Yüklənir...

Kolposkopiya: uşaqlıq boynunun müayinəsi

Kolposkopiya: uşaqlıq boynunun müayinəsi

Kolposkopiya nədir?

Kolposkopiya analizdir. Həmin analizin köməyi ilə uşaqlıq boynunda və uşaqlıq yolundakı xərçəngəqədərki və xərçəng dəyişikliklərini aşkar etmək mümkün olur. Kolposkopiya proseduru xüsusi alətin – kolposkopun köməyi ilə həyata keçirilir. Bu alət həkimə böyüdücü şüşə altında uşaqlıq boynuna uşaqlıq yoluna baxmaq imkanı verir.

Geniş kolposkopiya nədir?

Geniş kolposkopiya – uşaqlıq boynunun daha dərindən müayinəsidir. Adi kolposkopiya zamanı gözə çarpmayan dəyişiklikləri aşkar etməyə imkan verir. Geniş kolposkopiya zamanı həkim ardıcıl şəkildə əvvəlcə uşaqlıq boynuna sirkə turşusu, sonra isə yod çəkir. Bu maddələr selikli qişada səciyyəvi dəyşikliklərə səbəb olur və bu dəyişikliklərə əsasən uşaqlıq boynunda gedən arzuolunmaz proseslər haqqında mühakimə yürütmək olur.

Bu müayinə nə üçündür?

Kolposkopiya uşaqlıq boynunun eroziyası, leykoplakiya, ektopiya, uşaqlıq boynunun displaziyası və xərçəngi kimi xəstəliklərin dəyərli diaqnostika metodudur. Bir qayda olaraq, kolposkopiya sitologiyanın nəticələri pis olduqda (sitologiyaya görə yaxma, PAP-test) və ya həkimin uşaqlıq boynunda hansısa patologiyaya şübhə yarandıqda təyin olunur. Çox vaxt diaqnozu dəqiqləşdirmək üçün kolposkopiya ilə birlikdə uşaqlıq boynunun biopsiyası da həyata keçirilir.

Kolposkopiya kimə təyin edilə bilər?

 Ginekoloqunuz kolposkopiyanı aşağıdakı hallarda məsləhət görə bilər:

  • Atipiyaya (sitologiyaya, PAP-testə görə yaxmanın) görə yaxmanın nəticələri uşaqlıq boynunda şübhəli hüceyrələr aşkarladıqda;
  • Hər dəfə seksdən sonra sürtkülü qanlı ifrazatlar narahat etdikdə;
  • Baxış zamanı ginekoloq uşaqlıq boynunun şübhəli dəyişikliklərini aşkar etdikdə
  • Uşaqlıq boynunun iltihabı (servisit) varsa
  • Uşaqlıq boynunun polipləri aşkar edildikdə
  • Genital ziyil (kondiloma) aşkar edildikdə

Kolposkopiyaya necə hazırlaşmalı?

 Kolposkopiyaya hazırlıq böyük əziyyət tələb etmir. Kolposkopiyannın nəticələrinin dəqiqliyinə nail olmaq üçün:

  •  Kolposkopiyadan 1-2 gün əvvəl seksdən imtina edin
  •  Kolposkopiyadan 1-2 gün əvvəl tamponlardan istifadə etməyin və prinslə yuyunmayın.

Kolposkopiyanı tsiklin neçənci günündə etmək olar?

Ayabaşı günlərindən başqa, kolposkopiyanı menstrual tsiklin (aybaşının) istənilən günü etmək olar. Menstruasiya (aybaşı) zamanı kolposkopiyanı müayinəni çətinləşdirdiyi üçün etmirlər.

Kolposkopiyanı hamiləlik zamanı etmək olarmı?

Lazım olarsa kolposkopiyanı hamiləlik zamanı da etmək olar. Bu müayinə üsulu uşaqsalma riskini artırmır.

Kolposkopiya necə edilir?

Kolposkopiya adətən ginekoloqun kabinetində edilir. Proseduru etmək üçün adi ginekoloji baxışda olduğu kimi, ginekoloji kresloda əyləşməlisiniz. Uşaqlıq boynunu görmək üçün ginekoloq uşaqlıq yoluna ginekoloji güzgü yeridəcəkdir. Bundan sonra həkim uşaqlıq yoluna girişdən bir neçə santimetrlik məsafədə kolposkop quraşdıracaqdır. Kolposkopdan gələn parlaq işıq uşaqlıq boynunu işıqlandıracaq və həkimə optik cihaz vasitəsilə selikli qişaya diqqətlə baxmaq imkanı verəcəkdir. Uşaqlıq boynunu selikdən təmizlədikdən sonra ginekoloq ona əvvəlcə sirkə turşusu məhlulu, sonra da yod sürtəcəkdir. Həkim uşaqlıq boynunun buna qeyri-normal reakskiya verdiyini görərsə, anormal rəng almış sahələrin biopsiyasını keçirə bilər. Adətən bu prosedur 25-30 dəqiqədən çox davam etmir.

Kolposkopiya ağrılıdırmı?

Kolposkopiya sitologiyaya görə yaxma götürmədən ağrılı deyil. Adətən qadınlar ağrı yox, balaca diskomfort hiss edirlər. Sirkə turşusu və ya yod vurulduqdan sonra bir qədər yandırma hiss edəcəksiniz ki, bu da tez keçib gedir. Uşaqlıq boynunun biopsiyası da ağrı vermir. Bu zaman cüzi təzyiq və ya iynə sancısı hiss edə bilərsiniz.

Kolposkopiyadan sonra nə olur?

Kolposkopiyadan sonra bəzi qadınlarda az miqdarda çəhrayı və ya palıdı rəngli ifrazatlar yarana bilər. Belə ifrazat 1-2 gün müşahidə edilə bilər. Əgər yaxıntı ifrazatlar yaranıbsa, tampondan yox, bezdən istifadə edin.

Kolposkopiyadan sonra sekslə məşğul olmaq olarmı?

Kolposkopiya zamanı biopsiya olunmamısınızsa heç bir məhdudiyyət yoxdur. Kolposkopiya zamanı biopsiya olunmusunuzsa, ən azı 1 həftə ərzində cinsi aktlardan çəkinin.

Kolposkopiyanın nəticələrini necə açmaq olar? 

Kolposkopiyanın nəticələri yaşadığınız ölkə və proseduru keçdiyiniz müalicə müəssisəsindən asılı olaraq müxtəlif şəkildə ola bilir. Kolposkopiyanın nəticələrini adekvat şəkildə yalnız həkim-ginekoloq təhlil edə bilər.