Yüklənir...

Hamiləliyin 39-cu həftəsi

Hamiləliyin 39-cu həftəsi

 Uşağın çəkisi 3,2 kq-dan bir qədər çoxdur, boyu isə təxminən 48 sm-dir.
• Gələcək ananın çəkisi doğumdan əvvəl artıq dəyişməyəcəkdir.
• Döşün gilələrindən qatı maddə - ağız südü (molozivo) ifraz oluna bilər. 
• Doğum evinə getmək üçün əşyalarınız hazır olmalıdır. 

Dölün inkişafı

Bu dövrə yaxın uşağın çəkisi 3,2 kq-dan bir qədər çox, boyu isə təxminən 48 sm olur. Uşağın orqanizminin bütün sistemləri ana bətnindən kənarda fəaliyyət göstərmək üçün hazırdır. Bağırsaq artıq formalaşmışdır. Qida-həzm traktı ilə qidanın hərəkəti başlamışdır. Peristaltika normallaşır: bağırsaqla ilk nəcis olan mekonium yerdəyişmələr edir. Mədə vəzləri qidanın parçalanması üçün lazım olan fermentləri hasil etməyə başlayır. Körpənin mədə-bağırsaq traktında yalnız qidanın mənimsənilməsinə şərait yaradan bakteriyalar çatışmır. Bu bakteriyalar qida-həzm traktına ananın südü ilə birlikdə daxil olacaqdır.

Ananın vəziyyəti

Normada çəki 11,5 kq-dan 15 kq-dək arta bilər. Lakin qadın əzəldən köklüyə meylli idisə, onda çəki artımı az ola bilər. Hamiləlikdən əvvəl qadın arıq idisə, onda normadan bir qədər artıq çəki yığa bilər. 39-cu həftədən sonra hamilə qadınların çəkisi adətən doğuma qədər dəyişmir. Döşün gilələrindən qatı maddə - ağız südü (molozivo) ifraz oluna bilər. Uşağı qidalandırmaq üçün süd vəzlərinin formasını saxlamaqda köməklik edən rahat büstqalter və döş üçün prokladkalar almaq məsləhətdir.

DİQQƏTLİ OLUN!

Uşaqlıq boynunun açılma dərəcəsini özünüz və ya ailə üzvlərinin köməyi ilə yoxlamağa cəhd göstərməyin. Həmçinin nəzərə almaq lazımdır ki, həcəyanlanma çox vaxt qadına doğum sancılarını daha kəskin şəkildə hiss etdirir. Məhz buna görə də gələcək analar doğuşdanəvvəlki vəziyyətə nəzarət etmək üçün mamaları dəvət edirlər: mütəxəssis doğum fəaliyyətinin intensivliyini və doğum evinə getmək vaxtını düzgün qiymətləndirəcəkdir.

RİSK AMİLLƏRİ

Artıq başlamış olan təbii doğum plansız kesar kəsiyi ilə nəticələnə bilər. Plansız kesar kəsiyinə göstərişlər aşağidakilardir:

- kliniki dar çanaq (uşaqlıq boynu tam açılsa da doğuş yolları ilə uşağın başı irəliyə doğru hərəkət etmir)

- normal yerləşən plasentanın ayrılması

- dölün kəskin hipoksiyası (bu barədə kardiotokoqrafiya aparatı xəbər verir)

- qeyri-mükəmməl plasenta

- dölə qanaxınının zəif olması

- dölün inkişaf qüsurlarının doğum zamanı dərinləşməsi

- göbək ciyəsinin körpənin boynuna dolanması

- doğum fəaliyyətinin inadla zəif olması

- preeklampsiya və s.

Doğumdan sonra nəyə hazır olmali?

Əksər qadınlar doğumdan sonra kəskin surətdə çəkini atirlar: körpənin, plasentanın və dölyanı suların çəkisindən başqa, 1-2 həftə ərzində orqanizmin yığıb topladığı təxminən iki litr su da xaric olur. Doğumdan sonra bir neçə həftə ərzində qanaxmalar normal haldır, yəni uşaqlıq onu plasenta ilə bağlayan hüseyrələrdən öz-özünə təmizlənir. Doğumdan bir neçə gün və ya bir neçə həftə keçdikdən sonra doğumdansonrakı kefsizlik və ya bebi-blüz adlanan əhval-ruhiyyə yarana bilər. Yadda saxlamaq lazımdır ki, bu müvəqqəti haldır və keçib gedəcəkdir. Özü də bu, təkcə psixoloji durumla deyil, həm də hormonlarla bağlıdır. Buna görə də kefsizlik və melanxoliyada özünüzü günahlandırmayın

Əvvəlki həftə Sonrakı həftə