Yüklənir...

Təkrar keysər kəsiyi

Təkrar keysər kəsiyi

Təkrar keysəriyyə kəsiyi

Həkimlər keysəriyyə kəsiyi haqqında danışanda, artıq insanlar təəccüblənmirlər. Belə operativ müdaxilə sayəsində bir çox qadınlar uşaq dünyaya gətirə bilmişdirlər. Lakin bu üsul nə qədər yaxşı görünsə də, istənilən başqa əməliyyatlarda olduğu kimi, onun da öz müsbət və mənfi cəhətləri vardır. Əgər qadın keysəriyyə yolu ilə doğum etmişdirsə, onda növbəti doğumun necə keçiriləcəyi haqda suallar yaranır. Mütləqdirmi keysər kəsiyindən sonra daha bir keysəriyyə keçirilməlidir?

Əvvəllər hesab edilirdi ki, növbəti doğum yalnız əməliyyat yolu ilə tamamlana bilər. Qadının ikinci doğumundan sonra əksər hallarda həkimlər qadına sterilləşməni təklif edirdilər ki, yeni hamiləliklər baş verməsin. Bu gün həkimlər tərəfindən belə təkliflər daha edilmir və daha maraqlısı keysəriyyədən sonra təbii yolla sağlam uşaq dünyaya gətirmək tamamilə real məsələ olduğunu qeyd edirlər. Artıq qadınlar keysəriyyə kəsiyindən sonra təbii yolla bir neçə uşaq dünyaya gətirmişdirlər. 

Bir neçə onilliklər bundan əvvəldən fərqli olaraq bu gün keysər kəsiyinə başqa cür yanaşırlar. Əgər hər şey düzgün yerinə yetirilsə, keysər kəsiyinin köməyi ilə 10 uşaq da dünyaya gətirmək olar. Ancaq həm hamiləliyin, həm də doğumun nörmal keçməsi üçün bir necə sadə şərtləri yerinə yetirmək lazımdır. Ən əsas şərt odur ki, hamiləliklər arasında abortlar olmasın və bir doğumdan o biri doğuma qədər ən azı 3-4 il keçsin. Bu müddət ərzində uşaqlıq tam bərpa olunacaq, tikişlər isə bitişəcəkdir.

Həmçinin hamilə qadının təbii doğuma köklənməsi vacib şərtdir, bunun birinci və ya onuncu doğum olmasından asılı olmayaraq. Şübhəsiz ki, bu həmişə biz istədiyimiz kimi olmur və bəzi hallarda keysəriyyəsiz mümkün olmur. 

Təkrar keysər kəsiyi üçün göstərişlər

Qadın nə birinci, nə də sonrakı hallarda təbii yolla doğum keçirə bilmirsə təkrar keysər kəsiyinin keçirilməsi üçün mütləq göstərişdir. Həmçinin həkimlər təbii doğuş zamanı meydana gələ bilən nisbi göstərişlər haqqında da danışırlar.

- Anatomik və ya kliniki cəhətdən çanağın dar olması. Belə diaqnoz zamanı qeysər kəsiyindən qaçmaq praktiki olaraq mümkün deyil. Halbuki, bir çox Avropa ölkələrində belə diaqnozla qadınların əksəriyyəti operativ müdaxiləsiz doğmağa müvəffəq olurlar. 
-  Çanaq sümüklərinin deformasiyası və qasıq sümüklərinin ayrılması; 
-  Anada onkoloji xəstəliklər; 
-  Dölün düzgün istiqamətdə yerləşməməsi; 
-  Uşağın çox böyük ölçüləri; 
- Ciftin düzgün istiqamətdə yerləşməməsi və ya vaxtından əvvəl ayrılması. Xüsusilə də uşaqlıqda əvvəlki əməliyyatlardan qalan kəsiklərin olduğu halda təhlükəlidir. 

Həmçinin uşaq tərəfindən də hipoksiya və zəif doğum fəaliyyəti kimi problemlər meydana gələ bilər. 

Keysər kəsiyi zamanı ana və uşaq üçün təhlükə

Həkimlər həmişə xəbərdarlıq edirlər ki, keysər kəsiyi bir əməliyyatdır və həm ana, həm də uşaq üçün təhlükəli ola bilər. Onlar həmçinin deyə bilərlər ki, keysəriyyədən sonra müdaxiləsiz doğmaq bir qədər təhlükəlidir, çünki uşaqlıq cırıla (partlaya) bilər. Amma əgər söhbət təkrar keysər kəsiyindən gedirsə, həyat üçün hansı təhlükəli olan çətinliklərin yarana bilməsi haqqında bir söz də söyləmirlər. 

Buna görə də əgər birinci doğum zamanı sizə keysəriyyə əməliyyatı icra edilmişdirsə, təkrar hamiləliyə əvvəlcədən və dəqiqliklə hazırlanmaq lazımdır. Eyni zamanda təbii doğum variantını da nəzərdən keçirmək lazımdır. Əlbəttə bu halda cırılmalar kimi müxtəlif qorxular yaranır, amma bu halda da həm ananı, həm də uşağı xilas etmək risksiz mümkündür. Bugünkü gündə həkimlər artıq dəfələrlə bunu sübut etmişdirlər. Buna görə həyəcanlanmaq və heç bir halda özünü təkrar analıq sevincindən məhrum etmək lazım deyil.