Yüklənir...
Ovulyasiyanı ev şəraitində necə müəyyən etmək olar?
Bir qədər nəzəriyyə və praktiki məsləhətlər.
Ovulyasiya nədir?
Ovulyasiyanın nə olduğunu başa düşmək üçün qadın cinsiyyət orqanı sisteminin quruluşu və fəaliyyəti barəsində təsəvvürlərə malik olmaq lazımdır. Qadın yumurtalıqlarının qabıq qatında “yatmış” vəziyyətdə olan ilkin follikullar adlanan yumurta hüceyrələri yerləşmişdir. Doğulan qız uşaqlarında onların sayı 300-400 minə yaxın olur.
Menstruasiyanın (aybaşı) birinci günündə hipofiz vəzidə FSH-follikulstimullaşdırıcı hormon ifraz olunur. Bu hormonun təsiri altında qadın yumurtalığında olan ilkin follikullardan biri (bəzi hallarda isə iki və ya üçü) inkişaf edir. Tsiklin əvvəlində ilkin follikulun diametri 1mm-dən artıq olmur. İki həftədən sonra isə onun diametri artıq 20 mm-ə çatır. Follikulun içərisində maye və xromosomlu nüvə yerləşmiş olur. Menstruasiyanın ortasında hipofiz vəzidə LH-lyüteyinləşdirıcı hormon ifraz olunmağa başlayır ki, onun da təsiri altında yumurta hüceyrəsinin yumurtalıqdan xaric olması – ovulyasiya prosesi baş verir.
Ovulyasiya necə baş verir?
“Ovulyasiya” sözu latın dilində olan ovum - yumurta sözündən götürülmüşdür. Belə ki, yumurtalıqda inkişaf etməyə başlayan ilkin follikulun ölçüsü tədricən artaraq yumurtalığın divarının dartılmasına səbəb olur. Menstruasiyanın ortasında follikulun ölçüsü artaraq üzüm giləsi ölçüsünə qədər çatır. Bu ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək bu hissədə deşilmiş olur. Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna dağılır. Beləcə, ovulyasiya baş verir.
Ovulyasiyadan sonra yumurtalıqda olan dağılmış follikul boşluğu qan və əmələ gəlmış yeni xüsusi hüceyrələrlə birlikdə yeni endokrin vəzi olan sarı cismi əmələ gətirir. Sarı cismin bu adı onun içərəsində olan sarı rəngli lyutein piqmentinə (luteus - latın dilində “sarı” deməkdir) görə verilmişdir. Yeni əmələ gələn sarı cisim progesteron (hamiləlik hormonu) adlı hormon ifraz etməyə başlayır. Progesteron hormonunun təsiri altında uşaqlıq və onun daxili qatı (endometrium) mayalanma baş verərsə yaranmış embrionu qəbul etməyə hazırlaşır. Əgər hamiləlik baş verərsə, progesteron hormonu hamiləliyin saxlanmasını qoruyur. Sarı cisim 10-14 gün ərzində mövcud olur və hamiləlik baş vermədiyi halda məhv olur. Hamiləlik baş verdikdə isə sarı cisim inkişaf edərək öz həcmini artıraraq hamiləliyin qorunması üçün xeyli miqdarda progesteron hormonu hazırlamağa başlayır.
Uşaq dünyaya gətirmək yaşına çatmış hər bir qadın üçün ovulyasiya və onun müşayiət edildiyi əlamətlərin tarixini bilmək lazımdır, axı məhz ovulyasiya günü hamilə qalmaq şansı olduqca yüksək olur.
Ovulyasiyanın əlamətləri
Ovulyasiyanın bütün əlamətlərini subyektiv (qadının özü tərəfindən müşahidə və hiss edilən) və obyektiv, daha etibarlı (laboratoriya analizlər, USM tədqiqatları) ayırmaq olar. Ovulyasiyanın tibbi yolla müəyyən edilməsi adətən, sonsuzluğun səbəbi olan ovulyasiyanın mövcud olmaması şübhələrinin və onun qeyri-mütəmadi olması halında həyata keçirilir. Adətən qadınlar ovulyasiya əlamətlərini hamilə qalmaq istəyən və ya əksinə olan hallarda müstəqil olaraq müəyyən edir, daha “təhlükəsiz” günləri çıxara bilirlər.
Ovulyasiyanı neçə müəyyən etmək olar?
Ovulyasiyanı necə müəyyən etməyin, tibbi yardım olmadan necə mümkün olması barəsində daha ətraflı danışaq. Ovulyasi öncəsində vaginadan ifrazatların xarakteri 2-3 günə qədər dəyişir, bol-bol olur, çiy toyuq yumurtası konsistensiyanı xatırladır, ovulyasiyadan dərhal sonra ifrazatların intensivliyi azalır, onlar daha qatı olurlar. Ovulyasiya anında bir miqdarda qanın ifraz edilməsi mümkündür (bir neçə millilitr). Əksər qadınlar ovulyasiyaya 1-2 gün qalmış yüksək seksual istək hiss edirlər. Bəzi qadınlarda ovulyasiya qarının alt nahiyəsinin sağ və ya sol tərəfində iynə batmasını xatırladan, qəfil, monoton ağrılarla müşayiət edilir. Yüksək ehtimalla səhərlər düz bağırsaqda hərarəti ölçməklə ovulyasiyanın hesablamaq mümkündür (bazal temperatur adlanan). Məlumdur ki, ovulyasiya zamanı bazal hərarət 0.5-0.6 dərəcə qalxır, bilavasutə ovulyasiyadan əvvəl isə bir qədər aşağı düşməsi qeydə alınır. Daha dəqiq nəticələr üçün özünün ovulyasiya təqvimini aparmağınız lazımdır ki, burada təkcə menstruasiya günləri deyil, həm də ovulyasiya günləri də qeyd edilsin.
Ovulyasiyanın pozulmasından şübhələnirsinizsə həkimə müraciət etməlisiniz – qeyri-mütəmadi menstrual tsikl, bazal hərarətin yüksəlməsi yoxdur, cinsi aktlara baxmayaraq hamiləlik baş vermir. Ovulyasi üçün ən geniş yayılmış və rahat olmayan laboratoriya testləri – bu vaginadan çıxan ifrazatlardır. Məlumdur ki, ovulyasiyadan əvvəl uşaqliq boynu qişasında natrium və kalium duzlarının tərkibi yüksəlir, yaxmanın müşahidə şüşəsinin üzərinə çəkilməsi və qurumasından sonra qişanın kristallaşması qeyd edilir, o, ayıdöşəyi yarpağını xatırladan şəkil əmələ gətirir. Tez-tez ovulyasiyanın müəyyən edilməsi üçün yumurtalıqların USM-dən istifadə edirlər, bu zaman yumurtalığın follikulunun ölçülərinin böyüməsini, onun sonradan dağılması ilə izləmək mümkündür. Qeyd etmək lazımdır ki, adətən, həkim laboratoriya və alətli tədqiqatlardan əlavə şəxsi ovulyasiya təqvimini aparılmasını da məsləhət görür – gündəlik bazal hərarəti ölçmək, onun qrafikini tərtib etmək.
Ovulyasiya testi
Daha az zəhmət aparan, lakin daha bahalı olan alternativ metod da mövcuddur – ev şəraitində ovulyasiyanın aparılması. Xəttli test şəklində olan ovulyasiya testləri istənilən aptekdə satışda vardır və sidikdə lyutein hormonunun yüksəlməsinin müəyyən edilməsinə əsaslanmışdır ki, onun da zirvə nöqtəsi ovulyasiyadan bir gün əvvələ təsadüf edir. Ovulyasiya üzrə testi gündə 2 dəfə həyata keçirmək tövsiyyə edilir ki, bu güman edilən tarixdən bir neçə gün əvvəldən başlamalıdır (tsiklin ortalarından).
Əgər tədqiqatlar nəticəsində müəyyən edilərsə ki, sizdə ovulyasiya yoxdur və ya o hər tsikldə müşahidə edilmir, bu reproduktiv funksiyanın ciddi pozuntusundan və dərin ginekoloji, endokrinoloji tədqiqatların aparılmasının zəruriliyindən xəbər verir. Belə hallarda hamiləlik nadir hallarda mümkün olur, amma adətən ovulyasiyanın stimullaşdırılması üçün medikamentoz (preparatlarla) müalicə tələb edir.