş verdikdə, həkimə müraciət etmək yaxşı olar.

Əvvəlki həftə Sonrakı həftə