Yüklənir...

Hamiləliyin 19-cu həftəsi

Hamiləliyin 19-cu həftəsi

 Körpənin çəkisi təxminən 200 qramdır
• Dölün boyu 13-15 sm-dir
• Beyində eşitmə, dadbilmə, iybilmə, görmə və lamisəyə görə cavabdeh olan sahələr formalaşır.
• USM üzrə mütəxəssis gələcək uşağin cinsini artıq deyə bilir.

Dölün inkişafı

Körpənin çəkisi artıq təxminən 200 qram, boyu isə 13-15 sm-dir. Onun əl və ayaqları bədənə nisbətdə daha düzgün formalardadır, başında isə ilk saçlar yaranmağa başlayır. Artıq 5 əsas duyğunun inkişafı üçün zaman yetişmişdir: beyində eşitmə, dadbilmə, iybilmə, görmə və lamisəyə görə cavabdeh olan sahələr formalaşır. Süd dişlərinin rüşeyimlərindən daha dərində daimi dişlərin rüşeyimləri yaranır. Dərialtı piy toxumaları bir qədər sıxılır, buna görə də dəridən qan damarları daha o qədər də aydın görünmür. Uşağın bədəni ilk doğuş sürtküsü olan bakterisid xassəli kəsmik konsistensiyalı boz maddə ilə örtülməyə başlayır. Buna daha çox qoltuq altında və aralıq qatlarında, başda, əl və ayaq qatlarında rast gəlinir.

Ananın vəziyyəti

Hamiləliyin ortalarına yaxın qadının çəkisi normada 2-6 kq artırır. Onlardan 200 qramı uşağın payına, təxminən 170 qramı isə plasentanın, 300 qramdan bir qədər artıq – dölyanı suların və bir o qədər də uşaqlığın payına düşür. Qarında bir və ya hər iki tərəfdən qəfil zəif ağrılar başlaya bilər. Bunlar uşaqlığı çanağın yan divarlarına birləşdirən yumru liqamentlərin gərilə bilməsinə görə olur. Üz və dərinin rəngi bir qədər qarala bilir: estrogen hormonunun və böyrəküstü vəzlərin intensiv şəkildə fəaliyyət göstərməsi dərini melanin piqmentini daha aktiv surətdə hasil etməyə məcbur edir. Piqment ləkələr doğuşdan sonra tədricən yox olur. Lakin onların elə indidən daha da tündləşməməsi üçün açıq günəş altında az olmaq məsləhətdir.

DİQQƏTLİ OLUN!

Hamiləliyin ortalarına yaxın allergiya başlaya bilər. Ağırlaşmaların qarşısını almaq üçün qidaya və dərmanların qəbuluna fikir vermək lazımdır. Şübhəli hallarda həkimlə məsləhətləşin.

DİAQNOSTİK MÜAYİNƏLƏR

19-cu həftədə USM-nin köməyi ilə dölün inkişafında hidrosefaliya (baş beynin su ilə dolması) kimi kənara çıxmaları diqanostika etmək mümkündür. Bu zaman uşağın beynini yuyan serebrokürək mayesinin kənara axını pozulur. Dölün başı böyüyür, beyin sıxılmağa başlayır. Hidrosefaliya baş beyin və onurğa iliyinin müxtəlif qüsurlarından xəbər verir. Onu korreksiya və müalicə etmək çox çətindir. Buna görə də 18-20-ci həftədə planlı USM-ni etmək vacibdir.

Əvvəlki həftə Sonrakı həftə