Yüklənir...

Hamiləlikdə ikili test

Hamiləlikdə ikili test

Hamiləlikdə ikili test

Hamiləlik zamanı müəyyən edilmiş zamanlarda uşağın sağlam inkişafının olub-olmadığının tədqiq edilməsi lazımdır. Həkimin təyin etdiyi zaman intervalları daxilində aparılan bu testlər sayəsində, uşağın bədən üzvlərinin inkişafını, genetik quruluşunda və xromosomlarının normal inkişafını, fiziki və zehni inkişaf prosesinin gedişini öyrənir, vaxtında patologiya aşkarlanır və ona görə lazımi müdaxilələr etmək olur.

Körpə ana bətnində həftə-həftə inkişaf edərək doğuma hazırlanarkən, müəyyən test, ultrasəs və buna bənzər tədqiqatlar sayəsində, hamiləlik dövrünü ana namizədi də içi daha rahat və inamla davam etdirir. Məhz ikili test də bu testlərdən biridir. Həkimin tövsiyəsi ilə hamiləlikdə ikili test etdirən ana namizədləri uşaqda inkişaf etməsi ehtimal edilən hər hansı bir mental anomaliyanı əvvəlcədən öyrənir.

İkili Test Nədir

İkili testdə ana bətnindəki körpədə yarana biləcək xromosom anomaliyaları tapmağa və müəyyənləşdirməyə kömək edən bir testdir. İkili test ilə uşaqda Trisomiya 21 deyilən Daun sindromu və Trisomiya 18 olaraq da bilinən Edwars sindromu kimi mental geriliyə səbəb olan anomaliyalar müəyyənləşdirilə bilir. İkili test körpənin zəka səviyyəsini ölçən test deyil. Zəka geriliyi və bir sıra orqan anomaliyalarını qabaqcadan müəyyən etməyə yarayan bir testdir.

İkili Test nə Zaman edilir

İlk trimester ikili test ilə hamiləliyin 11-14-cü həftələri arasında ultrasəs cihazı vasitəsilə NT, yəni uşağın ənsə qalınlığı ölçülür. İkili test eyni zamanda ana bətnində PAPP-a və free B-HCG nisbətini da ölçür. Daun senromu və Edwars sindromu yoxlamasında çox əhəmiyyətli bir test olan ikili test zamanı ölçülən PAPP-a nisbəti son dərəcə əhəmiyyətlidir. PAPP-a hamiləliyə xas bir zülaldır və əgər uşaqda anomaliya varsa bu zülal nisbəti daha aşağı səviyyədə müəyyən olunur. B-HCG səviyyəsi isə normadan daha yüksək çıxır.

İkili test necə aparılır

Hamiləlikdə ikili test edilərkən ilk əvvəl ultrasəs müayinəsi aparılır. Ultrasəs zamanı NT deyilən körpənin ənsə qalınlığı və CRL kimi tanınan boyun uzunluğu ölçülür. Ölçümdən alınan nəticələr bir yerə qeyd edilir. Həmin gün içində ana namizədi ölçü nəticələri ilə birlikdə qan verməyə gedir. Qan vermə prosesində əhəmiyyətli olan məqam, ac qarına və ya tox qarına olması deyil, ultrasəsin edildiyi günlə eyni gündə baş verməsidir. Ana namizədindən alınan az miqdarda qan nümunəsi labarator şüşə içinə alınaraq B-HCG və PAPP miqdarına baxılır. Bu göstəricilərin müəyyən edilməsi ilə əldə edilən dəyərlər, ultrasəsdə ölçülən dəyərlərlə birlikdə kompüter proqramına yüklənir. Proqrama ana namizədinin bəzi detalları: doğum tarixi, kilosu və s. əlavə olunur. Kompüter proqramı bütün verilən məlumatları dəyərləndirərək risk hesablaması aparır.

Hesablama nəticəsində trisomiya 21 (Daun sindromu) və trisomiya 18 (Eduard sindromu) üçün iki ayrı risk nəticə çıxır. Faizlər 1/200, 1/700, 1/2000 kimi göstəricilər şəklində yazılır. Faizlər, aşağı risk yaxud yüksək risk şəklində ikiyə ayrılır. Aşağı riskli nəticələrdə hər hansı bir müdaxiləyə ehtiyac olmaz. Ancaq yüksək riskli nəticələrdə CVS yaxud amniosentez həyata keçirilir. Bu barədə ana və ata namizədi həkimlə birlikdə qərar verməlidir.

İkili test nəticəsi kağızında trisomiya 21 (Daun sindromu) riski, trisomiya 18 (Eduard sindromu) yaş riski, NT kimi nəticələr yazılmışdır. NT - İkili testin öncəsində qan verməzdən əvvəl ultrasəsdə ölçülən dölün ənsə qalınlığı dəyəridir. Əksəriyyətlə 3 mm-nin üzərində olması anormal olaraq qəbul edilir. NT nəticəsi, ikili testin nəticəsi ilə ayrı olaraq qiymətləndirilir. Çünki ikili test nəticəsi normal çıxsa belə, NT qalınlığı çox olan uşaqlarda ürək anomaliyası əmələ gəlmə riski yüksəkdir. Bu səbəbdən də fetal eko (ekokardiyografi) keçirilməsi də lazımdır. 

Daun sindromu təhlükəsində sərhəd 1/270 kimi qəbul edilir. Əgər nəticə bu sərhədin üzərində 1/200, 1/100, 1/50 kimi dəyərləri göstərərsə, bu vəziyyət yüksək risk olduğunu göstərir. 1/300, 1/1000 kimi dəyərlər isə aşağı risk kimi qəbul edilir. Trisomiya 18-də bu sərhəd 1/100 olaraq qəbul edilir. Bunun üstündəkilər yüksək, altındakılar isə aşağı risk kimi qəbul edilir. Yaş riski isə ana namizədinin yaşındakı neçə qadından birində daun sindromlu körpə doğulacağı riskini göstərir.

İkili test nəticələri yüksək riski göstərirsə, bu vəziyyət, uşaqda test nəticəsində qeyd olunan miqdarda Daun sindromu ola biləcəyi mənasına gəlir. Məsələn, nəticə 1/100 çıxıbsa, körpədə 100 də 1 nisbətində Daun sindromu ortaya çıxma riski var deməkdir. Bu nəticə uşağın qətiyyən Daun sindromlu olacağı anlamına gəlməz. Körpədə 99% nisbətdə Daun sindrom olmadığı mənasına gəlir. Qəti diaqnoz üçün CVS, ya da amniosentez diaqnostika metodları istifadə edilərək nəticəyə daha dəqiq və qəti göstəricilərlə çatılır. Əgər amniosentez ediləcəksə 16-ci həftəni gözləmək lazımdır, çünki bu test 16-ci həftədən sonra keçirilə bilər. Ancaq bu vəziyyət ana və ata namizədində nəticəni cavabı çıxana qədər müəyyən zaman aldığı üçün gərginliyə səbəb olur. Bu səbəblə 10-13-cü həftələr arasında edilə bilən CVS testi etdirə bilərlər. Bu iki testi etdirmədən əvvəl çox yaxşı düşünmək lazımdır, çünki bu testlər keçirilərkən ana namizədinin uşaq salma riski var. Amma bu 200-300 hamiləlikdə bir görülən bir riskdir. CVS yaxud amniyosentez edildikdə nəticə bir neçə gün içərisində ortaya çıxır. Ancaq bu testlər edilməzsə qəti nəticə uşaq anadan olanda ortaya çıxır.

Bəs ikili test nəticələri aşağı riskli çıxarsa bu nə mənaya gəlir? Risk nisbəti 1/270-dən aşağı düşsə, fərz edək 1/1000 kimi bir nəticə əldə edilərsə, bu halda uşaqda Daun sindromu olma riskinin olduqca zəif olduğunu göstərir, amma qətiyyən Daun sindromu olmayacağı anlamına da gəlmir.