Yüklənir...
İlk doğuş
Belə hesab edilir ki, ilk doğuş sonrakılardan daha çətin keçir. Bu doğrudur, lakin qismən. Bir çox hallarda birinci və ikinci doğuş bir-birindən kəskin şəkildə fərqlənirlər və bənzəmirlər. Çox şey hamiləliyin necə keçməsindən, ananın həmin dövrdə hansı xəstəlikləri keçirməsindən, bir çox şey isə ümumiyyətlə təsadüfdən asılıdır. Doğuşun tezliklə baş verə biləcəyini qadınlar fəal doğuş prosesinin başlamasından təxminən bir həftə əvvəl bilirlər.
38 həftəlik hamiləlikdən sonra doğuşöncəsi, eləcə də preliminar və tutmaərəfəsi adlandırılan dövr başlayır, ona görə ki bunlar bilavasitə doğuşdan əvvəl baş verirlər. Bu dövr üçün doğuş və ilkin tutmaların xəbərçiləri olan əlamətlər xarakterikdir. Onlar uşaqlıq boynunun doğuşa tam olaraq hazır olması üçün lazımdır.
İlk doğuş üçün ilkin tutmalar daha xarakterikdir, onlar beş gün və daha uzun müddət ərzində davam edə bilər. Qadın tez-tez bunu doğuşun başlaması tutmaları kimi qəbul edir, lakin bir neçə əlamətlər mövcuddur ki, onların hesabına ilkin tutmaları doğuş tutmalarından fərqləndirmək mümkündür. İlkin tutmalar mütəmadi deyil, sürətlənmir və güclənmir, bir qayda olaraq, əsl doğuş tutmalardan fərqli olaraq daha az intensivdir, baxmayaraq ki, ilk dəfə doğan qadın bunu müqayisə etməyə təcrübəsi yoxdur və ağrı hissləri olduqca güclü ola bilər. Ağrının öhdəsindən gələ bilmək üçün bir qədər gəzişmək və ya bədənin vəziyyətini dəyişmək kifayət edir. Bu zamanlarda ən yaxşısı istirahət etmək, imkan daxildə yatmaqdır ki, doğumdan əvvəl kifayət qədər güc toplaya biləsiniz.
Əlamətlər
Tutmalar mütəmadi olduqda, bu əsl doğum prosesinin başlamasından xəbər verir. Doğumun başlamasını təxminən aşağıda göstərilən hal təsdiq edir: 40 saniyə tutma – 20 dəqiqə fasilə - 40 saniyə tutma – 15 dəqiqə fasilə - 40 saniyə tutma – 15 dəqiqə fasilə - 40 saniyə tutma – 15 dəqiqə fasilə.
İlk dəfə doğan qadınlar qorxurlar ki, onlar doğuşun başlaması anını müəyyən edə bilməyəcəklər. Əslində isə proses o qədər özünəməxsusdur ki, onu başqa bir proseslə qarışdırmaq sadəcə mümkün deyil. Tutmalar zamanı elə təəssürat yaranır ki, ağrı dalğa kimi gəlir, kürəyin ortasında yaranır, sonra isə belə doğru yayılır və elə bil ki, qarın nahiyəsində birləşir. Əsl tutmalar zamanı uşaqlıq tonusa gəlir və onun gərginliyini hamilə qadın əlini ayaqlarının arasına qoymaqla hiss edə bilər. Tutmalar tədricən güclənir, daha tez-tez olurlar.
Mühüm siqnallar
Bu zaman həkimə zəng etmək və doğum evinə getmək lazımdır. Vacibdir ki, doğumun əvvəlində qorxmayasan və sıxılmayasan. Mühümdür ki, düzgün – yəni dərindən və aramla – nəfəs alasınız, oxumağa da cəhd etmək olar – düzgün səslərə bir çox məktəblərdə və doğuma hazırlıq kurslarında öyrədirlər.
Düzgün nəfəs almaq ona görə mühümdür ki, körpə kifayət qədər oksigen alsın, ananın bədəni isə boşalmış olsun və doğum prosesinə mane olmasın.
Ağrı yaxınlaşdıqca dərindən nəfəs almaq, tam sinə ilə nəfəs almaq və buraxmaq lazımdır. Tutmaların başlamasından sonra tam olaraq sərbəstləşmək və tez və ritmik nəfəs almaq və nəfəs buraxmaq hərəkətlərini yerinə yetirmək lazımdır. Tutma keçdi – qarınla tam nəfəs almaq və aramla nəfəsi buraxmaq olar. Tutmalar arasındakı fasilələrdə - istirahət və normal tənəffüs. Düzgün nəfəsalmadan əlavə ağrını xaçvarı nahiyyənin və qurşağın masajı, hərdən isə hətta sadəcə qarının sığallanması da götürə bilər.
İlkin tutmaların baş verməsi zamanı doğum evinə getmək üçün hazırlıqları yekunlaşdırmaq lazımdır: təmizlənmək və imalə etmək. Nəzərə almaq lazımdır ki, imalə, bir qayda olaraq doğum fəaliyyətini stimullaşdırır və prosedurdan sonra tutmalar daha tez-tez və intensiv olur. Əsas öz bədəninə qulaq asmaq və doğrudan da etmək istədiyini etməkdir. Mütləq bilmək lazımdır ki, doğum hələ indi başlayır və irəlidə hələ uzun bir yol var. Tədricən tutmalar tezləşir və daha uzunmüddətli olurlar. Tutmalar arasındakı fasilələr 3-5 dəqiqəyə qədər endikdə, tutmanın özünün müddəti 1 dəqiqəyə çatdıqda doğum evinə getməyin vaxtıdır. İlk doğuşlar zamanı belə açılışı gözləmək olduqca uzun zaman çəkir, ona görə ki, uşaqlıq boynu hamarlanmalıdır, əgər uşaqlığın qatlanması varsa, o “açılmalıdır” və s.
Doğum təkcə tutmaların başlaması ilə deyil, həm də embrion ətrafı mayenin çəkilməsi ilə də başlaya bilər – bu halda doğum evinə daha tez getmək gərəkdir, ona görə ki, suyun çəkilməsindən sonra 24 saat ərzində doğmaq lazımdır. Sular tutma zamanı da çəkilə bilər. Bu da doğum evinə tez getməyə bir siqnaldır. Körpənin infeksiyaya yoluxmaması üçün gələcək ana mütləq təmiz alt paltarı geyməli və təmiz bez götürməlidir. Yeri gəlmişkən, suların çəkilməsindən sonra mütləq onun rənginə diqqət yetirmək və bu barədə həkimə xəbər vermək lazımdır.
Normal olan suyun iyi olmur, şəffaf olur, sarı rəngə çalır, az miqdarda qan ola bilər.
Doğumun ilkin mərhələsinin sonunda taksi və ya təcili yardım maşını ilə doğum evinə yola düşmək lazımdır. Özünüzlə şəxsiyyət vəsiqəsi, qadın məsləhətxanasındakı müayinə kartını (mübadilə kartını), varsa tibbi sığorta vərəqini götürmək lazımdır.