Yüklənir...

Hamiləlik əleyhinə - qoruyucu aylıq iynələr

Hamiləlik əleyhinə - qoruyucu aylıq iynələr

Hamiləlik əleyhinə - qoruyucu aylıq iynələr

Ayda 1 və ya 3 ayda bir vurulur. İçərisində olan progesteron hormonu sayəsində spermanın uşaqlıq ağzından keçidini, yumurta hüceyrənin əmələ gəlməsinin və mayalanmış yumurta hüceyrənin uşaqlığa yerləşməsinin qarşısını alır.

İynələrin tərkibi və istifadəsi

Aylıq iynə estrogen və progesteron hormonundan kombinəsindən ibarətdir, menstruasiyanın ilk günündə əzələ daxilinə vurulur, 1 ay boyunca təsirli qorunmanı təmin edir, inyeksiya hər ay təkrarlanır.
3 aylıq iynə isə progesteron hormonu ibarətdir, menstruasiyanın ilk 3 günü ərzində əzələ daxilinə aparılır, qorunma müddəti 3 aya qədərdir, inyeksiya müntəzəm olaraq 3 ayda bir təkrarlanır. Qoruma faizi 99.7%-dir.

Yan təsirləri

Ancaq bəzi qadınlarda menstruasiyanın pozuntusuna (menstruasiya görməmə kimi) səbəb ola bilər. Ancaq nizamsızlığın qadın sağlamlığı üzərində mənfi təsiri yoxdur, menstruasiya iynələr kəsildikdən bir müddət sonra düzəlir. Baş ağrısı, əsəbilik kimi yan təsirlər ortaya çıxa bilər.

Əks göstərişləri

Menstruasiya qanı nizamsız, döşdə şübhəli kütlə və ya xərçəng varlığı ya da qaraciyərdə problem varsa, qoruyucu iynələr təklif edilməz. Hamiləlik əleyhinə həbləri istifadə etməsi təhlükəli olan qadınların bu iynələri də istifadə etməsi təhlükəlidir.