Yüklənir...
Hamiləlik zamanı çox tərləmə
Hamiləlik – istənilən qadının həyatında ən vacib və çətin vaxtlardan biridir. Bu müddətdə orqanizmin bütün sistemlərinin yenidən qurulması baş verir. Bu da müəyyən “sürprizlərə” gətirib çıxarır. Hamıya tanış olan şıltaqlıqlar və əhval-ruhiyyə dəyişikliyi ilə yanaşı bir çox hamilə qadınlar hiperhidrozdan (tərləmədən) əziyyət çəkirlər.
Hamiləlikdə tərləmə nə vaxt olur?
Hamiləlik zamanı çox tərləmə bir qayda olaraq birinci rüb ərzində yaranır və daha çox gecə vaxtı narahat edir. Hamiləlik müddətinin ortalarında tərləmə nisbətən azalır, lakin doğuma yaxın yüklənmələr nəticəsində, xüsusən də əkizlər gözləniləndə, yenidən qayıda bilər. Qadınlarda hiperhidroz adətən doğumdan sonra keçib gedir, lakin bəzi hallarda çox tərləmə zahını hələ bir neçə həftə ərzində və hətta döş ilə yedirilmənin sonuna kimi narahat edə bilər.
Hamilələrdə hiperhidrozun yaranma səbəbləri
Adətən hamilə qadınlarda hiperhidroz orqanizmdə baş verən qaçılmaz hormonal dəyişikliklər nəticəsində yaranır.
Hamiləlik zamanı estrogen səviyyəsinin azalması baş verir ki, bu da su-duz mübadiləsi requlyasiyasının pozulmasına gətirib çıxarır. Eyni zamanda böyrəküstü vəzilərin normal fəaliyyətinə cavabdeh olan hormonların səviyyəsi yüksəlir. Nəticədə isə qadının bədən hərarətini artıran qan axınları baş verir.
Hamiləlik zamanı çox tərləmə aşağıda göstərilən hallarda ağırlaşa bilər:
Yuxarıda göstərilən amillər gecə vaxtı hiperhidroza gətirib çıxarır, hamiləlik müddətində isə tərləmə daha da çoxala bilər.
Hiperhidrozla mübarizə
Həkimlər vurğulayırlar ki, hamiləlik zamanı tərləmə xəstəlik deyil, normal bir haldır, buna görə onu müalicə etmək lazım deyil, sadəcə gigiyena prosedurlarından istifadə etmək lazımdır. Çox tərləməni azaltmaq üçün aşağıdakı tövsiyələrə riayət etmək lazımdır:
Dezodorant və antipersperantlar
Hiperhidrozla mübarizədə körpəyə ziyan vurmamaq üçün gələcək analar dərmanların istifadəsindən çəkinməlidirlər. Əgər hamiləlik zamanı güclü tərləmə çox problem yaradırsa, tərkibində spirt, aromatizatorlar və kimyəvi əlavələr olmayan və bu səbəbdən də tamamilə ziyansız olan təbii dezodorantlardan istifadə etmək olar. Antipersperantların istifadəsi qəti olaraq tövsiyə edilmir, çünki onlar tərqovucu axarları daraldır, bu isə bədənin şişməsinə gətirib çıxarır və böyrəklərin fəaliyyətini pozur.
Paylaş: