Yüklənir...

35 yaşdan sonra hamiləlik: necə hazırlaşmaq lazımdır?

35 yaşdan sonra hamiləlik: necə hazırlaşmaq lazımdır?

35 yaşdan sonra hamilə qalmaq çətindirmi?

Təəssüflər olsun ki, bəli. 35 yaşdan sonra qadınlarda ovulyasiya (yumurta hüceyrələrin çıxışı) daha az baş verir. Əgər 30-35 yaşına qədər ovulyasiya hər ay  (və ya demək olar ki, hər ay) baş verirsə, 35 yaşdan ovulyasiya cəmi ildə bir neçə dəfə baş tutur. Ovulyasiyaların nadir olmasından əlavə 35 yaşdan yuxarı olan qadınlarda hamiləliyə mane olan pozuntuların təhlükəsi də yüksək olur: uşaqlıq borularının keçilməzliyi, endometrioz, uşaqlığın mioması.

Doğrudur ki, 35 yaşdan sonra uşaq düşmə halları daha tez-tez baş verir?

Bəli, doğrudur. Bu yaşda olan hamiləliklərin demək olar 20-35% kortəbii olaraq neqativ yekunlaşır.

Doğrudur ki, 35 yaşdan sonra doğuşda uşağın Daun sindromlu olması təhlükəsi yüksəkdir?

Bəli, doğrudur. Yaşı 35 yaşdan yuxarı olan qadınlarda müxtəlif xromosom anomaliyaları ilə uşaq doğma təhlükəsi yüksəkdir: Daun sindromu, Edvards sindromu və s. Qeyd edık ki, bu zaman kişinin yaşı (uşağın atasının) mühüm deyil: kişinin yaşlanması ilə Daun sindromu kimi xəstəliklərin xromosomları artmır.

35 yaşdan sonra hamiləlik şansını necə yüksəltmək olar?

Əgər siz hamiləlik planlaşdırırsınızsa, öz tərəf müqabilinizlə ginekoloqunuzun yanına və ya ailə planlaşlama mərkəzinə gedin. Həkim sizin sağlamlıq vəziyyətiniz haqqında olan məlumatlara əsaslanaraq dəyərli məsləhətlər verəcək. Əgər sizdə və ya sizin tərəf müqabilinizdə xroniki xəstəliklər varsa – bunu etmək xüsusilə vacibdir.

35 yaşdan sonra hamilə qalmağı planlaşdırmadan əvvəl hansı analizləri vermək lazımdır?

  • Flora üzrə yaxma
  • Sitologiya üzrə yaxma
  • Mammoqrafiya
  • Qanın ümumi analizi
  • TORCH-yoluxma üzrə qanın analizi (məxmərək, sitomeqalovirus, herpes və toksoplazma üçün antitellər)

35 yaşdan sonra hamiləliyə necə hazırlaşmaq olar?

Məsləhət 1: Siqaret, alkoqol və kofeindən imtina edin, belə ki bu amillər hamısı sizin hamilə qalmaq və uşağı daşımaq şansınızı aşağı salır.

Məsləhət 2: Əgər sizin artıq çəkiniz varsa, ondan azad olmağa çalışın. Orqanizmdə nə qədər artıq piy toxuması olarsa – hamilə qalmaq və uşağı daşımaq imkanı bir o qədər az olacaqdır.

Məsləhət 3: Əgər menstruasiyalarınız müntəzəm deyilsə, hamilə qalma ehtimalınız, praktiki olaraq sıfıra bərabərdir. Mütləq bu məsələni öz ginekoloqunuzla həll edin.

Məsləhət 4: Əgər menstruasiyalar müntəzəmdirsə, onda ovulyasiyanın nə zaman baş verməsini bilmək üçün bazal hərarətin qrafikini aparmağa başlayın. Bu zaman hamilə qalmaq şansı daha yüksək olacaqdır.

Məsləhət 5: Fol turşusu içməyə başlayın. Bu vitamin gələcək uşağın sinir sisteminin normal inkişafı üçün olduqca vacibdir. Saytımızda fol turşusuna həsr edilmiş ayrıca məqalə də vardır. 

Məsləhət 6: Əgər qan analizləri məxmərək və suçiçəyi antitellərinə görə bu xəstəliklərə qarşı immunitetinizin olmadığını göstərirsə mütləq hamilə qalmaq cəhdlərinə başlamamışdan ən azı 4 həftə əvvəldən müvafiq vaksin (peyvənd) almalısınız.

6 ayın qaydaları

Bu qaydalar ancaq 35 yaşdan yuxarı qadınlara aiddir. Əgər 6 ay ərzindəki cəhdlər nəticəsində hamiləlik baş tutmamışdırsa, tərəf müqabilinizlə birlikdə həkimə müraciət etməyiniz lazımdır. Həkim sizin və tərəf müqabiliniz üçün müayinələr keçirərək sonsuzluğun səbəblərini müəyyən edəcəkdir. Bir qayda olaraq, bu tərəf müqabiliniz üçün sperma analizi (spermoqramma), sizin üçün isə uşaqlıq və yumurtalıqların USM, qanın hormon analizi və uşaqlıq borularının keçilməzlik (histerosalpinqoqrafiya) analizləridir.