Yüklənir...

Doğum fobiyası

Doğum fobiyası

Doğum fobiyasına qalib gəlmənin yolları hansılardır? 

Doğum qorxusunu necə məglub etmək olar?

Doğum qorxusu olanlar üçün hamiləlik müddəti tam bir əziyyətdir. Hatta buna hamiləlik fobiyası da əlavə olur. Keysəriyyə qorxusu və normal doğum qorxusu qadınların gözəl zamanlarını adətən kabusa çevirir. 

Hamiləlik qadının hayatında bir ya da bir neçə dəfə yaşaya biləcəyi son dərəcə gözəl bir zamandır. Bu zamanı mümkün olduğu qədər keyf alaraq yaşamaq yerinə, bəzi qorxular səbəbi ilə kabusa çevirə bilərsiniz. Əslındə yaşanan qorxular bir çox qadının yaşadığı ortaq problemlərdir. Xüsusən ilk körpəsini dünyaya gətirən ana ya da ilk doğumunda pis təcrübə yaşamış analar bu halı  tez-tez yaşıyırlar. 

Sual  belədir - Bu körpə necə dünyaya gələcək və nə qədər ağrı hiss edəcəm? Mənə ya da körpəmə bir şey olarsa? Ya doğa bəlməsəm? Doğum sancısı nə qədər davam edəcək? Keysəriyyədən sonra çox ağrıyacam? Bu tip suallar yaranır və onu narahat edir. Burda hər kəsin söylədiyi klassik şeyləri söyləmək yerinə daha doğru şeyləri söyləməyə çalışacağıq. Əvvəla doğum asan iş deyil. Heç vaxt "mən çox asan doğdum, nə vaxt başlayıb bitdiyini anlamadım belə" deyən azdır. Ancaq çox çətin olduğunu düşünərək də özünüzü stresə salmayın. Doğumun asanlığı və çətinliyi əslində həkiminizi maraqlandıran haldır. Burada əsas məsuliyyət həkiminizdədir. O körpənizi sizə və körpənizə heç bir şey olmayacaq şəkildə çıxaracaqdır.

 

              

”Doğum normal prosesdir’’- bunu həmişə düşünərək özünüzə təlqin edin. Əvvəllər qadınlar evdə özləri doğurmuşlar. Hər gün minlərcə qadın doğur və heç birinə demək olarki heç nə olmur. Çünki tibb çox irəli gedib və doğum həkimləri hər gün bir çox qadın doğuzdururlar. Bu doğumlar son dərəcə steril və tam təchizatlı doğum evlərində olur. Başqalarının doğum hekayələrini dinlərkən özünüzə götürməyin. Hər qadının ağrı hissi fərqlidir. Hansısa qadın doğum sancısı çəkərkən özünü fəda edərkən, hansısa qadın bu müddəti çox səbirli bir şəkildə keçirir. Hər qadının doğum hekayəsi özü və ağrıya dözümü ilə əlaqədardır. Pis doğum hekayələrini əsla dinləməyin ve beyninizə salmayın. Artıq pis doğum hekayələri çox azalıb. Sizcə doğum deyilən proses bu qədər pis olsaydı qadınlar 2 hətta 3 uşaq doğardılar? Özünüzü inandırın və əsla neqativ düşünməyin.

Əsla doğum videosuna baxmayın!

Doğum videoları və doğumda olanlar sizi maraqlandıran proses deyil, həkiminizin üzərinə düşən işdir. Keysəriyyə doğum videosuna baxan qadınlarda doğum fobiyasının daha da artdığı müşahidə olunur. Onsuz da sizə edilənləri hiss etməyəcəksiniz.

Qorxunuz keçmirsə və sizi stresə salırsa sizə tövsiyəmiz xəstəxanaların doğum konfranslarına gedin. Əmin olun, bu sizi çox rahatlaşdıracaq. Bu konfranslar pulsuz olur gələcək anaları doğuma hazırlamaq üçündür. Bu konfranslarda sizin kimi doğum qorxusu olan qadınlarla bərabər doğumun heç də qorxulacaq bir şey olmadığı çox gözəl bir dillə başa salınır.

Doğum fobiyanız yada düşəndə körpənizi və ona qovuşduğunuz anı düşünün. Sizə təkrar xatırlatmaq istəyirik ki, hər doğum fərqli yaşanır. Yəni hər qadının doğum hekayəsi fərqlidir.

Doğum qorxusu yaşayan ananı rahatlaşdırmanın yolları

Əvvəla doğum qorxusu yaşayan anaların bu qorxularının yersiz ve gərəksiz qorxular olduğunu tez-tez söyləmək ananı daha da stresə salır. Bunun yerinə ona yanında olduğunuzu sonuna qədər hiss etdirin.

Əslındə burada ən böyük iş ataya düşür. Ata anaya sonuna qədər köməkçi olmalı və qorxusu ilə əlaqədar ananı əsla incitməməlidir. Yoldaşını həmişə bezmədən dəstəkləməli və həkim qəbuluna bərabər getməlidirlər. Doğum həkimləri doğum qorxusu yaşayan analara artıq öyrəşiblər. Ona görə narahatçılığınızı çəkinmədən həkiminizlə bölüşməlisiniz.

Dünyada xüsusən də ölkəmizdə normal doğum qorxusu olan qadınlar keysəriyyə əməliyyatına meyl edirlər. Normal doğumun adı üzərində normal doğumdur. Əgər epidural normal doğumu seçirsinizsə normal doğumun ən çətin zamanlarını çox daha rahat geçirərsiniz. Əgər sağlamlığınız imkan verirsə və həkiminiz də sizin üçün bir əngəl görmürsə hər zaman ilk seçim normal doğum olmalıdır.

Doğum fobiyası ciddi dərəcədirsə psixoloqdan kömək ala bilərsiniz. Psixoloq dəstəyi ilə və doğum evlərinin doğum seminarları ilə doğum qorxunuza qalib gələ bilərsiniz. Əsla özünüzü mənfi düşüncələrlə doldurmayın. Hər gün bir çox qadın doğur və sağlam doğumlar həyata keçirir. Gözünüzdə böyütdüyünüz qədər qorxulu proses olmadığını doğum sonrası anlayacaqsınız, amma hamiləliyiniz boyunca özünüzü stresə salmaqla əziyyət verəcəksiniz. Bu səbəbdən sakit olmağa çalışın. Həkiminiz sizi doguma görə çox gözəl istiqamətləndirəcək. İstər normal doğum, istər keysəriyyə olsun hər ikisi də keçib gedəcək, amma sizə şirin bir körpə bəxş edəcək. Körpənizi və körpənizə qovuşma anınızı düşünün.