Yüklənir...

Hamiləliyin 23-cü həftəsi

Hamiləliyin 23-cü həftəsi

• Körpənin çəkisi artıq 450-500 qramdır
• Yalançı sancılar başlaya bilər: uşaqlıq doğuşa hazırlaşır
• Qarın gözə çarpan dərəcədə böyümüşdür
• Qadın məsləhətxanasında gələcək anaya mübadilə kartı verilir.

Dölün inkişafı

Körpənin çəkisi artıq 450-500 qramdır. Eşitməsi artıq tam olaraq formalaşmışdır: ətrafınızda nə baş verirsə, o da eşidə bilir. Uşaq dölyanı suları “çəkməklə” və “buraxmaqla” gündə bir neçə dəfə bir neçə saat ərzində ağ ciyərlərini məşq etdirir. Unutmamalıyıq ki, körpənin beynində tənəffüs mərkəzlərinin formalaşması birbaşa ananın tənəffüsündən asılıdır. İntoksikasiyaya yol verməmək üçün boya, lak, həlledicilərin buxarlarını udmayın, təmiz havada çox olun.

Ananın vəziyyəti

Uşaqlığın yuxarı hissəsi göbəkdən yuxarıda yerləşir, qarın kifayət qədər böyümüşdür. Hələ ki, bandajı daimi gəzdirmək üçün ehtiyac bəlkə də yoxdur, lakin hamilə qadınlar üçün paltar almağın vaxtı gəlib çatmışdır. Ayaqlar şişdiyindən onun ölçüləri də bir qədər böyüyə bilər - yeni ölçüdə ayaqqabı da almaq olar. Uşaqlıq qarşıdan gələn doğuşa hazırlaşdığından yalançı sancılar başlaya bilər. Bir neçə saat ərzində kifayət qədər iri uşağı itələyib çıxarmaq üçün ona güclü əzələlər lazım olacaqdır.

RİSK AMİLLƏRİ

Uşaqlıq daim sidik kisəsinə təzyiq göstərir. Uretranın hamar əzələləri isə progesteron hormonunun artması üzündən boşalmışdır. Buna görə də alt paltar vaxtaşırı islana bilir. Buna ciddi yanaşmaq lazımdır - alt paltarı çox islanırsa, bu, döl qişalarının partlamasından xəbər verə bilir. Bununla bağlı şübhə yarandıqda, dərhal həkimə müraciət etmək lazımdır

Əvvəlki həftə Sonrakı həftə