Yüklənir...

Hamiləlik zamanı mədə qıcqırması

Hamiləlik zamanı mədə qıcqırması

Hamiləlik zamanı mədə qıcqırması

Demək lazımdır ki, heç vaxt əvvələr güclü qıcqırmadan əziyyət çəkmədiyiniz halda belə, hamiləlik dövründə bu xoşagəlməz hal ilə tanış olmağa şanslarınız çoxdur. Özü də bu hal o qədər xoşagəlməz və hamilə qadınlar arasında inanılmaz dərəcədə yayılmışdır ki, artıq çoxdan adi hamiləlik dövrünün ən qıcıqlandırıcı və bezikdirici müşayiətçilərindən biri hesab edilir.

Elə bir fikir var ki, hamiləlik zamanı mədə qıcqırmasının əmələ gəlməsinin əsl səbəbkarı körpənin özü ya da, daha dəqiq desək, onun dırnaqcıqları və ya aktiv saç örtüyü ola bilər. Lakin qeyd etmək lazımdır ki, həkimlər bu fikirin əsassız olduğunu hesab edirlər. Belə həzm “yanğınının” ilk növbədə fizioloji mahiyyəti vardır və o həqiqətən də elmi nöqteyi-nəzərdən izah oluna bilər.  Buna müvafiq olaraq qıcqırmanın əmələ gəlməsi ilə mübarizə üsulları da tamamilə aydın görünür.

Belə güclü və xoşagəlməz yandırma hissi nədən əmələ gəlir?

Beləliklə, qıcqırma (və ya turşu dispepsiyası adlandırılan hal) – yandırma hissi və birbaşa döş sümüyünün arxa tərəfində, həmçinin də epiqastral nahiyədə kəskin ağrı ilə xarakterizə olunan müəyyən bir hissdir. Özü də əksər hallarda bu mədə turşusunun birbaşa qida borusuna atılması nəticəsində baş verir və bunun nəticəsi kimi qida borusunun həssas selikli qişası güclü qıcıqlana bilər və elə bu vaxt bu kifayət qədər xoşagəlməz yandırma və istilik hissi əmələ gəlir.

  • Lakin bu adı çəkilən turşunun atılmasına (ifrazına) məhz bəzi daxili orqanların sıxılması səbəb ola bilər. Və məhz buna görə insanlar hər hansı aktiv əyilmələrdən və ya qarın əzələlərinin məşq etdirilməsindən sonra, bəzən də sadəcə bədən çəkisi böyük olduqda tez-tez güclü qıcqırma hiss edə bilərlər. Hamiləlik zamanı isə orqanları daima fəal şəkildə böyüyən döl sıxa bilər ki, bu da təbii olaraq hamiləlik müddətinin böyüməsi ilə daha ağırlaşa bilər. Və məhz buna görə qıcqırma əksər hallarda qadınlara ikinci trimestrdən etibarən əziyyət verməyə başlayır, hamiləliyin erkən dövrlərində isə qadınlar adətən bu “sevinci” yaşamırlar (amma bəzən belə nadir hallar da olur).
  • Əlbəttə ki, qida borusu bu mədə turşusunun təsirindən xüsusi fizioloji qapaq – və ya daha dəqiq desək sfinkter ilə çox yaxşı müdafiə olunur, elə buna görə də qıcqırmadan heç də bütün hamilə qadınlar əziyyət çəkmir. Lakin “hamiləlik” hormonu progesteronun təsiri altında, artıq hamımız bildiyimiz kimi, qadın orqanizmindəki bütün əzələlərin tonusu bir az boşalmış şəkildə olur və bu həmçinin qida borusunun əzələlərinə və sfinkterinə də aiddir. Və elə bu vaxt qida borusunun sıxılması üçün nəzərdə tutulmuş əzələ qapağı bu cür boşalmış vəziyyətdə mədə turşusunun birbaşa qida borusuna tökülməsinə imkan verə bilər. Bundan başqa həmin bu sfinkterin tam normal, sıx bağlanmasına uşaqlığın daima böyüməsi və bunun nəticəsi kimi bətndaxili təzyiqin çoxalması (bu adətən hamiləliyin təxminən iyirmi beşinci həftəsindən baş verir) mane olur.
  • Hamiləlik zamanı müəyyən hormonların çox yüksək səviyyədə olması da insan orqanizminin düzgün və tam şəkildə həzmi üçün tələb olunan vaxta təsir edə bilər. Qidanın qida borusu üzrə hərəkət etməsinə kömək etmək vəzifəsini daşıyan əzələ yığılmaları isə, bu cür güclü hormonal sekresiyanın yan təsiri kimi, bir az zəifləyə bilər. Nəticədə isə bütün həzm prosesi, eləcə də qidanın parçalanması, əlbəttə ki, bir az daha çox vaxt aparır və bəzən həzm fəaliyyətinin bu cür pozuntularına və bunun nəticəsi kimi qıcqırmaya gətirib çıxarır.
  • Adətən qıcqırma növbəti qida qəbulundan (xüsusilə də çox yağlı, qızardılmış və ya sadəcə acı qidanın qəbulundan sonra) bir az sonra başlaya bilər və bu hal bir neçə dəqiqədən bir neçə saatadək davam edə bilər. Lakin bunların hamısı fərdidir və konkret bir orqanizmdən asılıdır. Bir çox hamilə qadın ümumiyyətlə qeyd edir ki, qıcqırmadan onlar demək olar ki, həmişə əziyyət çəkirlər, hətta heç nə yemədikləri və içmədikləri vaxtlarda belə. Bundan başqa, çox vaxt qıcqırma gələcək anaları onların məhz uzanmış vəziyyətdə olduqları zaman narahat etməyə başlayır, elə məhz buna görə bəzən qadınlar az qala oturmuş vəziyyətdə yatmalı olurlar.

Hamiləlik zamanı yaranan qıcqırmanı necə yox etmək və ya qarşısını almaq olar

  1. İlk növbədə çalışın spazmolitiklərin qəbulundan ümumiyyətlə imtina edəsiniz, çünki onların sizə lazım olan təsirindən başqa onlar həmçinin qida borusunun sfinkterinin boşalmasına səbəb olur və bununla da kəskin şəkildə güclü qıcqırmanın yaranmasına kömək edir. Eyni təsirə bəzi otlar da malik ola bilər, məsələn, nanə. Buna görə əgər ot çaylarının həvəskarısınzsa onlardan bir müddətlik imtina etməniz tövsiyə olunur.
  2. Unutmamaq lazımdır ki, böyük ehtimalla hamiləliyin bütün müddəti ərzində yığacağınız artıq çəki güclü qıcqırmanın əmələ gəlmə riskini həmçinin çoxaldacaqdır. Ona görə də heç vaxt qədərindən artıq yeməyin.
  3. Gündə beş və ya hətta altı dəfədən az olmayaraq hissə-hissə qidalanmağa çalışın. Lakin lap kiçik porsiyalarla, bir saat yarım və ya iki saatdan bir yemək yemək lazımdır.
  4. Maksimum dərəcədə asta yeməyə çalışın və qidanı yaxşı yaxşı çeynəyin.
  5. Mütləq qaydada çalışın öz gündəlik rasionunuza orqanizmdə qələvi reaksiya əmələ gətirə bilən məhsullar daxil edəsiniz.  Bunlara isə, ilk növbədə süd, qaymaq, xama, kəsmik, buğda bişirilmiş sadə omletlər, yağsız və suda bişirilmiş ət və ya balıq daxildir. Qoyulmuş tapşırığın öhdəsindən kərə və bitki yağları və əvvəlcədən qurudulmuş (dünənki çörək olsa lap yaxşı olar) ağ çörək yaxşı gəlir.
  6. Unutmayın ki, müxtəlif tərəvəzlərdən olan yeməkləri və qarnirləri praktiki olaraq çoxlu miqdarda qəbul etməlisiniz, əlbəttə ki, onlar suda bişirilmiş və ya hətta sürtkəcdən keçirilmiş şəkildədirlərsə. Meyvələri isə duxovkada bişirmək məsləhətdir.
  7. Mütləq qaydada öz gündəlik rasionunuza suda bişirilmiş pazı və buğa verilmiş qara gavalı əlavə etməyə çalışın. Bu güclü qəbizliyin qarşısını almaq üçün lazımdır, çünki istənilən gücənmə bətndaxili təzyiqin kəskin şəkildə yüksəlməsinə gətirib çıxara bilər, və bunun nəticəsi kimi, mədədə olan həddindən artıq turş maddələrin birbaşa qida borusuna atılmasına səbəb olur.
  8. Hamiləliyin bütün dövrü ərzində çalışın yağlı, çox qızardılmış yeməklərdən, hisə verilmiş məhsullardan və həddindən artıq acı ədviyyatlardan və ya souslardan çəkinəsiniz. Həddindən artıq turş meyvə şirələrindən və ya kompotlarından, tərkibində sərt sellüloz olan bütün tərəvəzlərdən imtina etmək də pis olmazdı. Bunlara ağ kələm, təzə qırmızı və ya ağ turp, soğan və sarımsaq daxildir. Qoz-fındıq, göbələk, qara çörək, südlü şokolad, bütün qazlı və ya köpüklənən içkilər, qara çay və hətta kofe kimi gec həzm olunan məhsulları qəbul etməsəniz yaxşıdır. Bir müddətlik xardal, sirkə, pomidor və hətta portağal nə olduğunu unudun.
  9. Gec parçalanan heyvan piylərindən, daha dəqiq desək qoyun və qaz piyindən tamamilə imtina etmək yaxşı olardı.
  10. Bununla yanaşı, turşuluq refleksinin əmələ gəlmə riskini kəskin şəkildə çoxalda bilən alkoholdan və tez-tez siqaret çəkmədən tamamilə imtina etmək lazım olacaqdır.
  11. Şam yeməyinizi çalışın maksimal dərəcədə yüngül, heç bir ət yeməyinin iştirakı olmadan edəsiniz, və ümumiyyətlə düz yuxuyadək, yəni üç və ya hətta dörd saat ərzində daha heç bir qida qəbul etməməyə çalışın.
  12. Hər bir qida qəbulundan sonra 15 və ya 20 dəqiqə ərzində ayaq üstə dursanız və ya heç olmasa otursanız bu qıcqırmadan qurtulmağa kömək edə bilər, lakin heç bir halda dərhal uzanmayın – məhz onda qida mədəni daha tez tərk edəcəkdir.
  13. Qıcqırmanın əmələ gəlməsinə səbəb olacaq bədən vəziyyətlərindən və fiziki məşqlərdən yayınmağa çalışın. Bunlara bütün bədənlə həddindən artıq qabağa əyilmələr və qarın əzələlərinin gərginləşməsi daxildir.
  14. Həmçinin yadda saxlayın ki, donqarlıq və düzgün olmayan qamət birbaşa qarına olan təzyiqi çoxalda bilər, bu da öz növbəsində güclü qıcqırmanın əmələ gəlməsinə gətirib çıxara bilər. Məhz elə buna görə hətta oturmaq da maksimal dərəcədə düz lazım olacaqdır.
  15. Həm yeridikdə, həm oturduqda öz onurğanızı daima düz vəziyyətdə saxlamağa çalışın, bu güclü qıcqırmanın qarşını almaq üçün lazımdır.
  16. Əgər bunun üçün müvafiq əks göstərişlər yoxdursa, yatağın baş ucunun bir az qaldırılmış vəziyyətdə olması ilə yatmağa çalışın və ya sadəcə daha “hündür” yastıqlardan istifadə edin.
  17. Yadda saxlayın, əgər qıcqırma getdikcə güclənirsə, özü də üfuqi vəziyyətdə olduqda belə, və ya bir yandan digər yana fırlandıqda, sadəcə durun və bir müddət mümkün qədər sakit şəkildə otaqda gəzişin. Siz sərin, lakin mütləq qazsız su içə və ya bir ədəd şirin olmayan peçenye (qalet peçenyesi olsa daha yaxşı olar) yeyə bilərsiniz.
  18. Mütləq öz paltarınıza diqqət yetirin: o heç bir halda bədəni həddindən artıq sıxmamalıdır.
  19. Yadda saxlayın, gündə kifayət qədər maye qəbul etmək lazımdır – lakin bunu növbəti qida qəbulu vaxtı deyil, yalnız əsas qida qəbulları arasında etmək lazımdır.