Yüklənir...

Hamiləliyin 29-cu həftəsi

Hamiləliyin 29-cu həftəsi

 Körpənin çəkisi təxminən 1150 qramdır. 
• Uşağın boyu təxminən 37 sm-dir. 
• Uşaq öz bədənin temperatur səviyyəsini saxlaya bilir. 
• Çoxdöllü hamiləlikdə gələcək anaya doğuş sertifikatı verilməlidir.

Dölün inkişafı

Termotənzimləmə mexanizmləri işə düşür: uşaq öz bədənin temperatur səviyyəsini saxlaya bilir. Körpənin çəkisi təxminən 1150 qram, boyu təxminən təxminən 37 sm-dir. Böyümək üçün uşağa zülal, C vitamini, fol turşusu və dəmir lazımdır. Buna görə öz pəhrizinizi bu tələblərə uyğun tənzimləməlisiniz. Yeri gəlmişkən, kalsium sümük skeletinin formalaşmasında iştirak edən ən mühüm elementlərdən biridir. Hər gün uşaq 250 qrama qədər kalsium mənimsəyir.

Ananın vəziyyəti

Yorğunluq hissi xeyli arta bilər. Çox vaxt buna səbəb yuxu ilə bağlı problemlər, ümumi zəiflik və psixoemosional durumdur. Yorğunluğa etinasızlıq göstərməyin, daha çox istirahət edin. Axı orqanizm gərgin rejimdə işləyir. Yorğunluq çox güclü olduqda və istirahətdən sonra keçmədikdə, bu barədə həkimə xəbər vermək lazımdır, çünki daimi yorğunluq hissi anemiyadan xəbər verə bilər. Həmçinin şişkinliklərin (bu dövrdə bunlar qaçılmazdır) yuxudan və ya uzanmış vəziyyətdə istirahət etdikdən sonra yox olub-olmadığına da nəzarət etmək lazımdır. Əks halda həkimə müraciət etmək lazımdır.

DİQQƏTLİ OLUN!

Boş vena sindromu diaqnostika edildikdə, kürəyi üstə mümkün qədər az uzanmaq lazımdır ki, uşaqlıq boş venanı sıxmasın və aşağı ətraflara qan axınının qarşısını kəsməsin. Uzun müddət uzandıqdan və ya oturduqdan sonra durarkən tələsmək lazım deyil. Əks halda başgicəllənmə hiss edə və yıxıla bilərsiniz. 

 

Əvvəlki həftə Sonrakı həftə