Yüklənir...

Hamiləliyin 17-ci həftəsi

Hamiləliyin 17-ci həftəsi

• Uşağın çəkisi 100 qrama yaxındır.
• Körpə 12 sm-ə qədər böyümüşdür.
• Uşaq artıq barmağını sormaq üçün əlini ağzına apara bilir.
• Ağırlıq mərkəzi yerini dəyişdikdən, gələcək ananın yerişi “ördək” yerişinə bənzəyir.

Dölün inkişafı

Uşağın çəkisi 100 qrama yaxındır. Körpə 12 sm-ə qədər böyümüşdür. Dölün böyrəkləri artıq fəaliyyət göstərsə də, plasenta əsas ifrazedici orqan olaraq qalmaqdadır. Uşaq bəzi hərəkətlərini artıq koordinasiya edə, məsələn, barmağini sormaq üçün əlini ağzına apara bilir. Bu zaman uşaq dölyani suları udur, bu yolla da maye qəbul edir. Bununla həzm sistemini, böyrəklərini və sidik kisəsini məşq etdirir. Bu həftədən etibarən uşaqda maddələr mübadiləsində iştirak edəcək dərialti piy toxumaları da formalaşmağa başlayır.

Ananın vəziyyəti

Ağırlıq mərkəzi yerini dəyişdikdən, gələcək ananın yerişi “ördək” yerişinə bənzəyir. Dabanı yastı ayaqqabı almaq və ya ayaqqablarınızın adət etdiyinz hündürlüyünü azaltmaq məsləhətdir. Orqanizmin hasil etdiyi relaksin hormonuna görə oynaq və birləşmələr zəifləyir, deməli, zədə riski də artır. Avtomobili ehtiyatla idarə etmək lazımdır. Təhlükəsizlik kəmərini qarnın altından keçirməyiniz məsləhətdir ki, qəza baş verdikdə, uşağa zədə dəyməsin. Bundan başqa, indi təhlükəsizlik kəmərinin xüsusi adapterləri də buraxılır: onlar ağırlığı elə paylaşdırır ki, uşaq zədələnməsin.

HAMİLƏLİK AĞIRLAŞMALARI

Mədə qıcqırması həddindən artıq güclü olduqda, antasid preparatlar qəbul etmək olar. Lakin tərkibində soda (məsələn, natrium bikarbonatı), alüminium və ya maqnium olan dərmanları qəbul edərkən, dozalara fikir vermək lazımdır. Orqanizmdə natriumun miqdarı çox olduqda, qəbizlik, şişkinlik və hətta köp yarana bilər. Alüminium da qəbizliyə səbəb ola bilir. Maqniumsa yüksək dozada qəbul edildikdə, zəhərlənməyə səbəb ola bilir.

Əvvəlki həftə Sonrakı həftə