Yüklənir...
Vaginizm - cinsi akt, ginekoloqun baxışı zamanı və hətta tampon yeridilərkən uşaqlıq yolunun əzələlərinin qeyri-iradi sıxılmasıdır.
Tipik qadın patologiyasıdır, buna görə kişilərdə vaginizm əlamətləri olmur. Xəstəlik fizioloji pozğunluqla əlaqəli deyil. Patologiya uşaqlıq yolunun hiperhəssaslığına çevrilən nevroz əlamətlərindən biridir. Ən geniş yayılmış səbəbi keçirilmiş stresdir. Patologiya səmərəli müalicə olunur. Problemdən yaxa qurtarmağın ən səmərəli yolu psixoterapiya və uşaqlıq yolunun əzələləri üzərində nəzarətə yönələn xüsusi tapşırıqlardır. Fiziki çalışmalardan başqa, vaginizmdə seksi qeyri-mümkün edən emosional problemlərin də aradan qalırılmasında pasiyentə kömək etmək lazımdır.
Vaginizmin növləri
Mif və reallıq
Vaginizm xəstəliyi o qədər incə problemlə bağlıdır ki, əksər qadınlar həkimə müraciət etməkdən çəkinir, vaginizmi aradan qaldırmaq yollarını bilmirlər. Nəticədə xəstəlik haqqında ziddiyyətli mif və şayiələr yaranmışdır. Belə bir yanlış fikir mövcuddur ki, bu xəstəliyi olan qadınlar frigiddir və cinsi aktdan həzz ala bilmirlər. Problemdən yaxa qurtarmağın mümkünsüzlüyünü də iddia edən fikirlər var. Hər iki iddia həqiqətə uyğun deyil. Əzələlərin qeyri-ixtiyari yığılması hallarına əvvəllər fiziki yaxınlıq zamanı neqativ duyğular yaşamayan qadınlarda da tez-tez rast gəlinir. Patologiya asanlıqla müalicə olunur.
Simptomları
Xəstəlik ilkin və ya ikinci dərəcəli olur.
İlkin vaginizm cinsi həyata yenicə başlayan gənc qadınlarda yaranır. Partnyor cinsi əlaqəyə girməkdə çətinlik çəkir. Cinsiyyət üzvünü yeridə bilməməklə qadına da güclü ağrı verir. Azərbaycanda ilkin vaginizm kifayət qədər geniş yayılmışdır. Bu onun nəticəsidir ki, bizim qızlar ərə gedərkən bakirə olur və çox vaxt cinsi təcrübəyə malik olmurlar.
İkinci dərəcəli vaginizm istənilən qadında, hətta əvvəllər cinsi aktdan həzz alan qadınlarda belə yarana bilən patologiyadır. İkinci dərəcəli patologiyanın yaranmasına təkan verən səbəblər həm psixoloji, həm də fiziki mənşəli olur. Zorlama və ya cinsi akt zamanı partnyorun xəstəliyi və ya diqqətsizliyindən irəli gələn diskomfort ola bilir. Bəzən vaginizm doğuşdan sonra da müşahidə oluna bilir. İlkin səbəblər aradan qaldırılır, lakin vaginizmin əlamətləri qalır.
Vaginizmin simptomları:
I bəzən də II dərəcəli xəstəlik nevrozlarda yaranır. II və III dərəcəli xəstəlik isterik nevrozlarda olur. Yanlış vaginizm aktın dayanıqlı ağrı sindromu ilə müşayiət olunduğu psixi cəhətdən müvazinətli qadınlarda yaranır.
Səbəbləri
Çox vaxt vaginizmə səbəb psixoloji problemlər - zorlama, cinsi yaxınlıq haqqında xoşagəlməz xatirələr, arzuolunmaz hamiləlikdən qorxu və s. olur. Bəzən problem partnyorlar arasında münasibətlərin pisləşməsindən yaranır. Patologiya gənc qadınlarda deflorasiyadan (qızlıq pərdəsinin pozulması) qorxduqlarından ilk cinsi akt zamanı müşahidə olunur. Xəstəliyə səbəb həmçinin iltihab prosesini yaradan bakteriyalar olur. Bu zaman cinsi akt zamanı ağrılar müşahidə olunur. Beləliklə də bakterial (və ya bakterisid) vaginizm yaranır. Bakterial vaginizm nədir? Bakterial (və ya bakterisid) vaginizmə səbəb cinsi orqanlarda patogen bakteriyaların yaratdığı iltihab prosesləridir.
Müalicə
Vaginizmi müalicə etmək üçün həkim xəstəliyin səbəblərini araşdırır. Xəstəlik çox vaxt psixoloji amillərlə bağlı olduğundan, vaginizmin müalicəsi psixoterapiyanın köməyi ilə həyata keçirilir. Vaginizmin dərmanlarla müalicəsindən patologiya daxili orqanların xəstəlikləri ilə bağlı olduqda istifadə olunur.
Psixoloji xarakterli vaginizm necə müalicə olunur:
Daxili orqanların xəstəlikərindən yaranan vaginizm necə müalicə olunur?
Ev şəraitində müalicə
Vaginizmi yalnız həkim səmərəli müalicə edə bilər. Qadın pasiyentə cinsi kontaktdan qorxusunu aradan qaldırmağa kömək etmək üçün əsas terapiyadan sonra vaginizmin müalicəsi dəstindən istifadə olunur. Dəstə müxtəlif ölçülü genişləndiricilər daxildir. Bunlar pasiyentə qeyri-ixtiyari spazmaların yaranmasının özü tərəfindən qarşısının alınmasında köməklik edər.
Problemin aradan qaldırılmasında partnyorun davranışı da mühüm rol oynayır. Eqoist, yalnız özünü düşünən kişi bir vaxt qadında fiziki yaxınlığa ikrah hissi oyada və nəticə etibarı ilə cinsi sferada problemləri yarada bilir. Və əksinə, diqqətli partnyorla istənilən problemi həll etmək mümkündür.