Yüklənir...
• Körpənin təpədən yanlara qədər uzunluğu 22-30 mm-dir.
• Dölün çəkisi təxminən 1 qramdır.
• Baş beyni intensiv şəkildə inkişaf edir, beyincik formalaşır.
• Gələcək ananin çəkisi bir qədər arta bilər.
Dölün inkişafı
Körpənin təpədən yanlara qədər uzunluğu 22-30 mm-dir. Dölün çəkisi təxminən 1 qramdır. Onun ürəyi artıq 4 kameradan (2 atriumdan və 2 mədəcikdən) ibarətdir. Süd dişlərinin rüşeyimləri formalaşmağa başlamış, embrional “quyruq” yox olmuşdur. Baş beyni intensiv şəkildə inkişaf edir, beyincik (beynin hərəkətlərin koordinasiyasına görə cavabdeh olan hissəsi) formalaşır. Artıq gözlər tam formalaşmışdır, lakin 27-ci həftəyə qədər onları göz qapaqları örtəcəkdir. Əl barmaqları böyümüş, ən yaxın vaxtlarda onlarda yastıqlar əmələ gələcəkdir.
Ananın vəziyyəti
Uşaqlıq daima böyüyür, qan və limfatik mayenin həcmi artır. Çəki bir qədər arta bilər: orqanizm uşağı südlə qidalandırmaq üçün ona lazım olacaq piy “ehtiyatı” yığmağa başlayır. Döş bir ölçü böyüyə bilər və buna görə də yeni büstqalter almaq məsləhətdir ki, dəri və əzələlərin üzərinə düşən yük azalsın. Həmçinin gilə ətrafındakı çevrələr də böyüyür. Onların üzərindəki nəmləndirici və antibakterial sürtkü ifraz etməli olan mikrovəzilər isə daha gözə çarpan və qabarıq olur. Döşdə venaların daha gözəçarpan olması da tamamilə normal haldır.
RİSK AMİLLƏRİ
Hamiləlikdə hətta adi mədə-bağırsaq pozuntusu belə təhlükəli ola bilər. Disbakteriozdan (Listeria monocytogenes bakteriyasının səbəb olduğu zəhərlənmədən) irəli gələn ürəkbulanma, qusma, diareya dölün hipoksiyasına və hətta uşaqsalmaya gətirib çıxara bilər. Buna görə də hamilə qadının menyusunda pasterizə edilməmiş süd, evdə hazırlanmış kəsmik və pendir (digər yumşaq pendirlər), yaxşı qızardılmamış ət, çiy yumurta olmamalıdır. Yeməzdən əvvəl meyvə və tərəvəz yaxşı-yaxşı yuyulmalıdır.
DİQQƏTLİ OLUN!
Uşağın normal inkişafı və onun üçün uşaqlıqda rahatlığın olması üçün getdikcə daha çox qida maddələri və maye tələb etdiyindən, gələcək ana dərisində quruluq hiss edə bilər, çünki dəri indi kifayət qədər nəmlənmir və qidalanmır. Sabun və aqressiv yuyucu vasitələrdən imtina etmək və duş üçün gellərdən və nəmləndirici təmizləyici köpüklərdən istifadə etmək məsləhətdir. İntim gigiyena üçün xüsusi intim gellərdən istifadə etmək olar. Onlar həm də göbələk xəstəliyi riskini azaldar.
HƏKİM QƏBULU
30-cu həftəyə qədər (ağırlaşmalar olmadıqda) həkimə ayda bir dəfə, 30-cu həftədən 36-cı həftəyə qədər - ayda iki dəfə, bundan sonra isə hər həftə baş çəkmək lazımdır. Hər dəfə həkim qəbulunda qan analizi və sidik analizi verilir. Səhiyyə Nazirliyinin tövsiyələrinə əsasən gələcək ana hamiləlik dövründə üç dəfə USM edilir. Lakin hamiləlik dövründə ağırlaşmalar olmadıqda belə USM daha çox edilə bilər. Birinci USM – 12-ci həftəyə qədərlik dövrdə (hamiləliyin olmasını aşkarlamaq və uşaqlıqdan kənar hamiləliyi istisna etmək üçün), daha sonra 10-11-ci həftədə, 22-ci həftədə, 3-cü həftədə və 36-38-ci həftələrdə, doğuşa yaxın edilə bilər.
Paylaş: