Yüklənir...
Cinsiyyət yollarından ifrazatlar: göy qurşağının bütün rəngləri...
Hansı cür ifrazatlar normal hesab olunur?
İfrazatlar hər bir sağlam qız və qadında müşahidə oluna bilər. Məhz ifrazatların sayəsində uşaqlıq yolunun selikli qişası ölü hüceyrələrdən, bakteriya və selikdən təmizlənir.
İfrazatlarınız aşağıdakı kimi olduqda normal hesab olunur:
Hansı ifrazatlar qeyri-normaldır?
Aşağıdakı hallarda Sizin ifrazatlarınız qeyri-normaldır və xəstəlik simptomudur:
Qeyri-normal ifrazatlar niyə yaranır?
İfrazatların rənginə əsasən onların səbəbini müəyyən etmək olarmı?
Təəssüf ki, xeyr. Ginekoloqlara uşaqlıq yolundan ifrazatların 100-dən çox səbəbi məlumdur. Bunlardan çoxunun simptomları eynidir. Buna görə də hətta ən təcrübəli ginekoloq belə ifrazatların xarici görünüşünə əsasən diaqnozu qoya bilməz.
İfrazatların səbəbini necə müəyyən etmək olar?
Yalnız floraya görə yaxma müayinə ilə səbəbi bilmək olar. Floraya görə yaxma uşaqlıq yolunun selikli qişasından götürülən yaxmadır. Müayinə maddəsi mikroskop altında öyrənilir. Mikroskop altında ifrazata səbəb olan əksər bakteriya və göbələklər görünür.
Məndə çoxlu miqdarda şəffaf və ya selikli ifrazatlar olur. Bu nədir və nə etməliyəm?
Вəzi hallarda tamamilə normal və ya selikli ifrazatlar həddindən artıq çox (gündə bir çay qaşığından çox) olur.
Bu, aşağıdakı hallarda normal ifrazatlardır:
Aşağıdakı hallarda ginekoloqa müraciət edin:
Məndə ağ rəngli ifrazat meydana gəlib. Bu nədir və nə etməliyəm?
Ağ rəngli ifrazatlar normal ola bilir, ya da uşaqlıq yolunun selikli qişasının iltihabına işarə edir. Normal ağ rəngli ifrazatlar aybaşından bir qədər əvvəl və aybaşından bir neçə gün sonra az miqdarda meydana gəlir.
Göbələk xəstəliyi zamanı ifrazatlar qaşınma ilə müşayiət olunur, xoşagəlməz qoxuludur və kəsmik konsistensiyalıdır.
Bakterial vaginoz zamanı ağ ifrazatlar az miqdarda olur, xoşagəlməz balıq qoxusu verir, uşaqlıq yolundan quruluq və qaşınma hissi ilə müşayiət olunur.
Cinsi yolla ötürülən xəstəliklərdə ağ ifrazatlar seksdən bir neçə saat və ya bir neçə gün sonra yaranır, güclü qaşınma ilə müşayiət olunur, qatı olmaqla xoşagəlməz qoxu verir. Əgər bu simptomlardan başqa, sidik ifrazı zamanı ağrı və yanğı hissi də yaranmışdırsa, onda infeksiya ehtimalı çox yüksəkdir.
Əgər ağ ifrazatlarda qeyri-normal ifrazat əlamətləri varsa, onda mümkün qədər tez ginekoloqa müraciət etməlisiniz. Ginekoloq uşaqlıq yolunu müayinə edər, floraya görə yaxma götürər və müayinənin nəticələrini almaq üçün nə vaxt gəlməyinizi bildirər. Yaxmanın nəticələrinə əsasən ginekoloq ifrazatların səbəbini göstərər. İltihab aşkar edildikdə ginekoloq Sizə müalicə təyin edəcəkdir.
Məndə sarı ifrazat meydana gəlmişdir. Bu nədir və nə etməliyəm?
Normal ifrazatlar solğun sarı rəngdə ola bilir. İfrazatlar intensiv sarı rəngdədirsə, bu normal ifrazat deyil. Sağlam qadın və qızlarda heç vaxt sarı ifrazatlar olmur. Bu həmişə iltihab əlamətidir. Əgər sarı ifrazatlar müdafiə olunmayan seksdən sonra meydana gəlmişdirsə, onda buna səbəb çox vaxt infeksiya olur. Qonoreya və trixomoniaz sarı ifrazatların ən çox rast gəlinən səbəbləridir. Cinsi yolla ötürülən xəstəliklərdə ifrazatlar xoşagəlməz qoxulu olur, praktiki olaraq həmişə qaşınma, quruluq və diskomfort, habelə sidik ifrazı və seks zamanı yanğı ilə müşayiət olunur. Əgər cinsi həyat keçirmirsinizsə, onda sarı ifrazatlar bakterial vaginoz adlandırılan uşaqlıq yolunun iltihabı nəticəsində yarana bilər.
Sarı ifrazatlar yarandıqda, ginekoloqa müraciət etməlisiniz. Ginekoloq floraya görə yaxma götürəcək və ifrazatların səbəbini müəyyən edəcəkdir. Sarı ifrazatlara səbəb olan bir xəstəlik müxtəlif yolla müalicə olunur. Sarı ifrazatların səbəbini bilməyincə, müalicənin effekti olmayacaqdır.
Məndə yaşıl rəngdə ifrazat meydana gəlmişdir. Bu nədir və nə etməliyəm?
Yaşıl ifrazatlar həmişə infeksiya əlaməti olur. Sağlam qadınlarda yaşıl ifrazatlar olmur. Uşaqlıq yolundan yaşıl rəngdə ifrazatlara cinsi yolla ötürülən xəstəliklərdə - qonoreya, trixomoniaz, xlamidioz, mikoplazmoz və s. rast gəlinir. Belə ifrazatlar müdafiə olunmayan seksdən bir müddət sonra meydana gəlir və sidik ifrazı zamanı qaşınma, ağrı və diskomfortla müşayiət olunur. Cinsi həyat keçirmirsinizsə, onda yaşıl ifrazatlar bakterial vaginoza işarə ola bilər.
Yaşıl ifrazatlar yarandıqda, mümkün qədər tez zamanda ginekoloqa müraciət etməlisiniz. Ginekoloq floraya görə yaxma götürəcək və yaxmanın nəticələrinə əsasən müalicə edəcəkdir.
Məndə çəhrayı rəngdə ifrazat meydana gəlmişdir. Bu nədir və nə etməliyəm?
İfrazatlara çəhrayı rəng verən xırda qan damlalarıdır. Çəhrayı rəngdə ifrazatlar aşağıdakı hallarda normal hesab olunur:
Tez-tez və ya hər dəfə seksdən sonra yaranan çəhrayı ifrazatlar uşaqlıq boynunun eroziyasının və ya hətta uşaqlıq boynu xərçənginin simptomu ola bilər. Əgər çəhrayı ifrazatlar yarandıqdan sonra planlaşdırılmamış menstruasiya başlayıbsa, onda, çox güman ki, bu, menstrual tsikl pozğunluğudur. Çəhrayı ifrazatlar pis qoxu verirsə, qarnınızın aşağı hissəsində sızıldayan ağrı hiss edirsinizsə və bədəninizin temperaturu yüksəkdirsə, onda, çox güman ki, Sizdə endometridir (uşaqlığın daxili qişasının iltihabı). Çəhrayı ifrazatlar daha ciddi xəstəliklərin, məsələn, yumurtalığın yırtılması, uşaqlıqdankənar hamiləliyin simptomu ola bilər. Bu xəstəliklər zamanı çəhrayı ifrazatlar çox vaxt qarında güclü ağrılarla müşayiət olunur.
Çəhrayı rəngli ifrazatlar normal ifrazatlara uyğun gəlmirsə, onda ginekoloqa müraciət etməlisiniz. Ginekoloq uşaqlıq boynuna baxış keçirər, floraya görə yaxma götürər, yumurtalıqların və uşaqlığın USM-ni də təyin edə bilər. Bütün bu analizlər çəhrayı rəngli ifrazatların səbəbini müəyyən etmək və müalicə təyin etməkdə köməklik edər.
Məndə palıdı və ya qara rəngdə ifrazat meydana gəlmişdir. Bu nədir və nə etməliyəm?
Tünd rəngli (palıdı və ya qara) ifrazatlar qanlıdır, yəni onların tərkibində qan var. Palıdı və qara (qanlı) ifrazatlar: bu, nədir?
Palıdı (qanlı) ifrazatlar nə zaman normal hesab olunur:
Uşaqlıq yolundan gələn ifrazatlara tünd rəngi (palıdı və ya qara) qan damlaları verir. Palıdı rəngdə ifrazatlar sağlam qadınlarda aşağıdakı hallarda müşahidə olunur:
Palıdı (qanlı) ifrazatlar nə zaman xəstəliyin simptomudur?
Tünd ifrazatlar aşağıdakı hallarda xəstəlik əlaməti ola bilər:
Klimaks zamanı qanlı ifrazatlar
İfrazatlar aybaşının ləngiməsindən sonra, onun əvəzinə yaranmış və ya hamiləlik testi müsbət nəticə vermişdir. Hamiləlik zamanı palıdı rəngli ifrazatlar və ya “aybaşı” saytımızda xüsusi məqalədə nəzərdən keçirilir. Hamiləliyin erkən vaxtlarında menstruasiya (aybaşı)
Məndən açıq palıdı rəngli ifrazat gəlir. Bu nədir?
Açıq palıdı rəngli ifrzatlar aybaşından əvvəl, aybaşı başa çatdıqdan bir qədər sonra və ya menstrual tsiklin ortalarında müşahidə olun bilər. Bu ifrzatların yarandığı vaxtdan asılı olaraq onların səbəblərini təxmin etmək olar:
Menstruasiyadan (Aybaşıdan) əvvəl
Aybaşıdan əvvəl açıq palıdı rəngli ifrzatların gəlməsi tamamilə normal haldır. Onlar aybaşıdan 2-3 gün əvvəl yarana bilər və yaxın günlərdə tam menstruasiyanın başlayacağından xəbər verir. Bəzən bu ifrazatların fonunda qarnın altında ağrılar ola bilir. Saytımızda bu mövzuya həsr edilmiş xüsusi məqalə var: Aybaşı zamanı qarın ağrıyırsa Əgər ifrazatlar aybaşının başlamasına 3 gündən çox qalmış yaranırsa və çox güclü ağrılarla (kəsici, deşici) müşayiət olunursa, onda bunlar adenomiozun simptomları ola bilər.
Menstruasiyadan (Aybaşıdan) sonra
Aybaşı başa çatdıqdan bir neçə gün sonra açıq palıdı rəngli ifrzatların yaranması da sizi təşvişə salmamalıdır. Bu tamamilə normaldır və onunla bağlıdır ki, uşaqlıq menstrual qanın qalıqlarını ifraz edir. Bu cür ifrazatlar adətən 3 gündən artıq davam etmir. Əgər ifrazatlar çox davam edirsə, onda ginekoloqa müraciət etməlisiniz, çünki buna səbəb uşaqlığın adenomiozu, endometriozu və ya mioması ola bilər. Əgər ifrazatlar pis qoxu verirsə, onda bu, xroniki endometritin simptomu ola bilər.
Menstual tsiklin (Aybaşının) ortalarında
Menstrual tsiklin ortalarında açıq palıdı rəngli ifrazatların yaranması hormonal kontrasepsiyadan (hamiləlik əleyhinə tabletlər, hormonal üzük və ya hormonal plastır) istifadə edirsinizsə normal hesab olunur. Hormonlar qəbul etmirsinizsə, onda buna səbəb aşağıdakılar ola bilər:
Məndən tünd palıdı ifrazat gəlir. Bu nədir?
Tünd palıdı ifrazatların yaranma səbəbləri də açıq palıdı ifrazatların səbəbləri ilə eynidir. Fərq yalnız bu ifrazatların tərkibində olan qanın miqdarındadır. Çox vaxt ginekoloq üçün qanlı ifrazatların rəngi (açıq və ya tünd) önəmli olmur, çünki istənilən halda onların tərkibində qan olur, bu isə onların yaranma səbəbləri haqqında düşünməyə əsas verir.
Aybaşı əvəzinə palıdı rəngli ifrazatlar: bu nədir və nə etməli?
Aybaşı əvəzinə palıdı rəngli ifrazatların yaranmasının izahı cinsi həyat keçirib-keçirməməyinizdən və əvvəlki 1-2 ayda sekslə məşğul olub-olmamağınızdan asılıdır.
Əgər seksual cəhətdən aktivsinizsə, onda qanlı ifrazatlar hamilə olduğunuza işarə edə bilər.
Aybaşı vaxtında başlamadıqda və bir neçə gün sonra palıdı rəngli ifrazatlar yarandıqda, çox güman ki, hormonal pozğunluqlar var və bir neçə gün sonra normal aybaşı başlayacaqdır. Bu, baş vermədikdə və ifrazatlar cəmi bir neçə gün davam etmişdirsə, onda hamiləlik testi etməlisiniz.
Əgər müdafiə olunmamış sekslə məşğul olmuşdunuzsa, onda menstrual tsikl pozğunluqları və aybaşı əvəzinə palıdı rəngli ifrazatların yaranması cinsi yolla keçən xəstəliklərin əlaməti ola bilir. Bu halda ifrazatlardan başqa, uşaqlıq yolunda qaşınma, quruluq və yanğı, sidik ifrazı zamanı ağrı müşahidə oluna bilər. Sadalanan simptomlar varsa, onda ginekoloqa müraciət erməlisiniz.
Aybaşı əvəzinə qanlı ifrazatlar çox vaxt hormonal pozğunluqlarla izah olunur. Bu pozğunluqlar stres, həddindən artıq fiziki yüklənmə, habelə bəzi xəstəliklərdən yarana bilər. Aşağıdakı xəstəliklər aybaşı əvəzinə palıdı ifrazatların yaranmasına gətirib çıxara bilər:
Əgər 40-45 yaşınız varsa, onda aybaşı əvəzinə qanlı ifrazatlar başlamaqda olan menopauzanın (klimaksın) ilk əlaməti ola bilər.
Aybaşı əvəzinə yaranan az miqdarda qanlı ifrazatlar bir neçə gündən sonra klassik aybaşıya keçid etmədikdə, ginekoloqa müraciət etmək tövsiyə olunur.
Seksdən sonra palıdı rəngli ifrazat: bu nədir və nə etməli?
Əgər seksdən sonra daim çəhrayı və ya palıdı rəngdə ifrazatlar yaranırsa, onda bu, aşağıdakı hallara işarə edə bilər:
Seksdən sonra qanlı ifrazatlar cinsi akt zamanı ağrılarla müşayiət oluna bilər. Lakin ağrının olmaması o demək deyil ki, hər şey qaydasındadır. Əgər tünd ifrazatlar hər dəfə seks zamanı və ya seksdən sonra yaranırsa, onda ginekoloqa müraciət etməli, floraya və sitologiyaya görə yaxma verməlisiniz.
Paylaş: