Yüklənir...
Abortun nəticəsi və ağırlaşmaları
Abortun keçirilməsindən sonra aşağıdakı ağırlaşmaların əmələ gəlməsi mümkündür:
Uşaqlıq qanamaları
Nisbətən az qanın laxtalanma pozğunluğu olan qadınlarda müşahidə olunur. Normal sayılan və abortdan sonra hətta bir neçə həftə ərzində davam edə bilən adi, az miqdarda qanlı ifrazatlardan fərqli olaraq, uşaqlıq qanamaları qadının həyatı üçün real təhlükə törədir. Güclü uşaqlıq qanamasının qarşısını almaq üçün həkim oksitosinin (uşaqlıq divarlarının güclü yığılmasına və qanaxmanın dayanmasına gətirib çıxaran hormon) bir neçə inyeksiyasını təyin edə bilər.
Əgər abortdan sonra uşaqlıq yolundan 2-3 saat ərzində 2-3 bez və ya 2-3 tampon dəyişməyə vadar edən güclü qanlı ifrazatlar müşahidə olunursa, mütləq həkimə müraciət edin. |
Uşaqlıqda qan laxtalarının yığılması (gematometra)
Abort bitdikdən dərhal sonra baş verən uşaqlıq boynunun spazmı (güclü sıxılması) nəticəsində baş verir. Bu hal infeksiyanın inkişaf etmə riskinin yüksək olmasına görə çox təhlükəli ola bilər. Uşaqlıqda qan laxtalarının yığılmasının qarşısını almaq üçün həkim uşaqlıq boynunu boşalmış vəziyyətdə saxlayacaq spazmolitik qrupundan olan dərmanlar təyin edə bilər.
Uşaqlıq boşluğunda qan laxtalarının yığılma ehtimalının olmasının ilk əlaməti abortdan sonra qanlı ifrazatların tez yox olması və qarının aşağı hissəsində güclü ağrıların əmələ gəlməsidir. Əgər bu simptomlar əmələ gəlibsə mütləq şəkildə mümkün qədər tez həkimə müraciət edin. |
Uşaqlığın selikli qişasının infeksiyası və iltihabı (endometrit)
Uşaqlığa mikrobların nüfuz etməsi halında əmələ gəlir. Hal-hazırda abortdan sonra uşaqlıq infeksiyasının profilaktikası üçün həkimlər antibiotiklərlə müalicə kursunu təyin edirlər.
Abortdan sonra infeksiyanın inkişaf etməsinin ilk əlaməti temperaturun yüksəlməsi, abortdan bir neçə gün sonra üşütmənin və qarında ağrıların əmələ gəlməsidir. Əgər bu simptomlar əmələ gəlmişdirsə mümkün qədər tez həkimə müraciət edin. |
Sonsuzluq
Abortun çox az-az rast gəlinən ağırlaşmasıdır. Sonsuzluq riski ən çox qaşıyıb təmizləmə üsulu ilə keçirilən abortdan sonra müşahidə olunur.
Beləliklə, abortdan sonra aşağıdakılar müşahidə olunduqda mümkün qədər tez həkimə müraciət etmək lazımdır:
|