Yüklənir...

Hamiləlik zamanı soyuqdəymə: səbəbləri və müalicəsi

Hamiləlik zamanı soyuqdəymə: səbəbləri və müalicəsi

Hamiləlik dövründə zökəm niyə əmələ gəlir?

Hamiləlik zamanı zökəm, burunun tutulması təngnəfəslik, narahatlıq haları gələcək uşağın sağlamlığı üçün risk doğura bilər. Hamiləlik zamanı zökəmin mümkün bir neçə səbəbi mövcuddur:

Soyuqdəymə (adi virus yoluxması)

Hamiləlik 9 aya yaxın müddətdə davam edir və praktiki olaraq həmişə ilin bir neçə soyuq fəslini əhatə edir. Həmin zamanlarda soyuqdəyməyə məruz qalma təhlükəsi əhəmiyyətli dərəcədə artır. Virus yoluxmaları praktiki olaraq həmişə, oxşar əlamətlərlə müşahidə edilir: zökəm, boğazda ağrı, bədənin yüksək hərarəti və bəzən öskürək. Əgər sizdə zökəmdən başqa digər sadalanan əlamətlər varsa, deməli bu məhz soyuqdəymədir. 

 Sinusit (burun sinuslarının iltihabı), xüsusən də qaymorit

Hamiləlik dövründə orqanizmin qoruyucu qüvvələri zəifləmiş ola bilər, buna görə də burun sinuslarının iltihabı təhlükəsi bir qədər yüksəlmiş olur. Sinusit (həmçinin qaymorit) zökəm, bədən hərarətinin yüksəlməsi, baş ağrıları və üz nahiyəsində (gözlərin altında və üstündə) təzyiq hissləri doğurur. Sinusit zamanı zökəm adətən irinli olur: burun ifrazatları sarımtıl və ya yaşıla çalan rəngdə olur. Əgər sizdə belə əlamətlər yaranmışdırsa, mümkün olan qədər təcili şəkildə həkimə müraciət etmək lazımdır (terapevtə və otorinolarinqoloqa (LOR)).

Allergiya

Hamiləlik – sizin orqanizminizin ətraf aləmə öncədən ehtimal edilə bilməyən reaksiyaları dövrüdür. Əgər sizdə əvvəllər heç vaxt allergiya olmayıbsa hamiləlik zamanı o yarana bilər. Əgər zökəmin səbəbi məhz allergiyadırsa, onda siz asqırma, burun və boğaz nahiyəsində qaşınma hiss edəcəksiniz. Allergiyalı zökəm zamanı burun ifrazatları şəffaf, sulu olur. Həmin əlamətlər adətən müəyyən vəziyyətlərdə - sizin allergenlə rastlaşdığınız halda (toz, pişik tükü və s.) meydana çıxır. 

Hamilələrin zökəmi

Ola bilər əvvəllər bunu eşitməmisiniz, lakin hamiləliyin özü də zökəmin səbəbi ola bilər.

Hamilələrin zökəmi nə deməkdir?

Hamilələrdə zökəm kifayət qədər tez-tez qeydə alınır: hamilə qadınların təxminən 30% bu xəstəlikdən əziyyət çəkir. Hamiləlik zökəmi gələcək ananın orqanizmindəki hormonal dəyişikliklər nəticəsində əmələ gəlir. Estrogen hormonunun yüksək səviyyəsi hamiləlik zamanı burunun selikli qişasının ödəmini yarada və burun ifrazatlarının əmələ gəlməsinə səbəb ola bilər. Hamilələrdə zökəm hamiləliyin ilk həftələrindən başlaya və uzun həftələr və hətta aylarla davam edə bilər. Bəzi qadınlarda zökəm hamiləliyin birinci üç aylığının sonunda keçib gedir, bəzilərində isə ancaq doğuşdan sonra başa çatır.

Zökəm xəstəliyinizin hamiləliklə əlaqədar olmasının əsas əlamətləri:

  • Burunun tutulması sizin hamilə olduğunuzu bilmənizdən dərhal sonra və ya  bundan bir qədər də əvvəl baş verir.
  • Burun ifrazatları şəffaf və suludur.
  • Zökəm sizin uzandığınız vaxtlarda yaranır və ya güclənir (misal üçün, axşamlar yatmağa hazırlaşdığınız zaman və ya səhərlər yuxudan oyandıqdan sonra).
  • Zökəm tez-tez baş verən asqırmalarla müşayiət edilir.
  • Sizdə zökəmdən əlavə yüksək bədən hərarəti, boğazda ağrı, öskürək, baş ağrısı kimi digər əlamətlər olmur.

Hamiləlik zamanı qanla qarışıq zökəm

Hamilə qadınlarda zökəm tez-tez burundan qanaçılmalarla müşayiət edilir, burun ifrazatlarında isə qançillər və qanlı hissələr görünə bilər. Bu təhlükəli deyil və orqanizmdə qaçılmaz olaraq hamiləliklə əlaqədar olan dəyişikliklərlə əlaqədardır. Burundan tez-tez qan açılmasının səbəbi ondadır ki, orqanizm hamiləlik zamanı daha çox qan emal edir. Qan burunun həssas damarlarından keçdikdə onlar asanlıqla zədələnir və dağılır, bu da təhlükəsiz qanaxmalarla müşayiət edilir. Əgər hamilə qadın zökəmdən əziyyət çəkirsə, tez-tez burun silmələr də selikli qişanın xırda damarlarının zədələnməsinə gətirib çıxarır, buna görə də burun ifrazatlarında qan qatışıqları ola bilər.

Hamiləlik zamanı zökəm gələcək uşaq üçün təhlükəlidir?

Bir qayda olaraq, zökəm gələcək uşağın sağlamlığı üçün təhlükə törətmir. Hamiləlik zamanı olan zökəm, hətta burundan tez-tez qanaxmaların olması halında belə nə hamilə qadın, nə də gələcək uşaq üçün təhlükəli deyil. Əgər zökəm soyuqdəymə, sinusit (qaymorit) əlamətləri ilə müşayiət edilirsə yaxud allergiya zökəminə xas olan əlamətləri varsa, hamilə qadına mütəxəssis məhləshəti və zəruri halda dərmanla müalicə tələb edilə bilər. 

Hansı halda həkimə müraciət etmək lazımdır?

Əgər zökəmdən əlavə aşağıda göstərilən əlamətlər də müşahidə edilirsə, həkimə mümkün qədər tez zamanda müraciət edin:

  • Baş ağrıları
  • Üz nahiyəsində (gözün altında və üstündə) ağrılar və təzyiq hissi
  • Bədən hərarətinin 37.50 C və daha yüksək həddə qədər yüksəlməsi
  • Burun ifrazatları sarımtıl və ya yaşımtıl rəngə çaldıqda
  • Udqunma zamanı boğazda ağrı
  • Öskürək
  • Dəridə qırmızımtıl səpkilərin əmələ gəlməsi (allergiya əlaməti ola bilər)

Hamiləlik zamanı zökəmin dərmansız müalicəsi

Bütün qadınlara yaxşı məlumdur ki, hamiləlik dövründə dərmanlar qəbulunu mümkün qədər məhdudlaşdırmaq lazımdır. Onlar ciftdən (plasenta) keçərək körpənin orqanizminə düşə bilər. 

Aşağıda verilən məsləhətlər sizə zökəmin öhdəsindən dərman vasitələrinin köməyi olmadan gəlməkdə köməkçi ola bilər:

  • Buxar vannası müvəqqəti olaraq burun tutulmasını aradan qaldıra və tənəffüs yollarını açaraq nəfəs almanı asanlaşdıra bilər. İsti duş qəbul edin və bundan sonra bir müddət vanna otağında qalmaqla su buxarını qəbul edin. 
  • Hava nəmləndiricisi alın və onu öz yatağınızın yaxınlığında qoyun. Diqqətli şəkildə nəmləşdiricinin təlimatı ilə tanış olun, belə ki, o su və filtrin tez-tez dəyişilməsini tələb edir.
  • Yuxu saatları üçün başınızın altına çox yastıq qoyun ki, başınız mümkün qədər yüksəkdə qalsın. Bu hamiləlik dövründə mədə qıcqırmasını aradan qaldıra və ya zəiflədə bilər. 
  • Təmiz havada gəzinti həmçinin bir müddət zökəmi yaddan çıxarmağa kömək edə bilər. Çirkli havası olan yerlərdə gəzintidən çəkinin, bu allergik zökəmin yaranmasına təkan verə bilər.
  • Qıcıqlandırıcı maddələrlə təmasdan uzaq durun : siqaret tüstüsü, işlənmiş qazlar, rənglər və s. Onlar zökəmi gücləndirə və körpəyə ziyan yetirə bilər.

Hamiləlik dövründə zökəmə qarşı hansı dərmanları qəbul etmək olar?

Əgər zökəm normal yaşamaq və işləməyə mane olursa və yuxarıda verilən məsləhətlər kömək etmirsə, sizə dərman müalicəsi lazım olacaq. Zökəmə qarşı bir neçə dərman vasitəsi qrupu mövcuddur ki, onları hamiləlik dövründə qəbul etməyə icazə verilir. Onlardan bəzilərini, əgər dərmanların potensial xeyri körpə üçün potensial ziyanı üstələyirsə,  ancaq həkim məsləhəti ilə qəbul etmək lazımdır. Belə vasitələrə damardaraldıcı preparatlar aiddir (Nafazolin, Dlyanos, Nazol, Naftizin, Otrivin, Nazivin və s.). Bir qayda olaraq, bu dərman vasitələri ilə müalicə dövrü bir neçə günlə məhdudlaşır. Zökəmə qarşı hamilələr üçün ikinci vasitələr qrupunu antihistamin preperatları təşkil edir. Antihistamin qrupundan olan preparatlardan ancaq bəziləri hamiləlik dövründə qəbul edilmə üçün icazə verilir və ancaq müvafiq göstəricilərin mövcud olması halında müalicə həkiminin təyinatı ilə qəbul olunur.

Diqqət! Hamiləlik dövründə istifadə etməzdən əvvəl mütləq öz müalicə həkiminizlə məsləhətləşin. Qəbul ediləcək dərman vasitəsinin üzərindəki təlimatı diqqətlə oxuyun.

Duz məhlulları və dəniz suyu

Bu hamilələr üçün zökəmə qarşı ən təhlükəsiz vasitələrdir ki, reseptsiz apteklərdən əldə etmək və ya hətta müstəqil olaraq hazırlamaq mümkündür. Duz məhlulları və dəniz suyunun təsir etmə prinsipi aşağıdakından ibarətdir: dərmanda duz tərkibinin yüksək konsentrasiyası səbəbindən maye artıqları hüceyrələrarası boşluğu tərk edir və bu ödəmin kiçilməsinə, həm də burun qişasının xırda qan damarlarının daralmasına gətirib çıxarır. Nəticədə burunun tutulması hissi sizi tərk edir, asqırma azalır və burundan ifrazatların miqdarı azalır. Duzlu su qana sovrulur, orqanizmə heç təsir göstərmir və gələcək körpənizə heç bir zərər vermir. Duz məhlulu müstəqil olaraq ev şəraitində də hazırlana bilər. Məhlulun hazırlanması üçün bir stəkan qaynadılmış isti su götürərək üzərinə bir çay qaşığı xörək duzunu əlavə edib qarışdırmaq lazımdır. Əldə edilmiş məhlulu buruna damcılamaq və ya burunu təmizləmək mümkündür.  

Diqqət! Hamiləlik dövründə istifadə etməzdən əvvəl mütləq öz müalicə həkiminizlə məsləhətləşin. Qəbul ediləcək dərman vasitəsinin üzərindəki təlimatı diqqətlə oxuyun.