Yüklənir...

Hamiləliyin 21-ci həftəsi

Hamiləliyin 21-ci həftəsi

 Körpənin çəkisi artıq təxminən 300-370 qramdır
• Körpə uşaqlıq boşluğunda diyirlənir, onun vestibulyar aparatı formalaşır
• Hamiləliyin əvvəlindən indiyə qədər gələcək ananın çəkisi 4-7 kq arta bilər.

Dölün inkişafı

Körpənin çəkisi artıq təxminən 300-370 qramdır. Onun endokrin sistemi tam həcmdə işləməyə başlayır. Hipofiz, epifiz, böyrəküstü, qalxanvari və qalxanvariyanı vəzlər uşağın inkişafını idarə edir. O passiv immunitet yaradacaq immun cisimlərini ananın orqanizmindən alır. Körpə uşaqlıq boşluğunda diyirlənir, bu zaman onun vestibulyar aparatı formalaşır.

Ananın vəziyyəti

Çəki artımı gündən-günə daha çox olur. Hamiləliyin əvvəlindən indiyə qədər gələcək ananın çəkisi 4-7 kq arta bilər. Hamilə qadınların əksəriyyəti piy vəzlərinin aktivləşdiyini qeyd edirlər. Buna görə də üzdə xırda sızanaqlar yarana bilər. Dərini daha yaxşı təmizləmək üçün gündə iki dəfə yumşaq kosmetik vasitələrlə yuyunmaq, gün ərzində isə problemli zonaları tərkibində salisil turşusu olan toniklərlə silmək olar.

RİSK AMİLLƏRİ

Hamiləliyinn ikinci yarısında bəzən tromboz kimi ağırlaşma ola bilir. Bu problem adətən ayaqların şişməsi, ağrı və venaların keçdiyi yerlərdə qızartılarla özünü bildirir. Hamiləlikdən əvvəl də tromboz halları olurdusa, bu barədə həkimə mütləq xəbər vermək lazımdır. O, qan laxtalanması prosesini nəzarətə alacaq və vaxtında müalicə təyin edəcəkdir.

HAMİLƏLİYİN AĞIRLAŞMALARI

Davamlı qəbizlik zamanı babasilin yaranması mümkündür. Anus ətrafı, xarici və daxilindəki qan damarları uşaqlığın çəkisinin artması və bağırsağın qeyri-mütəmadi şəkildə boşalması səbəbindən şişir. İsti oturaq vannaların və ya babasiləleyhinə şamların köməyi ilə əhvalı yüngülləşdirmək olar. Özünümüalicə ilə məşğul olmayın, belə hal baş verərsə həkimlə məsləhətləşsəniz daha yaxşı olar. Uzun müddət oturmaq məsləhət deyil. Ara-sıra ən azı 5 dəqiqəlik fasilələr vermək və hərəkət etmək lazımdır.

Əvvəlki həftə Sonrakı həftə