Doğuş müjdəçiləri: doğuşun yaxınlaşdığından xəbər verən 6 əlamət

Doğuş müjdəçiləri nədir?

Yaxınlaşan doğuşun müjdəçiləri - orqanizmin uşağın dünyaya gəlməsinə hazırlaşdığını göstərən əlamətlərdir, doğuşa isə saylı günlər qalıb. Aşağıda sadalanan simptomlar müxtəlif səbəblərdən qaynaqlana bilərlər: uşaqlıq boynunun hazırlığı, dölün yerdəyişməsi, hormonal yenidən qurmalar, - lakin onların hamısı bir şeydən xəbər verir: sizin hamiləliyiniz yavaş-yavaş sona çatır və tezliklə siz öz körpənizlə tanış ola biləcəksiniz.

Ətraflı: Doğuş müjdəçiləri: doğuşun yaxınlaşdığından xəbər verən 6 əlamət
Təkrar keysər kəsiyi

Təkrar keysər kəsiyi

Həkimlər keysər kəsiyi haqqında danışanda, artıq çoxdandır ki, insanlar daha təəccüblənmirlər. Belə operativ müdaxilə sayəsində bir çox qadınlar uşaq dünyaya gətirə bilmişdirlər. Lakin bu üsul nə qədər yaxşı görünsə də, istənilən başqa əməliyyatlarda olduğu kimi, onun da öz müsbət və mənfi cəhətləri vardır. Əgər qadın qeysər kəsiyinin köməyi ilə doğmuşdursa, onda onun qarşısına elə sual çıxır ki, növbəti doğuş hansı şəkildə keçəcəkdir. Və mütləqmi keysər kəsiyindən sonra daha bir keysəriyyə keçirilməlidir?

Ətraflı: Təkrar keysər kəsiyi
Doğuş haqqında 12 yanılma


  Doğuş haqqında 12 yanılma

Doğuş gələcək analar üçün ən populyar mövzudur. Bu həyəcanlı hadisə haqqında nələr deyilmir, nələr məsləhət görülmür...Təəssüf ki, “təcrübəli” rəfiqələrindən, qohum və tanışlarından hamilə qadının aldığı informasiyanın heç də hamısı gerçəkliyə uyğun gəlmir. Gerçəkliklə yanılmanı bir-birindən necə fərqləndirməli? Gəlin doğuşa aid olan ən populyar yanılmaları ifşa edək.

Ətraflı: Doğuş haqqında 12 yanılma
Keysəriyyə

Keysəriyyə 

Bu olduqca geniş yayılmış mamaçalıq əməliyyatının adı barəsində müxtəlif rəvayətlər dolaşır – ya Sezar özü belə anadan olmuşdur, ya o hansısa qadının gecikən doğuşunu qılıncını çıxararaq bu yolla, onun qarnını kəsərək həll etmişdir. Əslində hərfi tərcümə sectio caesarea – “yarılmış yeri kəsirəm” - əməliyyatın sadəcə bir mərhələsini təsbir edir – ön qarın boşuluğu divarının yarılması və uşaqlıq divarının kəsilməsi. Dəqiq olaraq qeydə alınmış ilk keysəriyyə əməliyyatı Avropada 17-ci əsrdə, Rusiyada isə 18-ci əsrdə baş vermişdir.

Ətraflı: Keysəriyyə
İlk doğuş

İlk doğuş

Belə hesab edilir ki, ilk doğuş sonrakılardan daha çətin keçir. Bu doğrudur, lakin qismən. Bir çox hallarda birinci və ikinci doğuş bir birindən kəskin şəkildə fərqlənirlər və heç də bir birinə bənzəmirlər. Çox şey hamiləliyin necə keçməsindən, ananın həmin dövrdə hansı xəstəlikləri keçirməsindən, bir çox şey isə ümumiyyətlə təsadüfdən asılıdır. Doğuşun tezliklə baş verə biləcəyini qadınlar fəal doğuş prosesinin başlamasından təxminən bir həftə əvvəl bilirlər.

Ətraflı: İlk doğuş