Yüklənir...

Hamiləliyin 22-ci həftəsi

Hamiləliyin 22-ci həftəsi

• Uşağın boyu 27 sm-ə çatır. 
• Körpənin çəkisi 350-420 qramdır. 
•Artıq uşağın qaşları, göz qapaqları və dodaqları formalaşmış, kiprikləri uzanmağa başlamışdır.
• Gələcək ananın erogen zonalarının həssaslığı artır, libido güclənir.

Dölün inkişafı

Körpənin çəkisi 350-420 qramdır. O, dərialtı piy toxumalarını yığıb toplamaqda davam edir, lakin onun dərisi hələ də qat və qırışlarla örtülüdür. Günbəgün bədəni örtən tüklər artıq gözə çarpır. Artıq uşağın qaşları, göz qapaqları və dodaqları formalaşmış, kiprikləri uzanmağa başlamışdır.

Ananın vəziyyəti

22-ci həftədə (bəzən bundan da tez) ananın döşünün, qarnının, budlarının dərisində dartılmalar əmələ gələ bilir. Onların yaranması qarın və döşün çox sürətlə böyüməsi ilə bağlıdır (xüsusən də çoxdöllü hamiləlikdə), həmçinin dəridə mikroskopik qırılmalar əmələ gəlir. Lakin çox vaxt dartılmalar müstəsna olaraq hormonlarla əlaqəli yaranır. Deməli, çəkiyə nəzarət etməklə məsələni həll etmək mümkün olmayacaqdır. Çox güman ki, dartılmalar tam olaraq yox olmayacaqdır. Vaxt keçdikcə, onların sadəcə rəngi ağarır.

DİQQƏTLİ OLUN!

Qanın miqdarının artması qadın orqanizmində təkcə xoşagəlməz nəticələrə deyil, həm də müsbət dəyişikliklərə səbəb olur. Xüsusən uşaqlıq yolunda sekresiya güclənir və erogen zonaların həssaslığı və libido artır. Əksər hamilə qadınlar ikinci trimestrdən əvvəlki dövrlə müqayisədə seksdən daha çox həzz aldıqlarını bildirirlər.

HAMİLƏLİYİN AĞIRLAŞMALARI

Hamiləliyin 5-ci həftəsindən etibarən onurğa uşaqlığın çəkisinin artması və ağırlıq mərkəzinin dəyişməsi səbəbindən daha çox yüklənir. Kürəyi həddindən artıq gərginləşdirmək, ağırlıq qaldırmaq olmaz. Kompyuterdə işləyərkən rahat bərk oturacaqda ayağı ayağın üstünə qoymamaq şərtilə oturmaq daha yaxşı olar (bu, bel omba kələfinin əyilməsini gücləndirir). Oturduğunuz iş kürsüsünün üstündə dirsəkləri qoyan yer olsa daha yaxşı olar. Ayağa duran zaman onlara söykənmək olar. Güclü diskomfort keçirdikdə, osteopata müraciət etmək olar.

DİAQNOSTİK MÜAYİNƏLƏR

Bəzən 22-24-cü həftədə (ananın anamnezində problemli hamiləlik olmuşdursa, ciddi xəstəliklər aşkar edilmişdirsə, uşağın ölçüləri hamiləliyin dövrünə uyğun gəlmirsə və s.), dopplerometriya təyin olunur. Bu müayinə xüsusi ultrasəs aparatın köməyi ilə göbək və ya dölə qan axınının erkən pozulmasını aşkar edə bilər. Çoxdöllü hamiləlikdə dopplerometriya döllər arasında qan axının paylaşmasını göstərə bilər. Körpələrdən birinə qan axını yetərli olmadıqda, həkim müvafiq terapiya təyin edər. Həmçinin dopplerometriya üçüncü trimestrdə də, yəni 33-34-cü həftədə də təyin edilə bilər. 

Əvvəlki həftə Sonrakı həftə