Vaginizm

                        

Vaginizm - cinsi akt, ginekoloqun baxışı zamanı və hətta tampon yeridilərkən uşaqlıq yolunun əzələlərinin qeyri-iradi sıxılmasıdır.

Bu, tipik qadın patologiyasıdır, buna görə də kişilərdə vaginizm əlamətləri olmur. Xəstəlik fizioloji pozğunluqlarla əlaqəli deyil. Patologiya uşaqlıq yolunun hiperhəssaslığına çevrilən nevroz əlamətlərindən biridir. Ən geniş yayılmış səbəbi keçirilmiş stressdir. Patologiya səmərəli müalicə olunur. Problemdən yaxa qurtarmağın ən səmərəli yolu psixoterapiya və uşaqlıq yolunun əzələləri üzərində nəzarətə yönələn xüsusi tapşırıqlardır. Fiziki çalışmalardan başqa,vaginizmdə seksi qeyri-mümkün edən emosional problemlərin də aradan qalırılmasında pasiyentə kömək etmək lazımdır.

 Vaginizmin növləri

  • I dərəcəli - əzələlərinin qeyri-iradi sıxılması cinsi akt və ya ginekoloqun baxışı zamanı müşahidə olunur. Bu mərhələdə vaginizmdən yaxa qurtarmaq çətin deyil. Qısa müalicə kursu bunun üçün yetərlidir.
  • II dərəcəli – əzələlər hətta toxunmaya belə reaksiya verir.
  • III dərəcəli – sıxılma hətta cinsi akt və ya ginekoloq baxışı haqqında düşündükdə, yaranır. Xüsusi ağır hallarda əzələlərin spazmı qeydə alınır. Spazm budun bütövlükdə daxili tərəfini əhatə edə və güclü ağrı və qıca səbə ola bilir. Ağır formalı vaginizmlə mübarizə yollarını yalnız həkim təyin edə bilər.

Mif və reallıq

Vaginizm xəstəliyi o qədər incə bir problemlə bağlıdır ki, əksər qadınlar həkimə müraciət etməyə qorxur, vaginizmi aradan qaldırmaq yollarını bilmirlər. Nəticədə xəstəlik haqqında çoxlu sayda ziddiyyətli mif və şayiələr yaranmışdır. Belə bir yanlış fikir mövcuddur ki, bu xəstəliyi olan qadınlar frigiddir və cinsi aktdan həzz ala bilmirlər. Problemdən yaxa qurtarmağın mümkünsüzlüyünü də iddia edən fikirlər var. Hər iki iddia həqiqətə uyğun deyil. Əzələlərin qeyri-ixtiyari yığılması hallarına əvvəllər fiziki yaxınlıq zamanı neqativ duyğular yaşamayan qadınlarda da tez-tez rast gəlinir. Patologiya asanlıqla müalicə olunur.

Simptomları

     Xəstəlik ilkin və ya ikinci dərəcəli olur.

İlkin vaginizm cinsi həyata yenicə başlayan gənc qadınlarda yaranır. Partnyor cinsi əlaqəyə girməkdə çətinlik çəkir. Bu, cinsiyyət üzvünü yeridə bilməməklə və ya qadının güclü ağrı sindromu ilə bağlıdır. Azərbaycanda ilkin vaginizm kifayət qədər geniş yayılmışdır. Bu, onun nəticəsidir ki, bizim qızlar ərə gedərkən bakirə olur və çox vaxt cinsi təcrübəyə malik olmurlar.

İkinci dərəcəli vaginizm istənilən qadında, hətta əvvəllər cinsi aktdan həzz alan qadınlarda belə yarana bilən patologiyadır. İkinci dərəcəli patologiyanın yaranmasına təkan verən səbəblər həm psixoloji, həm də fiziki mənşəli olur. Bu, zorlama və ya cinsi akt zamanı partnyorun xəstəliyi və ya diqqətsizliyindən irəli gələn diskomfort ola bilir. Bəzən vaginizm doğuşdan sonra da müşahidə oluna bilir. İlkin səbəblər aradan qaldırılır, lakin vaginizmin əlamətləri qalır.

Vaginizmin simptomları:

  • Uşaqlıq yolunun spazmaları
  • Cinsi orqanlara toxunmağa cəhd edərkən kəskin ağrı hissi
  • Spazm və ağrı cinsi akt haqqında düşündükdə belə, yarana bilir

bəzən də II dərəcəli xəstəlik nevrozlarda yaranır. II və III dərəcəli xəstəlik isterik nevrozlarda olur. Yanlış vaginizm aktın dayanıqlı ağrı sindromu ilə müşayiət olunduğu psixi cəhətdən müvazinətli qadınlarda yaranır.

 Səbəbləri

Çox vaxt vaginizmə səbəb psixoloji problemlər - zorlama, cinsi yaxınlıq haqqında xoşagəlməz xatirələr, arzuolunmaz hamiləlikdən qorxu və .s olur. Bəzən problem partnyorlar arasında münasibətlərin pisləşməsindən yaranır. Patologiya gənc qadınlarda deflorasiyadan qorxduqlarından ilk cinsi akt zamanı müşahidə olunur. Xəstəliyə səbəb həmçinin iltihab prosesini yaradan bakteriyalar olur. Bu zaman cinsi akt zamanı ağrılar müşahidə olunur. Beləliklə də bakterial (və ya bakterisid) vaginizm yaranır. Bakterial vaginizm nədir? Bakterial (və ya bakterisid) vaginizmə səbəb cinsi orqanlarda patogen bakteriyaların yaratdığı iltihab prosesləridir.

 Müalicə

Vaginizmi müalicə etmək üçün həkim xəstəliyin səbəblərini araşdırır. Xəstəlik çox vaxt psixoloji amillərlə bağlı olduğundan, vaginizmin müalicəsi psixoterapiyanın köməyi ilə həyata keçirilir. Vaginizmin dərmanlarla müalicəsindən patologiya daxili orqanların xəstəlikləri ilə bağlı olduqda, istifadə olunur. Müalicənin metodikasını “Vaginizmin öhdəsindən necə gəlməli?” –də bax. 

 Psixoloji xarakterli vaginizm necə müalicə olunur:

  • Yaxınlıqla əlaqədar fobiyaların aradan qaldırılmasına yönəlmiş psixoterapeftik korreksiya
  • Vaginizmi sərbəst olaraq aradan qaldırmağa kömək edən və gərginliyi götürən autotreninq təlimləri.
  • Vaginizm zamanı ağrı sindromunun götürülməsinə yönələn medikamentoz terapiya
  • Fizioterapiya
  • Vaginizm zamanı xüsusi çalışmalar

Daxili orqanların xəstəlikərindən yaranan vaginizm necə müalicə olunur?

  • Orqanizm müayinə olunur və patologiyanın mümkün səbəbləri aşkar edilir.
  • Iltihab proseslərindən və ya bakterioloji amillərdən irəli gələn vaginizmi düzgün seçilmiş antibiotiklərin köməyi ilə müalicə etmək tövsiyə olunur.
  • Çox vaxt akt zamanı xoşa gəlməyən duyğulara və sonrakı patologiyaya səbəb uşaqlıq yolunda keçməməzliklər və ya çapıqlar olur (bax: vaginizm – foto). Bu zaman müalicə çapıqların sorulmasına yönələn fizioterapiyadan ibarət olur.

 Ev şəraitində müalicə

Vaginizmi yalnız həkim səmərəli müalicə edə bilər. Qadın pasiyentə cinsi kontaktdan qorxusunu aradan qaldırmağa kömək etmək üçün əsas terapiyadan sonra vaginizmin müalicəsi dəstindən istifadə olunur. Dəstə müxtəlif ölçülü genişləndiricilər daxildir. Bunlar pasiyentə qeyri-ixtiyari spazmaların yaranmasının özü tərəfindən qarşısının alınmasında köməklik edər.

  • Nəticələrdən yaxa qurtarmaqda müalicə həkiminin tövsiyə etdiyi çalışmalar köməklik edə bilər.
  • Əlavə terapiya kimi gərginliyi götürən fitopreparatlardan istifadə etmək olar.
  • Vaginizmin nəticələrinin bir daha yaranmaması üçün bütün addımlar həkimlə razılaşdırılmalıdır.

Problemin aradan qaldırılmasında partnyorun davranışı da mühüm rol oynayır. Eqoist, yalnız özünü düşünən kişi bir vaxt qadında fiziki yaxınlığa ikrah hissi oyada və nəticə etibarı ilə cinsi sferada problemləri yarada bilir. Və əksinə, diqqətli partnyorla istənilən problemi həll etmək mümkündür.