Yüklənir...
Qadın hamilə qala bilmirsə - kişi psixologiyası
Bəzən yarım il davam edən hamiləliyin planlaşdırılması zamanı tərəf müqabilləri arasında intim həyatlarında bəzi problemlər ortaya çıxır. Bir qayda olaraq, qadınlar fikir verib görürlər ki, ya kişilər fiziki təmasdan qaçırlar, onlarda ereksiya zəifləyir, qismən itir və ya seksual cəlbetməyə laqeyd olurlar. Ən pisi odur ki, kişi baş verənlər haqqında açıq danışmır, qadın üçün fantaziyalar və müxtəlif növ düşüncələr üçün sahə buraxırlar. Onlardan da bir çoxu əminliklə düşünür ki, kişi onlara xəyanət edir, uşaq istəmir, onu artıq əvvəlki kimi cazibədar hesab etmir və s. Axı bu qədər təəccüblü davranışın sirri nədədir?
Məlum olur ki, hər şey psixologiya ilə əlaqədardı. Qadınlara belə gəlir ki, gələcək nəslin artırılmasından ancaq onlar məsuliyyətlidirlər və kişilərin buna heç bir aidiyyatı yoxdur. Bəziləri hesab edir ki, qadınların payına ən mürəkkəb olan hissə düşür: bazal hərarətin ölçülməsi, ovulyasiyanın izlənilməsi, vitaminlərin qəbulu və s., kişilərin isə bəxti gətirib – ''öz işini gördün'', ''get kef elə'', ''hələ bu zaman həzz də alırlar!''. Lakin belə fikirlər, əslində olduqca böyük yanlışlıqdır. Kişilər uşağın təməlinin qoyulmasına çox məsuliyyətli yanaşırlar, bu onlar üçün çox mühüm bir addımdır. Buna görə də yarım il keçir, heç bir nəticə hasil olmadıqda onlar əsəbləşməyə, narahatlıq keçirməyə başlayırlar. Əlbəttə, bu kənardan sezilməyə bilər, həm də öz emosiyalarını laqeydlik pərdəsi altında gizlətmək xüsusiyyəti bütün kişilərə xasdır. Amma yenə də necə olsa gələcək atanın orqanizmi böyük bir gərginlik keçirir ki, bu da cinsiyyət orqanının müvəqqəti olaraq funksiyasının pozulması ilə nəticələnir. Yalnız kiçik bir qisimdə alınır ki, cəsarətlə bu problemlər barəsində narahatlıqlarını həyat yoldaşı ilə bölüşsün, əsas kütlə isə “öz sifətini qorumaq” üçün seksdən və intim söhbətdən qaçır. Qadın kişiyə güclü təzyiqlər etməyə başladıqda isə vəziyyət daha da gərginləşir. Hərfi mənada seks tələb edir, inanır ki, cinsi aktlar nə qədər tez-tez olarsa, hamilə qalmaq şansı da bir o qədər yüksək olacaqdır. Belə israr tərəf müqabilini qorxudur, daha böyük stressin yaranmasına səbəb olur.
Əgər yuxarıda sadalanan əlamətlər – seksdən imtina, hamiləliyin təməlinin qoyulması barədə söhbətlərdən yayınmaq, qapalılıq, ereksiyanın zəifləməsi və s. mövcuddursa, kişiyə necə kömək edə bilmək barəsində düşünmək lazımdır. Əlbəttə, dərhal həkimə də müraciət etmək olar, lakin ən yaxşısı stressi yaradan səbəblərin aradan qaldırılmasından başlamaqdır.
Səmimi söhbət zamanı qadın kişini nəyin narahat etdiyini, onun narahatçılıqlarının mənbəyini tapmalıdır. Onun vəziyyətini başa düşməyə, sakitləşdirməyə və dəstəkləməyə çalışmalıdır. Əgər kişi hər şeyi içində saxlamağa çalışırsa – bu hüququ ona buraxın. Əslində onun belə hərəkətlər etməsinin səbəbləri aydındır, buna görə də vəziyyəti daha da dərinləşdirməyin. Bütün görkəminizlə göstərin ki, siz hamiləliyin planlaşdırılmasına asan və məcburiyyətsiz yanaşırsınız, optimist əhval-ruhiyyədəsiniz və s.
Kişilərlə açıq aparılan söhbətlər göstərir ki, onlara daha çox bu vəziyyətə özlərinin israrla uşaq istəmək, uğursuzluqlardan həyəcan keçirmələri, səbirsizliklərə məhz qadınlar gətirib çıxarırlar. Ovulyasiya və uşağın təməlinin qoyulması haqqında sonsuz söhbətlər kişini gərginləşdirir, onlar da bacardıqları qədər bu söhbətlərdən qaçırlar. Buna görə deyinməyi və uzun uzadı danışmağı yığışdırın, hərarət ölçən və testlə o yan bu yana qaçmayın. Qoy hər şey öz axarı ilə getsin, özünüzü pozitivə kökləyin. Və belə olanda tezliklə sevgili insanınız yenə də sərbəstləşəcək və sizinlə yaxınlıq istəyəcək, bu halda bütün intim problemlər də aradan qalxacaq. Uğurlar!
Müəllif: Dr. Orxan Ağabəyov (www.agabekov.az)
Paylaş: