Yüklənir...
Abortdan sonra bərpa bir neçə gündən bir həftəyədək çəkir. Abortdan dərhal sonra uşaqlıq yığılır və ölçülərdə kiçilməyə başlayır. Uşaqlıq boynu bir neçə gün ərzində açıq qalır, bu isə uşaqlıq boşluğunun təmizlənməsini mümkün edir. Endometriyanın (uşaqlığın selikli qişasının) tam bərpası abortdan bir neçə həftə sonra baş verir.
Abortdan sonra nə etmək olmaz?
Abortdan 1-2 həftə sonra aşağıdakıları etmək olmaz:
Dərman vasitəsi ilə abort halında, qanlı ifrazatlar dərmanların ikinci porsiyasının qəbulundan bir az keçəndən sonra başlayır. Əvvəlcə ifrazatlar çox miqdarda, tünd (hətta qara) rəngdə, qan laxtaları və toxuma fraqmentləri ilə ola bilər. Bir müddət sonra ifrazatlar azalır, açıq və ya tünd qəhvəyi, yaxılan, sarı və ya rəngsiz selikli ola bilərlər bu tamamilə normaldır.
Qanlı ifrazatlar dərman vasitəsi ilə abort zamanı qarının aşağı hissəsində, beldə ağrılar, döş nahiyəsində gərginlik və ağrılar ilə müşahidə oluna bilər.
Uşaqlıq yolundan müəyyən dərəcədə güclü qanlı ifrazatlar vakuum-aspirasiyasından (mini-abortdan) və qaşıyıb təmizləmədən sonra da müşahidə oluna bilər. Belə ifrazatlar (yaxıntı, qəhvəyi, sarı) bir neçə gündən 1-2 həftəyədək davam edə bilər.
Abortdan sonra ifarazatların tez yox olması uşaqlıq boynunun spazmının və uşaqlıqda qan laxtalarının yığılmasının əlaməti ola bilər. Əgər ifrazatlar yenicə başladığı vaxtda dayandısa gözləmədən həkimə müraciət edin. Əgər abort dərman vasitəsi ilə (tablet) edilmişdirsə, müəyyən dərəcədə güclü qanlı ifrazatlar 1-3 həftə davam edə və fasilə olmadan aybaşılara keçə bilər. Aybaşılar dayandıqdan sonra qanlı ifrazatlar kəsilir. Beləlikə dərman vasitəsi ilə abortdan sonra qanlı (qəhvəyi, yaxıntı) ifrazatların ümumi davamlılığı 3-4 həftəyə qədər ola bilər. |
Abortdan sonra ümumi vəziyyət. Qarında və döşdə ağrılar
Qadının abort zamanı və abortdan sonra əhvalı və hissləri hamiləliyin dayandırılması üçün hansı üsuldan istifadə olunduğundan asılıdır. Dərman vasitəsi ilə abort edildisə dərmanların qəbulundan sonra ürəkbulanma və qusma, döş nahiyəsində ağrılar və gərginlik əmələ gələ bilər. Dərmanların ikinci porsiyasının qəbulundan sonra yuxarıda təsvir olunduğu kimi qarının aşağı hissəsində güclü ağrı və qanlı ifrazat əmələ gəlir.
Pis əhval-ruhiyə, zəiflik, ürəkbulanma, qusma istəyi dərman vasitəsi ilə abortdan sonra bir neçə gün ərzində qala bilər. Bu dərmanların təsirindən olan normal simptomlardır. Bu simptomlar heç bir xüsusi müalicə tələb etmir. Abortdan sonra bir neçə gün daha çox maye qəbul etməyə və yalnız yüngül yemək yeməyə çalışın. Əgər qarında ağrı çox güclü olarsa İbuprofenin tabletini qəbul edin. Əgər ağrıkəsici kömək etməzsə həkimə müraciət edin.
Cərrahi abort (təmizləmə və ya mini abort) yuxarıda deyildiyi kimi, adətən qısa müddətli ginekoloji narkoz altında keçirilir. Oyandıqdan sonra bir neçə saat ərzində güclü yuxululuq, zəiflik, yorğunluq hiss edə bilərsiniz. Abortdan sonra evə getmək üçün sizə yaxınlarınız və ya dostlarınızın koməyi lazım ola bilər. Cərrahi abortdan sonra və narkozun təsiri bitdikdən sonra əksər qadınlar qarının aşağı hissəsində və beldə aybaşı zamanı olan ağrılara bənzər dartıcı ağrılar hiss edirlər. Belə ağrılar bir neçə saatdan bir neçə günə kimi davam edə bilər və nadir hallarda xüsusi müalicə tələb edir.
Abortdan sonra qarında ağrılar uşaqlıq divarlarının güclü yığılması ilə izah olunur. Güclü ağrıları yüngülləşdirmək üçün İbuprofen tabletini qəbul etmək olar.
Abortdan sonra temperatur norma çərçivəsində olmalıdır (37,5Co qədər). Temperaturun 37,5 səviyyəsinə qədər olması heç bir narahatçılığa səbəb deyil və heç bir müalicə tələb etmir. Digər tərəfdən temperaturun 37,5-38 Co-dən çox qalxması və dayanması infeksiyanın əlaməti ola bilər. Bu səbəbdən əgər abortdan sonra temperatur 37,5Co-dən yuxarıdırsa mümkün qədər tez həkimə müraciət edin. Temperaturu dərmanlar və ya hər hansı başqa üsullarla salmağa çalışmayın bu infeksiyanın aşkar olunma vaxtını gecikdirə bilər.
Abortdan sonra nə qədər qanın və toxumaların ifraz olunmasından, həmçinin əhval-ruhiyədən asılı olmayaraq 2-3 həftədən sonra (və ya həkim təyin etdiyi vaxt) mütləq həkim ginekoloqa təkrar müayinə üçün müraciət edin. Bu dölün və onun qişasının uşaqlıqdan tamamilə çıxarılmasına əmin olmaq üçün lazımdır. Abortdan sonra çıxarılan dölün, onun qişalarının fraqmentlərinin və ya qan laxtalarının uşaqlıq boşluğunda qalması çox təhlükəli ola bilər. |
Əksər qadınlarda abortdan sonra baş vermiş hamiləliyin dayandırılması ilə bağlı pis əhval-ruhiyyə, kədər, günahkarlıq hissi, vicdan əzabı və həyəcan müşahidə olunur. Əgər qadın özünü əzgin hiss edirsə, bir neçə gün yaxşı istirahət etməlidir, sonra istəyin olmamasına baxmayaraq, normal həyata qayıtmalıdır bu daha tez bərpa olmağa kömək edəcəkdir.
Növbəti aybaşıların başlaması hansı abort növünün keçirilməsindən asılıdır. Əgər dərman vasitəsi ilə abort tətbiq edilmişdirsə aybaşı abortdan 1-3 həftə sonra başlaya bilər. Aybaşı müddətindən daha tez və ya gec başlaya bilər, lakin bu narahatlığa səbəb deyil.
Əgər qaşıyıb təmizləmə və ya mini-abort tətbiq edilmişdirsə, aybaşıların başlaması bir az gecikmə ilə 4-5 həftə ərzində və ya daha gec başlaya bilər. Aybaşının belə gecikməsi narahatçılığa səbəb olmamalıdır.
Abortdan sonra ilk aybaşı həmişə olduğu kimi keçə bilər, lakin daha ağrılı, ifrazatların daha çox və ya az miqdarda ola bilər, lakin bu da narahatçılığa səbəb olmamalıdır.
Abortdan sonra aybaşı əmələ gətirmək üçün heç bir xüsusi hərəkətlər etmək lazım deyil. Qaşıyıb təmizləmədən və ya mini-abortdan sonra gecikmə 3 aydan çox olarsa bu halda həkimə müraciət edin. |
Abortdan sonra seksdən ən azı 1-2 həftəyə imtina etmək lazımdır. Adətən bu müddət ərzində abort keçirmiş qadında qanlı ifrazat və ya aybaşı (dərman vasitəsi ilə abortdan sonra) müşahidə olunur, əgər uşaqlıq yolundan ifrazat olmasa belə yenə də göstərilmiş müddət seksdən imtina etmək tövsiyə olunur.
istənilən abort zamanı uşaqlıq boynunun açılması və uşaqlıq qişasının kütləvi qopması baş vermə riski olduğundan abortdan sonra seksdən imtina etməyi zəruri hesab edirlər. Bu şərait vaginal cinsi əlaqə zamanı uşaqlığa nüfuz edə biləcək infeksiyanın inkişafı üçün çox əlverişli ola bilər.
Ehtimal var ki, cinsi əlaqəyə başldıqdan sonra ilk vaxtlar ağrı olsun. Abortdan sonra bu normal haldır. Lakin bir neçə ay ərzində seks zamanı ağrılar keçmirsə və ya güclənirlərsə mütləq həkimə müraciət edin. Seks zamanı ağrıların digər mümkün səbəbləri haqda daha ətraflı Cinsi əlaqə zamanı ağrılar məqaləsində oxuyun.
Cinsi əlaqəyə başlamazdan öncə çox vacib bir məsələni həll etməlisiniz, daha dəqiq desək, gələcəkdə arzuolunmaz hamiləlikdən qoruyacaq qorunma üsulunu seçmək lazım gələcəkdir. Abortdan sonra kontrasepsiya üsulunun seçilməsini həkiminizlə birgə etməlisiniz. |
Yeni hamiləliyin inkişaf etmə ehtimalı artıq abortun keçirilməsindən 1-3 həftə sonra əmələ gələ bilər, buna görə abortun keçirilməsindən dərhal sonra (və ya öncə) həkim ilə, gələcəkdə arzuolunmaz hamiləliyin (və bunun nəticəsi kimi daha bir abort etmək zərurətinin) qarşısını almağa kömək edəcək etibarlı hamiləliyin qarşısını alan vasitələrin istifadə imkanlarını müzakirə etmək lazımdır.
Abortdan sonra hamiləliyin qarşısını alan ən optimal vasitələr, tərkibində progestinlər (mini-pili) və ya uşaqlıq daxili spirallardır. Həmçinin hormonal implantantların və ya medroksiprogesteron asetat inyeksiyalarının istifadəsi mümkündür. Düzgün istifadə edildikdə, hamiləliyin qarşısını alan bu vasitələr arzuolunmaz hamiləlikdən çox yüksək qorunma səviyyəsini təmin edirlər. Hamiləliyin qarşısını alan hormonal tabletlərin qəbuluna abortdan artıq bir neçə həftə sonra başlamaq olar. Uşaqlıq daxili spiral abortdan dərhal sonra yerləşdirilə bilər.
Abortdan sonra alkoqollu içkilər qadağan edilə bilər, xüsusən də əgər həkim infeksiyalardan qorunma üçün antibiotiklər (məsələn, Metronidazol) təyin etmişdirsə. Buna görə istənilən spirtli içkilərin (hətta az alkoqolluların) qəbulundan, abortdan sonra müalicənizi tam bitirənə və həkim ginekoloqun təkrar müayinəsi zamanı hamiləliyin və ağırlaşmaların olmaması təsdiq olunana kimi imtina etmək tövsiyə olunur.