Yüklənir...

Hamiləliyin planlaşdırılması dövründə dieta. Dietanın hamiləlikdən əvvəl seçirik.

Hamiləliyin planlaşdırılması dövründə dieta. Dietanın hamiləlikdən əvvəl seçirik.

Hamiləliyin planlaşdırılması zamanı pəhrizin əsaslarını bilmədən bunun öhdəsindən gələ bilməyəcəksiniz! 

Uşağın dünyaya gəlməsi – bu qadın həyatının çox maraqlı bir hadisədir. O çox istəyir ki, övladı sağlam və gözəl olsun. Bəs düşünürük ki, bunun üçün şəxsi həyatımızı korrrektə etməli və hamiləliyin baş tutmasına qədər pəhrizi seçməliyik? Hamiləliyin planlaşdırılması dövründə düzgün pəhrizin tərtib edilməsinin aktuallığı hamiləliyin ilk üç ayının zəif olmasından irəli gəlir - əksər düşüklər məhz bu arada baş verir, məhz bu arada körpənin orqanizmində bütün orqanlarının formalaşması gedir. Buna görə çox arzuediləndir ki, dölləndirilmiş yumurta hüceyrəsinin implantasiyası artıq öncədən hazırlanmış sahəyə aparılmış olsun.  

 

 Hamiləiyi planlaşdıranlar üçün pəhriz tərtib etmənin əsasları

Qayda №1:  Ümumi qayda – rasional qidalanmaya keçid. Rasional qidalanma dedikdə nə başa düşməliyik? Hər şey olduqca sadədir: zülalların, piylərin və karbohidratların miqdarı tövsiyə edilən göstəricilərə müvafiq olmalıdır. Təbii ki, eyni məsələ vitaminlərə də aiddir, həm də bu zaman bir qayda olaraq kompleks preparatlar təyin edilir ki, onların da arasında xüsusi olaraq hamiləliyin planlaşdırılması üçün olanlar vardır.  

Qayda №2: Hamiləlikdən əvvəl pəhriz qadının ilkin vəziyyətini nəzərə almalıdır. Qidalanma barəsində söhbət əsasən çəkinin artıq və ya aşağı olmasından gedəcək. Həm birinci, həm də ikinci halda belə problemlər arzuolunmaz nəticələrə gətirib çıxara bilər – hamilə qala bilməmək, erkən müddətlərdə düşük, arterial hipertenziya, həddən artıq iri körpənin dünyaya gəlməsi və yeni dünyaya gəlmiş körpənin bir sıra başqa xəstəlikləri.  

Qayda №3: Maddələr mübadiləsi prosesinə heç bir stres müdaxiləsi olmamalıdır! Əgər çəkini azaltmaq tələb edilirsə, ac qalmaqla aparılan sərt pəhrizlər sizin üçün deyil. Əksinə, əgər çəki çatışmazlığı varsa, bu o demək deyil ki, həddən artıq yeməli, böyük həcmdə piylər və şəkər qəbul etməlisiniz.  

Qayda № 4: Hamiləlikdən əvvəl aparılan bütün pəhrizlər həkim məsləhəti tələb edir. Söhbət ondan gedir ki, piylənmənin pəhriz ilə müalicəsi həkim nəzarəti altında həyata keçirilməlidir: ancaq həkim terapiyanın düzgün olan taktikasını tərtib edə bilər, ancaq həkim xəstənin vəziyyətinə nəzarəti həyata keçirməklə qərar verə bilər ki, o hamiləliyə hazırdır ya yox.

Qayda № 5: Gələcək atanı da yaddan çıxarmayın. Gələcək ata üçün bir qayda olaraq, spirtli içkiləri istisna etmək və ya heç olmasa məhdudlaşdırmaq tələb olunur, lakin aydındır ki, tamhəcmli qidalanma həm də sperma keyfiyyətinə də əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Hamiləliyi planlaşdıranlar üçün pəhriz: nəyi olar və nə lazımdır?

Ümumi söhbətdən vacib olana keçirik. Hamilə qadının rasionuna hansı ərzaqlar daxil edilməlidir, hansılardan isə uzaq qaçmaq lazımdır?

Olmaz

  • Şəkər
  • Tortlar və pirojnalar
  • Qazlı içkilər
  • Fast-fud
  • Heyvan yağları
  • Alkoqol

Qeyd edək ki, göstərilən siyahı mütləq qadağan siyahısı deyil - bəzən istisna halları ola bilər, lakin alkoqoldan tam olaraq imtina etsəniz daha yaxşı olar.

Lazımdır:

  • Meyvələr (mümkün allergiya reaksiyalarının nəzərə almaqla)
  • Çiy və termal emallı tərəvəzlər: kələm, kartof, yunan qabağı, çuğundur, yerkökü və s.
  • Yarma, taxıl çörəyi
  • Ət, balıq, paxlalar
  • Yumurta
  • Süd məhsulları

Beləliklə, hamiləlik dövründə pəhriz adi balanslaşdırılmış qidalanmadır. Lakin bu pəhriz zamanı olduqca güclü stimulunuz da olacaq – hamilə qalmaq, sağlam körpəni daşımaq və dünyaya gətirmək, buna görə də tərtib edilən pəhrizə riayət etmək asan və pozitiv olacaqdır.