Yüklənir...

Hamiləliyin 42-ci həftəsi

Hamiləliyin 42-ci həftəsi

 Körpənin inkişafı başa çatmışdır.
• Həkim sizə doğum fəaliyyətini tezləşdirməyi təklif edə bilər.
• Sularin açılması və ya doğum sancılari başlamışdırsa, təcili olaraq doğum evinə gedin.

Yaxınlaşmaqda olan doğumun əlamətləri

Cinsi yollardan az miqdarda qanlı ifrazatların olması, selikli tıxacın çıxması, nəcisin bir qədər yumşaq olması - bütün bunlar yaxınlaşmaqda olan doğumun əlamətləridir. Həmçinin yaxınlaşmaqda olan doğumdan qarnın sallanması (dölün başı uşaqlıqla bilrikdə ananın çanağına sallanır) da xəbər verir. Adətən qarın doğumdan 2-3 həftə əvvəl sallanmağa başlayır. Bu, birinci doğum deyildirsə, uşaqlığın dibinin sallanmasını qadın hiss etməyə də bilər. Birinci dəfə doğan qadınlarla təkrar doğan qadınların uşaqlıq boynunun doğuşa hazırlığında fərqlər var. İlk dəfə doğan qadınlarda uşaqlıq boynu əvvəlcə qısalır, sonra isə hamarlanır və yalnız bundan sonra açılır. Təkrar doğan qadınlarda bu proses eyni zamanda baş verir və uşaqlıq boynunun qısalması ağrısız baş verir.

Əvvəlki həftə Sonrakı həftə