Yüklənir...
• Uşağın çəkisi 1500 qrama yaxındır
• Körpənin boyu 40-42 sm təşkil edir
• Gələcək anada məşq (yalançı) sancıları başlayır
• Güclü şişkinliklər (ödem) olduqda, gestoza görə analiz etmək lazımdır
Dölün inkişafı
Uşağın çəkisi 1500 qrama yaxındır. Körpənin boyu 40-42 sm təşkil edir. Onun bəbəkləri işığa və qaranlığa reaksiya verərək genişlənib darala bilir. Əl və ayaqları dərialtı piylə “örtülməyə” başlayır və bir qədər yumru şəkil alır. Dölün orqanları yenicə dünyaya gəlmiş uşaqlarda olduğu kimi işləyir. Lakin onlar hələ ki, yetəri qədər inkişaf etməyiblər və ana orqanizmindən kənarda fəaliyyət göstərmək üçün hazır deyildirlər. Ağ ciyərlər uşağı oksigenlə təmin etmək üçün kifayət qədər inkişaf etməmişdir. Oğlan uşaqlarında xaya hələ ki, kisəyə düşməmiş, qızlarda isə cinsi dodaqlar tam bağlanmamışdır.
Ananın vəziyyəti
Əksər qadınlar hamiləliyin sonuna yaxın demək olar ki, həmişə mədədə qıcqırma hiss edirlər. Bu, onunla bağlıdır ki, uşaqlıq daima böyüyür, qalxır və daxili orqanları, o cümlədən qida borusunu və mədəni sıxır. Həkimlər az-az, amma tez-tez yeməyi məsləhət görürlər. 31-ci həftədən etibarən adətən məşq (yalançı) sancıları və ya Brekston-Hiks sancıları başlayır. Kürəkdə bir qədər ağrılar, yorğunluq hiss edilə bilər. Barmaqların ucları keyiyə bilər. Bu, qamətin dəyişməsi ilə əlaqədar sinir qurtaracaqlarının uclarının sıxılmasıdır.
RİSK AMİLLƏRİ
Bu amillər 28-30-cu həftələrdə olduğu kimidir: yetkin toksikoz təhlükəsi, sidik yolları infeskiyası, hamilə qadınlarda şəkər xəstəliyi, anemiya. Şişkinliklər (ödem) tez-tez və çox olduqda, duzlu, acı, hisə verilmiş yeməkləri məhduldaşdırmaq, habelə içdiyiniz və sidiklə birlikdə ifraz olunan mayenin miqdarının hesabatını aparmaq lazımdır. Fərq 200-300 ml-dən çox olmamalıdır. Şişkinliklər aşağıya yaxın artıb səhərə yaxın keçib getmirsə, gestozun inkişafının qarşısını almaq üçün həkimə zəng etmək lazımdır.
Doğuş
Hamiləlik bu həftə bitsə, bu hadisə uşaq salma yox, doğuş hesab olunacaqdır. 31-ci həftədə doğulmuş uşaqlara qulluq etmək o qədər də çətin olmur. Belə körpələrdə yaranan əsas problem ağ ciyərlərində sufraktantın lazımi miqdarda olmamasıdır. Bu səbəbdən ağ ciyər alveolaları açıla bilmir. Lakin indi əksər klinikalarda sonadək daşınmamış körpələrə nəfəs almaq imkanı verən süni sufraktantdan istifadə olunur.
Paylaş: