Yüklənir...
Hamiləlik zamanı babasil
Babasil - düz bağırsağın ən yayılmış xəstəliyidir. Proktoloqların statistikasına görə bağırsaqla bağlı həkimlərə bütün müraciətlərin 40% məhz bu delikat problemlə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yaşa dolmuş meqapolis sakinlərinin təxminən 80% babasildən əziyyət çəkir, 50 yaşa yaxın isə dünyanın yarısı bu xəstəliklə bağlı həmdərd olur. Bu xəstəliyi “tutmaq” ehtimalı hamilə qadınlarda xüsusilə böyükdür.
Babasil (haemorrois - latın dilindən hərfi tərcümədə mənası - qan axmadır) — anus nahiyəsində yerləşən vena kələflərinin (kavernalı cismlərinin) qanla həddindən artıq dolması nəticəsində əmələ gələn xəstəlikdir. Məhz bu genişlənmiş, dəyişikliyə məruz qalmış venaları babasil düyünləri adlandırırlar.
Babasil venalarının qanla həddindən artıq dolmasına və onlarda qan durğunluğuna oturaq həyat tərzi səbəb olur. Uzun müddət oturan insan öz istisi ilə altındakı oturacağı qızdırır və qrelkaya bənzər bir şey yaradır. Bu “istixana” şəraitində babasil şişləri daha sürətlə “yetişməyə” başlayır. Buna, mədəaltı və (və ya) qalxanvari vəzilərin gizli və açıq problemlərinə gətirib çıxaran, orta şəhər sakininin yanlış faydasız və qeyri-müntəzəm fastfud qidalanması əlavə olunur. Həmçinin də artıq kiloqramlar əlavə olunur, bu da adı çəkilən oturaq həyat tərzi ilə birlikdə xroniki qəbizlik əmələ gətirir. Venaların quruluşundakı irsi, anadangəlmə çatışmamazlıq da müəyyən rol oynayır. Kiçik çanağın venalarında qan durğunluğuna həmçinin bəzi dərman vasitələrinin qəbulu, oral kontraseptivlərin istifadəsi, işlətmə dərmanlarına həddindən artıq aludə olma, alkohol içkilərindən sui-istifadə, bəzi idman növləri: at çapma, veloidman, avto- və motoidman, avar çəkmə, ağırlıq qaldırma. Əslində, sonuncu daha çox idmançılara deyil, daima ora-bura təsərrüfat ərzaq çantalarını daşıyan qadınlara aiddir.
Xəstəliyin növləri
Yaranma səbəblərinə görə proktoloqlar babasili ilkin və sonrakı növlərə ayırırlar. İlkin babasil yuxarıda göstərilən həyat məsələləri fonunda inkişaf edir. Hamiləlik zamanı və ya doğuşdan sonra qadında ilk dəfə yaranmış babasil də bu qrupa aiddir.
Sonrakı babasilə gəldikdə isə, hal-hazırda o bizi çox maraqlandırmır – bu kiçik çanaq venalarında qan axınını pozan qaraciyər sirrozunun, bəzi ağır ürək-damar xəstəliklərinin, müxtəlif şiş proseslərinin nəticələridir.
Əgər babasilin yaranma səbəbi hamiləlikdirsə, o zaman onun formalaşması daha çox onun ikinci yarısına təsadüf edir, doğuş isə onu kəskinləşdirə bilər. Statistikaya əsasən, həyatında ən azı bir dəfə uşaq dünyaya gətirmiş qadınlar bu xəstəlikdən 5 dəfə daha çox əziyyət çəkirlər nəinki doğum keçirməmiş qadınlar. Bu fakt böyümüş uşaqlığın çanağın dibinə və ilk növbədə hamiləlik zamanı tez-tez qəbizliklə müşahidə olunan babasil vena kələfinə təzyiqi ilə izah olunur. Hamiləliklərin və müvafiq olaraq doğuşların sayı, həmçinin hamilə qadının yaşı babasilin inkişaf etmə riskinin səviyyəsinə təsir edir. Birinci uşaq gözləyən iyirmi yaşlı qadınlarda bu son dərəcə xoşagəlməz xəstəlik 3 dəfə daha az rast gəlinir, nəinki həmin kateqoriyaya aid olan otuz yaşlı qadınlarda.
Nə üçün həkimə müraciət etmək lazımdır?
Statistikaya əsasən, hamilə qadınlarda babasil kifayət qədər tez-tez yaranır, lakin, birincisi, bu müstəqil xəstəlikdir, ikincisi isə, onun inkişafı heç bir halda qaçılmaz “bəla”, hamiləliyin və doğuşun ağırlaşması kimi hesab edilə bilməz, eləcə də hamiləlik babasilin inkişaf etməsinin mütləq səbəbi sayıla bilməz. Ona görə də, əgər bu delikat nahiyədə sağlamlığınızla bağlı şübhələriniz yaranıbsa, müalicə üçün həkimə müraciət etmək lazımdır. Axı babasil ilk vaxtlarda müşahidə olunan güclü diskomfortdan başqa, son dövrlərdə hamiləliyin normal gedişatını poza bilər və doğuşun gedişatına və doğuşdan sonrakı dövrə təsir edə bilər.
Bir çox adam babasilin, xüsusən də bu xəstəliyin inkişaf etməsinin ilk mərhələlərində, o qədər də təhlükəli olmadığını düşünərək həkimə müraciət etməyə tələsmir. Lakin bu elə deyil! Müalicəsiz buraxılmış babasil anemiya (qanda hemoqlobinin miqdarının azalması), dayaq-hərəkət aparatı (məsələn, artritlər), sidik-tənasül sistemi, dəri (müxtəlif səpkilər, o cümlədən civzə, və s.) xəstəlikləri əmələ gətirə bilər.
Babasilin təzahürləri düz bağırsağın bəzi başqa xəstəliklərini, bəzən isə - hətta onkoloji xəstəlikləri xatırladırlar.
“Dərinliyinə” görə babasil düyünlərini daxili və xarici növlərə ayırırlar. Daxili düyünlər düz bağırsağın daxilində əmələ gəlir, ona görə də adi müayinə zamanı onlar görünmür. Xəstədə bu düyünlər istilik, qaşınma, hissi əmələ gətirir, ağrı kürəyə və oma sümüyünə vurur. Çox vaxt daxili babasil düyünlərindən olan qan axmalar xarici düyünlərdən olan qan axmalardan həcmcə daha böyük olur. Daxili babasil daha tez-tez anemiya ilə ağırlaşır. Xarici babasil birbaşa anusun içində yerləşir, tez-tez çolə çıxır, daha ağrılı olduğuna görə bağırsağın boşalmasını daha çox çətinləşdirir.
Xəstəlik təzahürlərinin artma sürətinə babasili xroniki və kəskin formasına görə ayırırlar.
Xroniki babasil
O tədricən başlayır, defekasiyadan sonra qadında epizodik olaraq anus nahiyəsində xoşagəlməz hisslər əmələ gəlir: bağırsağın tam boşalmaması hissi, güclü olmayan lakin kifayət qədər tez keçən qaşınma, yüksək nəmlik. İnkişaf etməkdə olan babasil zamanı ağrı öz-özünə yox ola və bir neçə gündən sonra yenidən qayıda bilər. Adətən, xəstəliyin bu mərhələsində həkimə müraciət etmirlər. Bir müddət sonra tualet kağızı üzərində qan ləkələri müşahidə olunur. Xəstəliyin ilkin müddətinin davamlılığı bir neçə aydan bir neçə ilədək təşkil edə bilər. Yuxarıda deyildiyi kimi hamiləlik prosesin sürətlənməsinə kömək edir. Xəstəliyin sonrakı inkişafı zamanı defekasiya getdikcə daha ağrılı olur və daimi olaraq güclü qan axmalar ilə müşahidə olunur. Artan daxili babasil düyünlərinin böyüməsi onların anusdan düşüb çıxmasına gətirib çıxarır. Anal kanalından daxili babasil düyünlərinin düşüb çıxması zamanı qadın düz bağırsağın həddindən artıq dolması və bağırsağı boşaltmaq istəyi hissini keçirir. Əksər hallarda gicişmə qaşınma və qan axma ilə müşahidə olunur. Anus ətrafındakı dərinin üzərində daimi sulu və selikli ifrazatlar olduğuna görə dəridə qıcıqlanma qala bilər.
Babasil şişlərinin çölə çıxmasının üç mərhələsi vardır.
Birinci mərhələdə düyünlər anusdan yalnız defekasiya zamanı güclü gücəndikdə çölə çıxır sonra isə, öz-özünə, əllərin köməyi olmadan yerinə düşür. İkinci mərhələdə, düyünlər tualetə getmə zamanı çölə çıxır, lakin güclü gücənmə olmadan və həmçinin ağırlıq qaldırdıqda. Düyünlərin özü daha yerinə qayıtmır, lakin əllərin köməyi ilə onları “yerinə salmaq” hələ ki mümkündür. Üçüncü mərhələdə düyünlərin çölə çıxması fiziki gücün ən zəif formada tətbiq olunması zamanı da baş verir, məsələn, asqırdıqda, öskürdükdə. Çölə çıxmış düyünləri həmçinin əllərin köməyi ilə yerinə salmaq olar.
Kəskin babasil
Bu ad altında daha çox uzun müddət davam edən xroniki babasilin ağırlaşması kimi yaranan babasil düyünlərinin trombozu nəzərdə tutulur. Təsadüfi hallarda xarici düyünlərin trobozu da müşahidə olunur. Bu zaman tək tromblaşmış düyün kifayət qədər uzun müddət ərzində insana heç bir ağrı hissi verməyə bilər.
Ağrı təzahürlərinin gücünə görə kəskin babasili 3 ağırlıq dərəcəsinə görə fərqləndirirlər.
I dərəcə. O palpasiya (əl ilə yoxlama) zamanı güclü olmayan ağrılı düyünlər, anus nahiyəsində qaşınma və yandırma hissi, irinli olmayan ifrazatlar ilə xarakterizə olunur. Bütün bu təzahürlər bağırsağın boşalmasından sonra güclənir, sonra isə getdikcə azalır.
II dərəcə. Anus ətrafındakı sahələrə yayıla bilən güclü iltihabi şişə görə zədələnmiş düyünlərin böyük ölçüsü olur. Düyünlərin özü də, və bütün şiş zonası qırmızı olur. Anusun sfinkterləri reflektiv şəkildə sıxılıdır, anusu barmaq ilə müayinə etmək cəhdi kəskin ağrı əmələ gətirir. Trombozun bu mərhələsində yeridikdə, oturaq vəziyyətdə olduqdə və xüsusilə də defekasiya cəhdi zamanı güclənən daimi güclü ağrılar müşahidə olunur.
III dərəcə. Bu mərhələdə qızartı anusun bütün nahiyəsində müşahidə olunur. Onun içindən böyük göyərmiş və tünd qırmızı daxili babasil düyünləri çıxır. Anal sfinkterin spazmı daha güclü təzahür olunur; bundan başqa, o sidik kisəsi sfinkterinin reflektiv spazmı ilə müşahidə oluna bilər, bu isə sidik ifrazının çətinləşməsi ilə təzahür olunur. Öz inkişafında xəstəlik hətta düyünlərin nekrozu (cansızlaşması) mərhələsinə çata bilər və onların üzərində qara rəngli sahələr əmələ gələ bilər. Bu mərhələnin ağırlaşmaları paraproktit (düz bağırsağın ətrafındakı toxumaların, o cümlədən piy toxumalarının iltihabı, sfinkterin güclü spazmı zamanı tromblaşmış daxili düyünün sıxılması) ola bilər.
Hamiləliyin və doğumun xəstəliyin gedişatına təsiri
Adətən qadında babasil hamiləlik fonunda əmələ gəlirsə, kifayət qədər uzun müddət xəstəlik özünü heç bir şəkildə büruzə vermir və qadını heç nə narahat etmir. Babasil düyünləri onun üçün cərrahın və ya ginekoloqun adi profilaktik müayinəsi zamanı aşkar olunmuş gözlənilməz və xoşagəlməz bir tapıntıya çevrilir.
Bütün hamiləlik dövrü ərzində babasilin özünü “yaxşı apardığı” və qadına heç bir narahatçılıq gətirmədiyi təqdirdə belə, doğuş bu xəstəliyin kəskin ağırlaşmasına səbəb ola bilər. Və doğuş prosesi nə qədər uzun müddət çəkərsə, o qədər də ağırlaşma riski yüksək olar və o qədər də o özünü güclü büruzə verər.
Statistikaya əsasən, hamiləlik zamanı babasilin kəskinləşməsi bu xəstəlikdən əziyyət çəkən qadınların təxminən 50%-da müşahidə olunur. Səbəb ondan ibarətdir ki, uşağın başı kiçik çanaqdan keçdiyi zaman bu yerdə yerləşən ana orqanlarının və toxumalarının – və ilk növbədə vena kələflərinin sıxılması baş verir. Venalardan qan axını pozulur, kiçik çanaq venalarında qan durğunluğu çoxalır. Mövcud düyünlər böyüyür və daha sıx konsistensiya alır. Sancılar və xüsusən də gücənmələr zamanı düyünlər qabağa çıxa, qızara və hətta göyərə bilər. Gücənmələr arasındakı dövrdə, bətndaxili təzyiq azaldıqda vena kələflərinə olan təzyiq də azalır; düyünlər daha sakit görünüş alır. Beləlikə, doğuş mexanizminin özü əvvəldən mövcud olan babasilin ağırlaşmasına gətirib çıxara bilər, daxili düyünlərin çölə çıxmasına və hətta onların partlamasına səbəb ola bilər. Çölə çıxmış düyünlərin sıxılma halları və onların trombozu da müşahidə olunmuşdur.
Diaqnostika
Həkim üçün babasili aşkar etmək adətən çətin deyil. Spesifik şikayətlər diqanozu tez qoymağa imkan verir. Barmaqla müayinə mütləqdir. Bəzən diaqnozu dəqiqləşdirmək üçün düz bağırsağa xüsusi optik apparatın yeridilməsi ilə keçirilən müayinənin, yəni rektoromanoskopiyanın aparılması mümkündür. O düz bağırsaqda nəyin baş verməsini görməyə imkan verir.
Babasildən əziyyət çəkən hamilə qadınların vaxtında üzə çıxarılması, onlara vaxtında müalicənin təyin olunması bir çox hallarda bu xəstəliyin sonrakı inkişafının, doğuş və doğuşdan sonrakı dövrdə ağırlaşmaların qarşısını almağa imkan verir.
Profilaktika və müalicə
Paylaş: