Yüklənir...
Dölün inkişafı
Körpənin çəkisi təxminən 2,3 kq, boyu isə təxminən 45 sm-dir. Körpənin bütün orqan və sistemləri inkişaf etməkdə davam edir. İndi (34-cü həftədən 37-ci həftəyə qədər) o, dünyaya gəlməyə tam hazırdır. Erkən doğuş başladıqda, uşaq çox güman ki, ana bədənindən kənarda həyata adaptasiya edərkən minimum sayda problemlərlə üzləşəcəkdir. Pendirəbənzər sürtkü indi dölün bədəninin balaca bir hissəsini örtür. Onun ovuclarında və dabanlarında hər bir insana xas olan dəri naxışı artıq formalaşmışdır.
Həkim qəbulu
Uşağın vəziyyəti hər hansı səbəbdən həkimlərdə narahatçılıq doğurursa, onlar biofiziki test edə bilərlər. Bu zaman (adətən ultrasəsin köməyi ilə) dölün tənəffüsü, hərəkətləri, tonusu, ürək döyüntülərinin tezliyi və dölyanı suyun miqdarı öyrənilir.
Ananın vəziyyəti
Uşaqlıq o qədər yuxarıya qalxmışdır ki, dərin tənəffüsə mane ola və oksigen çatışmazlığı hissini yarada bilər. Bu hal doğuşa 2-3 həftə qalmış, qarın aşağı düşdükdə keçib gedir. Qəfil boğulma yarandıqda, dodaq və barmaqlar göyərdikdə, nəbz tezləşdikdə, dərhal həkimə zəng etmək lazımdır.
Paylaş: