Yüklənir...
• Körpənin boyu təxminən 34 sm-dir.
• Uşağın çəkisi 900 qramdan bir qədər artıqdır.
• Oğlan uşaqlarında xayalar qarın boşluğundan kisəyə doğru sallanmağa başlayır.
• Gələcək anada çəki artımı 7-10 kq təşkil edə bilər.
Dölün inkişafı
Körpənin boyu təxminən 34 sm, çəkisi 900 qramdan bir qədər artıqdır. Onun dırnaqları uzanmağa başlayır (düzdür, onlar hələ ki, barmaqların ucuna çatmır). Uşağın mimikası daha mükəmməl olur: o, gözlərini açıb-bağlaya bilir. Ağ ciyərlərdə alveolalar (tənəffüs zamanı hava ilə dolan damarlar) formalaşır. Surfaktant (ilk nəfəs alma üçün ağ ciyərlərə açılmaq imkan verən maddə) yaranmaqda davam edir. Oğlan uşaqlarında xayalar qarın boşluğundan kisəyə doğru sallanmağa başlayır.
Ananın vəziyyəti
Hamiləlik dövründə qadının çəkisi orta hesabla 11-13 kq artır və 27-ci həftəyə yaxın çəki artımı 7-10 kq təşkil edə bilir. 30-cu həftəyə qədər həftəlik çəki artımı (orta hesabla həftədə 0,4-0, kq) davam edir. Qeyd etmək lazımdır ki, ana nə qədər kök olsa, normada bir o qədər də az çəki artırmalıdır. Arıq hamilə qadınlar körpəni qida hesabına lazımi maddələrlə təmin edirlərsə, çəkisi artıq olan qadınlar uşağa öz ehtiyatlarını “xərcləyə” bilərlər.
HAMİLƏLİYİN AĞIRLAŞMALARI
Kürəkdə ağrılar (ağrı həm kəskin, həm də zəif ola bilir) hamiləliyin ikinci yarısında normal haldır. Relaksin hormonu orqanizmi doğuşa hazırlaşdırır. Odur ki, oynaq və liqamentlər (sümük bağları) daha çevik və hərəkətli olur. Buna görə də onları asanlıqla zədələmək olur. Ağırlıq mərkəzi yerini dəyişdiyindən sakrum sümüyü üzərinə yük düşür. Kürəkdə ağrını azaltmaq üçün əsas vasitələrdən biri bandajdır. O, çəkini bərabər paylaşdırır və onurğaya təzyiqi azaldır. Ağrılar çox güclüdürsə, həkimlə analgetiklərin qəbulu məsələsi ilə bağlı məsləhətləşmək lazımdır (unutmamalıyıq ki, əksər analgetiklərə hamiləlik dövründə əks göstəriş var). Qeyri-medikamentoz müalicə də mümkündür. Bunu osteopat həyata keçirə bilər.
Paylaş: