Yüklənir...
• Uşağın boyu 43 sm, çəkisi təxminən 1800 q-dır.
• Uşaqlıq 32 sm-ə qədər yuxarıya qalxmışdır.
• Gələcək ana doğum üçün lazım olan sənədləri toplamalı.
Dölün inkişafı
Uşağın boyu 43 sm, çəkisi təxminən 1800 q-dır. Onun bədənindəki dəri qatları demək olar ki, tamamilə açılmışdır. Uşağın əl və ayaqlarında artıq mükəmməl dırnaqlar, başında isə tük çıxmışdır. Körpə tez-tez, bəzən 10-20 dəqiqə ərzində fasiləsiz hıçqırır. Bu, tamamilə normaldır.
Ananın vəziyyəti
Uşaqlıq qasıq bitişməsindən 32 santimetr yuxarıya qalxmışdır. Bel nahiyəsində yanlara və ayaqlara verən ağrılar başlaya bilər - bu, uşaqlığın oturacaq sinirini sıxdığı üçün olur. Həkimlər və ya hamilə qadınlar üçün xüsusi kursların təlimçisi bu ağrını götürməkdə köməklik edən xüsusi məşqlər məsləhət görə bilər.
RİSK AMİLLƏRİ
Həkimlər hamiləliyin erkən vaxtlarında tərs duruş diaqnostika etmişdirlərsə, onda 32-ci həftəyə yaxın plasentanın uterusu tutub-tutmadığı qəti olaraq öz həllini tapmalıdır. Məsələ burasındadır ki, hamiləlik dövründə plasenta uşaqlığın aşağı hissəsindən bir qədər yuxarıya keçir və tərs duruş öz-özünə yox ola bilir. Bu, baş vermədikdə, çox güman ki, keysəriyyə kəsiyi tələb olunacaqdır.
Paylaş: