Yüklənir...

Hamiləliyin 5-ci həftəsi

Hamiləliyin 5-ci həftəsi

 Embrionun daxili orqanlari formalaşmağa başlayır. 
• Embrion uzunluğu təxminən 2 mm təşkil edən silindrə bənzəyir.
• Gələcək anada erkən toksikoz başlaya bilər.
• USM-də gələcək onurğa və onurğa iliyi (sinir kötüyü) izlənilir.

Körpənin inkişafı

Embrionun daxili orqanları – qara ciyər, mədəaltı vəz, yuxarı tənəffüs yolları (qırtlaq və traxeya) və ürək formalaşmağa başlayır. Tranvaginal ötürücüsü olan yüksək həssaslığa malik USM aparatları artıq bu həftə notoxord və sinir tubasını göstərə bilir. Bunlar gələcəkdə körpənin müvafiq olaraq onurğasını və onurğa iliyini təşkil edəcəklər. Sinir uzunluğu boyu somitlər – gələcəkdə əzələ toxumasının yaranacağı toxuma seqmentləri inkişaf etməyə başlayır. Sarı kisə, oğlan dünyaya gələrsə, gələcəkdə spermatozoid, qız dünyaya gələrsə, yumurta hüceyrəsi olacaq ilkin cinsi hüceyrələr olan honoblast hasil etməyə başlayır. Döl yumurtası uşaqlığın həcminin dörddə birini tutmağa başlayır. Bu zaman embrionun öz uzunluğu təxminən 2 mm təşkil edən silindrə bənzəyir. 

Ananın vəziyyəti

Ananın orqanizmi hamiləliyə daha aktiv reaksiya verməyə başlayır. Baş ağrıları, yuxululuq, ürəkbulanma, qusma başlaya, iştahsızlıq qeydə alına bilər. Bunlar hamiləliyin erkən toksikozunun əlamətləridir ki, bu da orqanizmdə progesteron hormonunun miqdarının artması nəticəsində onun hormonal baxımdan yenidən qurulması ilə izah olunur. Bundan başqa plasenta xüsusi hormon olan plasentar laktogen hasil edir. Bu qadında maddələrin mübadiləsinə güclü təsir göstərir. Beləliklə də plasenta və döl ana orqanizmində maddələr mübadiləsini idarə etməyə başlayır, öz növbəsində ana orqanizmi bu cür müdaxiləyə qarşı müqavimət göstərir və toksikoza səbəb olur. Qaraciyər və mədə-bağırsaq xəstəliyi olan qadınlar erkən toksikozu başqalarından əvvəl hiss etməyə başlayırlar.

HAMİLƏLİYİN AĞIRLAŞMALARI

Normada ürəkbulanma və qusma sutkada 2-3 dəfə səhərlər, çox vaxt acqarına olur. Buna görə də səhər ürəkbulanmalarının qarşısını almaq üçün yataqdan durmadan yüngül səhər yeməyi yemək lazımdır. Bu ürəkbulanmanı azaldar. Erkən toksikozun əlamətlərini zəiflətmək üçün bir neçə üsullar var. Məsələn, fizioterapiya, fito- və aromaterapiyadan istifadə etmək olar. Belə ki, zəncəfilin (ovucun içində sürtməklə və ya inhalyasiya zamanı qaynar suda həll olunmuş şəkildə) efir yağlarının buxarları ilə nəfəs almaqla ürəkbulanmanı azaltmaq olar. Bəzən terapevt immmunositoterapiya da təyin edə bilər. Bu prosedur zamanın uşağın atasının limfositləri qadına dərialtı yeridilir ( təxminən bir sutkadan sonra hamilə qadının əhvalı yüngülləşir). Dərman terapiyası da təklif oluna bilər. Lakin əksər hallarda həkimlər sadəcə “dözməyi” məsləhət görürlər. Adətən toksikoz ikinci trimestrin əvvəllərində, yəni hamiləliyin 12-ci həftəsindən sonra keçib gedir.

DİAQNOSTİK MÜAYİNƏLƏR

Əksər qadınlar uşaqlıqdan kənar hamiləlikdən və ya “inkişafdan qalmiş” hamiləlikdən qorxur və bundan narahatçılıq keçirirlər. Bu dövrdə bunu aydınlaşdırmaq mümkünsüzdür. Buna görə də həkimə müraciət etmək hələ tezdir. Bunu etmək hamiləiyin 6-7-ci həftədə etmək tövsiyə olunur. Hansısa digər pozuntu əlamətləri - ağrılar, qanlı ifrazatlar yoxdursa, bu zaman diqanostika daha dəqiq olur.

AİLƏ MÜNASİBƏTLƏRİ

Ailənin həyat tərzi artıq dəyişəcəkdir - yeni rollarına alışması üçün gələcək ata və anaya vaxt lazım olacaqdır. Hamiləlik haqqında ilk xəbərdən sonra ailədə mümkün olan münaqişlərə fikir vermək lazım deyil. Çox vaxt uşağın atasının reaksiyası gələcək ananın arzuladığından fərqli olur. Dözmək lazımdır. İlk şok keçdikdən sonra kişi yenidən konstruktiv dialoqa hazır olacaqdır. Uşaqın atasının hamiləlik sanki yoxmuş kimi özünü aparmasından narahat olmayın. O, gələcək ananın öz orqanizmində hiss etdiyi dəyişiklikləri özündə hiss etmir. Buna görə də ondan halınıza yanacağını gözləməyin. Bir azdan o, qarnın böyüdüyünü görəcək, körpənin tərpənişlərini hiss edəcək, bununla da hər şey dəyişəcəkdir. Ərinizə yaxın vaxtlarda ata olacağını hiss etməsi üçün vaxt verin. Bu işdə ona köməklik etmək üçün onunla birlikdə, məsələn, sonuncu menstruasiyanın başladığı gündən 3 ay çıxıb 7 gün əlavə etməklə doğuşun təxmini tarixini hesablayın və s.

Əvvəlki həftə Sonrakı həftə