Yüklənir...

Hamiləlik zamanı ifrazatlar

Hamiləlik zamanı ifrazatlar

Hamiləlik zamanı ifrazatlar: əsas növləri və xarakteristikası

Hamiləlik istənilən qadının həyatında ən məsuliyyətli dövrdür. Cinsiyyət orqanlarından ifrazatlar demək olar ki, həmişə həyəcana səbəb olmalıdır. Buna görə onların yaranma mexanizmləri, növləri və orqanizm üçün mümkün nəticələri haqqında bilmək çox vacibdir.

Hamiləlik olmayan zaman, uşaqlıq boynu daim olaraq selik hasil edir və menstrual dövr müddətində onun bir neçə növü hasil olunur:

menstrual dövrün birinci yarısı. Bütün orqanizmin, əsasən də reproduktiv sistemin fəaliyyəti toxum hüceyrəsinin yumurtalıqdan çıxmasına və spermatozoidlə qovuşmasına yönəlib. Bunun üçün qadın orqanizmi spermatozoidlərin hərəkətini asanlaşdırmaq üçün çoxlu miqdarda duru sekret hasil edir;
menstrual dövrün ikinci yarısı. Toxum hüceyrəsinin mayalanması zamanı qadının orqanizmi onun birbaşa uşaqlığa yeridilməsinə hazırlaşır. Bu halda uşaqlıq girişini yad mikroorqanizmlərdən müdafiə edən qeyri-şəffaf və yapışqan selik hasil olunur.
Dövrün ilk yarısı qadın cinsiyyət hormonu – estrogen, ikinci yarısı isə - progesteron hormonu ilə tənzimlənir. Hamiləliyin ilk rübündə uşaqlığın və onun törəmələrinin fəaliyyətini məhz progesteron tənzimləyir və az miqdarda qatı ifrazatlar hasil olunur. Lakin hamiləliyin on üçüncü həftəsindən etibarən, qadın orqanizmi çoxlu estrogen hasil etməyə başlayır, ona görə uşaqlıq yolundan olan ifrazatlar daha çox və duru olmağa başlayır.


Hamiləlik zamanı normal ifrazatlar

Hamiləliyin ilk rübünün gedişatı (ilk 12 həftə) qadın cinsiyyət hormonu – progesteronun təsiri ilə müəyyənləşir. Başlanğıcda o yumurtalığın menstruasiyasının sarı cismi ilə ifraz olunur (ovulyasiya zamanı toxum hüceyrəsinin çıxdığı follikulun partlamasından sonra əmələ gəlir). Toxum hüceyrəsinin mayalanmasından sonra ovulyasiyanın sarı cismi luteinləşdirici hipofiz hormonunun təsiri altında böyüyür, sonra isə böyük miqdarda progesteron hasil edən hamiləliyin sarı cisminə çevrilir. Bu hormon embrionun uşaqlıq boşluğunda onun bu orqandan çıxışını bağlayaraq (uşaqlıq boynunun kanalında qatı selikli tıxac əmələ gəlir) və onun əzələ yığma qabiliyyətini yatırdaraq saxlanmasına kömək edir. Progesteronun təsiri altına hamiləliyin birinci rübündə qatı, şüşəvari, rəngsiz, bəzi hallarda ağımtıl ifrazatlar yaranır. Onları selik laxtaları şəklində paltarlarda aşkar etmək olar. Yalnız bu ifrazatların heç bir qoxusu olmadığı və hamilə qadını narahat etmədikləri, yəni qaşınma, yandırma və başqa xoşagəlməz hisslər yaratmadığı hallarda norma sayıla bilər. Bu simptomların yaranması halında isə başqa səbəb axtarmaq, yəni vaxt itirmədən mütəxəssis-ginekoloqun köməyi üçün müraciət etmək lazımdır.

Dölün uşaqlıq boşluğunda artıq möhkəmləndiyi və ciftin (ciftin başqa adı-plasentadır. Plasenta-ana və dölün orqanizmlərini birləşdirən və dölü bütün lazımi qida maddələri, hormonlar, bioloji aktiv birləşmələr ilə təmin edən orqandır) yetişdiyi hamiləliyin ilk rübündən sonra yenidən böyük miqdarda estrogenlər hasil olunmağa başlayır. Bu müddətin əsas vəzifəsi uşaqlığın (dölün inkişaf etdiyi orqandır, ona görə daimi olaraq ölçülərini artırmalıdır) və süd vəzilərinin (yeni vəzi toxuması və yeni süd axarları formalaşmağa başlayır) inkişaf etməsidir.
Bu hormonların təsiri altında hamiləliyin ikinci yarısında qadınlarda cinsiyyət orqanlarından çoxlu rəngsiz və ağamtıl rəngli ifrazatlar müşahidə olunur. Onları hər hansı bir patoloji vəziyyətə aid etmək lazım deyil, lakin eyni zamanda bu cür ifrazatların xoşagəlməz qoxusu olmamalıdır və qaşınma, yandırma və başqa diskomfort təzahürləri əmələ gətirməməlidir. Bu əlamətlərin olması çox əhəmiyyətlidir, çünki zahiri görünüş aldadıcı ola bilər və onların altında gizli xəstəliklər gizlənə bilər.


Hamiləlik zamanı ağ ifrazatlar

Ağ ifrazatlar ən çox hamiləlik dövründə meydana gəlir. Onlar qadınlarda narahatçılığa səbəb ola bilər, lakin nadir hallarda onların hər hansı bir patoloji vəziyyətlə əlaqəsi olur.

İfrazatların tərkibinə aşağıdakı komponentər daxildir:
Selik. Mənbəyi – qadın cinsiyyət sisteminin saysız-hesabsız vəziləridir: uşaqlıq, uşaqlıq boyunu, dəhlizi və uşaqlıq yolunun özü;
Mikroorqanizmlər. Uşaqlıq yolunda daima müxtəlif tərkibə malik və hər bir qadında özünəməxsus olan mikroflora vardır. Əgər o sağlamdırsa, demək bu əsasən süd turşusu adlandırılan bakterialardır. Başqa mikroorqanizmlərin olması hər hansı bir xəstəliyin inkişaf etməsi haqqda fikir söyləməyə bir səbəb deyil;
Epiteli hüceyrələri. Onlar qadın cinsiyyət sisteminin bütün strukturlarını örtür, daimi olaraq soyulur və yeniləri ilə əvəz olunur.

Uşaqlıq yolunun ifrazatları həm patologiya, həm də norma ola bilər. Adətən ağ ifrazatlar bilavasitə menstrual dövr ilə bağlıdır. Onun birinci yarısında həcmi böyük olmayan şəkildə, sulu konsistensiyalı ifrazatlar müşahidə olunur, ovulyasiyanın gedişi ilə onlar qatılaşır və daha yapışqan olur və bej rənginin çalarını alır. Menstrual dövrün sonuna yaxın ifrazatların həcmi yenidən çoxalır.

Ağ ifrazatlar başqa amillər nəticəsində də yarana bilər: hormonal kontraseptivlərin tətbiqi ilə müşahidə olunan cinsi əlaqədən sonra. Ağ rəngli patoloji ifrazatlar, məsələn, kandidoz kimi yoluxucu xəstəliklərlə də bağlı ola bilər.

Ağ ifrazatları hamiləliyin ilk əlaməti hesab etmək olar. Bu mərhələdə onlar pregesteron hormonunun təsiri ilə bağlıdır. 14-cü həftədən etibarən onun təsiri azalır və müvafiq olaraq estrogenin təsiri çoxalır. Bu müddətdə ifrazatların həcmi çoxalır, onlar rəngsizdir və heç bir qoxuya malik deyillər. Onlar yandırma, qaşınma kimi heç bir xoşagəlməz simptom əmələ gətirmir, bu isə patoloji vəziyyətlərin diaqnostikası üçün çox vacibdir.

Baxmayaraq ki, hamiləlik zamanı baş verən belə ifrazatlar kifayət qədər normal haldır, onların konsistensiyasına, rənginə və həcminə diqqət yetirmək lazımdır. Bu göstəricilərdə dəyişiklik infeksiyanın qoşulması, hormonal statusun pozulmaları, cinsiyyət orqanlarının xəstəliklərindən xəbər verə bilər. Bu cür dəyişikliklərin ən çox rast gəlinən səbəbi kandidoz və ya qadın cinsiyyət orqanlarının kəsmikvari ifrazatlarıdır . Bu halda ifrazatlar kəsmiyə bənzəyir, pivə iyi verirçox miqdarda olur. Həmçinin şərti-patogen mikroflora da əlavə oluna bilər, çünki hamiləlik zamanı immunitetin zəifləməsi baş verir.

Kəsmikvari ifrazatın (göbələyin) profilaktikası üçün həkimlər hamiləlik dövründə qadınlara süd məhsulları daxil olmaqla probiotiklər təyin edirlər. Əgər patologiyanın inkişafının qarşısını almaq mümkün olmursa, göbələyə qarşı xüsusi dərmanlar təyin olunur.

İfrazatların daha bir mənbəyi bakterial vaginozdur. Eyni zamanda onlar sulu konsistensiyaya, rəngsiz çalara və kifayət qədər xoşagəlməz iyə malikdirlər.


Əgər ifrazatlara qarının aşağı hissəsində ağrılar əlavə olunursa, bu hal qadının təcili olaraq xəstəxanaya yerləşdirilməsini tələb edir, çünki uşaqlıqdan kənar hamiləlik riski və uşaq salma təhlükəsi böyükdür. Beləliklə, qadınlarda hamiləlik dövründə ağ ifrazatlar kifayət qədər normal haldır, lakin qoxu və zahiri görünüş kimi göstəricilərə mütləq diqqət yetirmək lazımdır.


Hamiləlik zamanı sarı ifrazatlar


Sarı ifrazatların olması norma sayıla bilməz, lakin əgər xoşagəlməz qoxu, yandırma, qaşınma və ağrılar kimi xoşagəlməz digər simptomlar müşahidə olunmursa ola bilsin ki, o heç bir narahatçılıq törətməsin. Əks halda dərhal ginekoloqun qəbuluna düşmək lazımdır, xüsusən də əgər ifrazatların tünd sarı rəngi vardırsa. Bu cür patoloji əlamətin yaranmasının bir neçə səbəbi vardır.

Onlardan birincisi, hamiləliyin və ya digər amillərin təsiri altında kəskinləşən müxtəlif xarakterli iltihab proseslərinin olmasıdır. Bu dövrdə immunitet zəifləyir, bu isə patoloji mikroorqanizmlərə uşaqlıq yoluna nüfuz etməyə, orada toplanmağa və bu xoşagəlməz simptomu yaratmağa imkan verir. Bunlardan başqa, ifrazatlar hamiləliyin öz-özünə pozulması nəticəsində də yarana bilər. Ona görə maksimal dərəcədə tez bir şəkildə reaksiya vermək lazımdır.

Tünd sarı ifrazatların meydana gəlməsi alt paltara və intim gigiyena vasitələrinə qarşı olan allergik reaksiyanın təzahürü ola bilər. Müəyyən mikroorqanizmlər də sarı çalarlı spesifik ifrazatların yaranma səbəbi ola bilər.

Əgər ifrazatların rəngi yaşıla kimi dəyişirsə, yaranmış problem ciddi pozulmaların inkişaf etməsindən xəbər verir. Məsələn, bu zöhrəvi xəstəliklərin olmasını göstərə bilər. Onlar üçün həmçinin qaşınmanın, sidik ifrazatı zamanı ağrıların, həmin nahiyədə yandırma hisslərinin əmələ gəlməsi xarakterikdir.

Əgər ifrazatların açıq sarı rəngi vardırsa, çox güman ki, onlar uşaqlıq borularının və ya yumurtalıqların iltihabı və uşaqlıq yolunda müxtəlif bakterial infeksiyaların nəticəsində əmələ gəlmişdir.

Hamiləlik dövründə spesifik sarı ifrazatlarla təzahür olunan bir çox infeksiyalar və iltihabi xəstəliklər bu zaman başlanmış hamiləliklə əlaqədar meydana çıxmır, onlar sadəcə kəskinləşir. Ona görə mayalanma anınadək gələcək ana tam müayinədən keçməlidir. Bu orqanizmin durumunu müəyyən etməyə, arzuolunmaz patoloji vəziyyətləri və xəstəlikləri aşkar etməyə və onlardan hamiləlik dövründən əvvəl qurtulmağa kömək edəcəkdir.


Hamiləlik zamanı qəhvəyi ifrazatlar

Hamiləlik dövründə qəhvəyi ifrazatlar demək olar ki, zəif cinsin bütün nümayəndərində gözlənilmədən yarana bilər. Bu cür vəziyyətin inkişaf etməsinin bir neçə səbəbini göstərirlər.

Bunlardan birincisi uşaqlıqdan kənar hamiləlikdir. Onun baş verməsi zamanı toxum hüceyrəsi mütləq şəkildə qopur. Onun inkişaf etməsinin xarakterik əlamətlərindən biri qəhvəyi rəngli ifrazatlardır. Həmçinin qanaxma da yarana bilər. Təəsüf ki, bir çox qadın bu dövrdə hamilə olduqlarını heç anlamırlar.

Bir çox hallarda qəhvəyi ifrazatların meydana gəlməsi uşaq salma təhlükəsinin olmasından xəbər verir. Bu halda dölü saxlamaq üçün təcrübəli ginekoloq mümkün olan bütün ölçüləri götürməlidir (operativ müdaxilə və ya konservativ müalicə). Uşaq salma hamiləliyin yalnız erkən müddətlərində yaranan ciddi ağırlaşmadır. Başlanğıcda qanaxma çox olmaya və ağrılı hisslərlə müşahidə olunmaya bilər. Lakin o müəyyən vaxt aralığı ərzində dayanmır və getdikcə çoxalır.
Yarımçıq uşaq salma zamanı güclü qanaxmalar yarana bilər, onların qatı qırmızı, qəhvəyi çalarlı rəngi vardır, laxtalar ola bilər. Bunların hamısına qarının aşağı hissəsində tez-tez müşahidə olmayan, lakin intensiv olan ağrılar əlavə olunur. Bu halda uşaqlıq boşluğunun qaşınıb təmizlənməsi aparılmalıdır və həlak olmuş döllük yumurtasının qalıqlarını kənarlaşdırmaq lazımdır.
Hamiləliyin son dövrlərində qəhvəyi rəngli ifrazatların meydana gəlməsi ciftin (plasentanın) fəaliyyətində pozuntuların olmasından xəbər verə bilər. Bu orqan qopa bilər və nəticədə kiçik qan axmalar yarana bilər.
Bu cür simptomların növbəti yaranma səbəbi iltihab prosessləri ilə bağlı olan xəstəliklər və ya uşaqlıq boynunun eroziyası ola bilər.
Əgər doğuş tarixi artıq yaxınlaşırsa və gözlənilmədən qəhvəyi rəngli ifrazatlar meydana gəlibsə bu doğuşun başlanmasından xəbər verir. Bu cür ifrazatların meydana gəlməsinin daha bir vacib səbəbi uşaqlığın partlamasıdır. Ən çox hallarda bu əvəllər abortlar keçirmiş və ya uşaqlıqda yarıqları ola qadınlarda inkişaf edir.

Beləliklə, qəhvəyi ifrazatların meydana gəlməsinin ən çox rast gəlinən səbəbləri cinsi xəstəliklər və uşaqlıq boynunun eroziyasıdır. Bu cür patoloji halların aradan qaldırılması üçün mütəxəssis-ginekoloqa müraciət etmək lazımdır. Ciftin (plasentanın) partlaması zamanı yataq rejimi təyin olunur, istənilən emosional və psixoloji yüklənmələr və hormonal dərman vasitələrinin qəbulu istisna edilir.


Hamiləlik zamanı qanlı ifrazatlar

Qanlı ifrazatlar kifayət qədər tez-tez rast gəlinən haldır, xüsusən də hamiləliyin birinci rübündə. Statistika məlumatlarına əsasən 80% qadın hamiləliyi qalan müddət ərzində problemsiz və heç bir pozuntular olmadan tamamlayır.

Qanlı ifrazatların meydana gəlməsinin bir çox səbəbi vardır. Məsələn, daxili cinsiyyət orqanlarının aktiv qan təchizatı və ya onların həddindən artıq həssaslığı. Adətən bu ultrasəs müayinəsinin xüsusi vaginal ölçü cihazı ilə aparılmasından və ya baxış zamanı ginekoloji güzgünün tətbiqindən sonra baş verir.

Bu cür ifrazatlar cinsi əlaqələrdən sonra da meydana gələ bilər, çünki uşaqlıq boynunun və uşaqlıq yolunun selikli qişasının qıcıqlanması baş verir. İfrazatlar həmçinin ciftin bir az qopmasından da başlaya bilər: onun altında müəyyən miqdarda qan toplanır. Üzə çıxdıqda o açıq çəhrayı çalara malik olur.

Çox vaxt qadınlarda ifrazatlar onlarda menstruasiyanın (aybaşının) hamiləlikdən əvvəl müşahidə olunduğu günlərdə baş verir. Onlar həmçinin bel nahiyəsində və qarının aşağı hissəsində ağrılarla müşahidə olunur. Bu hamiləliyin erkən dövrlərində orqanizmdə hormonal pozuntuların olması nəticəsində baş verir və bu tamamilə təhlükəsizdir.

Təhlükəli ağırlaşmaların olmasını qan laxtalarının meydana gəlməsi göstərir. Təcili olaraq həkimə müraciət etmək lazımdır, çünki böyük ehtimal var ki, bu uşaq salma təhlükəsinin yaranmasının göstəricisidir. Əgər ifrazatlar qəhvəyi rəng çalarlarındadırsa, çox güman ki, orqanizmdə hematoma əmələ gəlmişdir.

Uşaqlıqdan kənar hamiləliyin inkişaf etməsi zamanı, qadında həmçinin qanlı ifrazatlar da müşahidə oluna bilər. Daha bir səbəb – “donmuş” hamiləlikdir. Bu halda dölün bətndaxili tələf olmasından bir həftə sonra öz-özünə uşaq salma baş verir.
Qanlı ifrazatların nadir səbəblərindən biri suluq yığınıdır. O zaman plasentar toxumanın böyüməsi müşahidə olunur. Bu zaman ifrazatlar çox olur, lakin onlar tamamilə ağrısızdır. Bu vəziyyətin nəticəsi körpənin həlak olmasıdır.

 Qanlı ifrazatlar ən çox hamiləliyin ikinci və üçüncü rüblərində təhlükəlidir. Onlar patologiyanın əlaməti ola bilər, yalnız dölün deyil, həm də ananın həyatına təhlükə yarada bilər. Qanlı ifrazatlar mioma, uşaqlıq boynunun eroziyası, servikal kanalın polipləri, cinsiyyət orqanları zədələrinin olması zamanı inkişaf edə bilər. Baxmayaraq ki, əksər hallarda qanlı ifrazatlar döl və ana üçün heç bir təhlükə törətmir, təhlükəli ağırlaşmaların qarşısını almaq və hamiləliyin normal gedişatını təmin etmək üçün vaxtında mütəxəssisə müraciət etmək lazımdır.


Hamiləliyin erkən dövrlərində meydana gələn ifrazatlar 

Hamiləliyin erkən dövrlərində meydana gələn ifrazatlar həm normal, həm də patoloji xarakter daşıya bilər. Mayalanmadan sonra ilk həftələrdəki ifrazatların dəyişməsi qaçılmaz bir prosesdir. Bu onunla bağlıdır ki, qadın orqanizmində progesteron hormonunun hasilatı çoxalır. O spermatozoidlə mayalanmış toxum hüceyrəsinin uşaqlıq divarına yapışmasını təmin edir, dölün saxlanılmasında və ciftin (plasentanın) formalaşmasında iştirak edir. Bu zaman vaginal ifrazatların həcmi azalır, onlar rəngsiz və yapışqan olur. İfrazatların belə xarakteri servikal kanalda uşaqlığı patoloji mikroorqanizmlərdən qoruyan müdafiə tıxacının formalaşmasına kömək edir.

Mayalanmanın 10-cu günündən sonra uşaqlıq yolundan, həmçinin patoloji hallara aid edilməyən, qanlı ifrazatlar meydana gələ bilər. Bu mayalanmış toxum hüceyrəsinin uşaqlığa birləşməsi ilə bağlıdır. Bu orqan embrionun birləşməsi zamanı yüngülvari zədələrə məruz qala bilən şaxələnmiş damar və kapilyar şəbəkəsinə malikdir. Bu hal implantasion qan axma adnandırılır və 2 sutkadan artıq davam edir. Güclü və daha davamlı qan axmalar patoloji halın inkişaf etməsindən xəbər verir.

Sarımtıl, qəhvəyi, yaşıltəhər rəngli, kəsmikvari konsistensiya və xoşagəlməz qoxuya malik ifrazatlar patoloji hesab edilir.

Kəskin və xoşagəlməz qoxuya malik uşaqlıq yolundan olan sarımtıl ifrazatlar uşaqlıq nahiyəsində və onun törəmələrində iltihabın olmasından xəbər verir. Hamiləlik dövründə daxili orqanlarda iltihabi proseslər çox təhlükəlidir, çünki onlar tez-tez hamiləliyin pozulmasına götirib çıxarır.
Əgər 3 sutka ərzində davam edən qanlı ifrazatlar müşahidə olunursa, bu ciddi ağırlaşmaların olduğunu göstərir və vaxt itirmədən həkimə müraciət etməyi tələb edir, çünki bu uşaq salmanın inkişaf etməsinin əlamətlərindən biridir. Çox vaxt belə əlamət qarının aşağı hissəsində dartıcı, güclü ağrılar, ürək bulanma, iştahanın itməsi, bağırsaq fəaliyyətinin pozulmaları ilə müşahidə olunur.
Hamiləliyin erkən dövrlərində qan qarışığı ilə olan ifrazatlar uşaqlıq boynunun eroziyasının olmasının əlaməti ola bilər. Onlar praktiki olaraq ki, həmişə ağrısızdır və bir neçə saat ərzində kəsilir. Tünd qırmızı, qəhvəyi və ya qanlı ifrazatların mayalanmadan bir neçə gün keçdikdən sonra meydana gəlməsi uşaqlıqdan kənar hamiləliyin inkişaf etməsindən xəbər verə bilər. Bu halda qan mayalanmış toxum hüceyrəsinin qopmasından sonra ifraz edilir. Hamiləlikdən kənar hamiləlik qadın üçün ciddi təhlükə törədir və gələcəkdə hamilə olma şansını azaldır.

Beləliklə, hamiləliyin erkən dövründə ağ, eyni tərkibli, yapışqan və xoşagəlməz qoxuya malik olmayan ifrazatlar normadır və narahatçılığa heç bir səbəb olmamalıdır, kəsmikvari, sarı, xoşagəlməz qoxuya malik olan ifrazatlar isə kandidozun və ya uşaqlıq iltihabının əlaməti ola bilər. Böyük həcmli qəhvəyi, qanlı ifrazatlar da qorxulu simptomlardır və vaxt itirmədən mütəxəssisə müraciət etməyi tələb edir.


Hamiləliyin son dövrlərində meydana gələn ifrazatlar

Adətən hamiləliyin son dövrü kimi 35-ci həftədən düz doğuşun başlanğıcına qədər olan müddət nəzərdə tutulur. Bu zaman orqanizm aktiv olaraq uşağın dünyaya gəlməsinə hazırlaşır. İfrazatlar selikli konsistensiyaya, süd rənginə malikdirlər, onların qoxusu yoxdur. Normada onlar xoşagəlməz diskomfort, yandırma, qaşınma və istənilən digər qıcıqlanmalar əmələ gətirmir.
Çox vaxt ehtimal edilən doğumdan əvvəl, təxminən 35-ci həftədə qonur rəngli və selikli konsistensiyalı ifrazatlar meydana gələ bilər. Bu onunla bağlıdır ki, uşaqlıq boynunun selikli qişası doğuşa hazırlaşmağa başlayır. O yumşalır, sonra isə bir az açılır və selikli tıxacdan azad olunur. Bu hal tezliklə qarşıdan gələn doğuşdan xəbər verir.
Lakin həftənin son günlərində yaşıltəhər, açıq qırmızı və ya qonur rəng çaları olan köpüklü ifrazatlar müşahidə olunursa bu təhlükəli ağırlaşmaların yarandığını göstərir.
Açıq qırmızı ifrazatlar ciftin (plasentanın) qopmasından xəbər verə bilər. Bu halda təcili tibbi yardım lazımdır.
Qaşınma ilə müşahidə olunan yaşıltəhər köpüklü ifrazatlar böyük ehtimalla hansısa infeksiyanın qoşulmasından xəbər verir. Bu halda onların səbəbini doğuşdan əvvəl aradan qaldırmaq çox vacibdir, çünki əks halda onların gedişatı ağırlaşa bilər və dölün yoluxma təhlükəsi vardır.


Hamiləlikdən sonra meydana gələn ifrazatlar

Uşaq doğulduqdan sonra doğuşun hansı yolla keçməsindən asılı olmayaraq qadında cinsiyyət yollarından qan şəklində ifrazatlar müşahidə olunur. Belə doğuş sonrası ifrazatlar loxiyalar adını almışdır.
Onların yaranma səbəbi uşaqlığın daxili səthinin sağalma prosesidir. Adətən bu ciftin (plasentanın) uşaqlığın divarına birləşdiyi yerdə baş verir. Əgər həyat qabiliyyəti olmayan toxumalardan vaxtında azad olunursa, doğuşdan sonrakı müddət ağırlaşmalarsız keçir.
Loxiyaların davamlılığına və rənginə diqqət yetirmək çox vacibdir. Onların xarakteri dəyişir – vaxt keçdikcə ifrazatlar azalır və rəngini dəyişir:
Qırmızı loxiyalar. Onlar doğuşdan 2-3 gün sonra başlayır. Bu açıq qırmızı, qanlı, çox həcmli, az miqdarda qan laxtalarının olması ilə müşahidə olunan ifrazatlardır;
Seroz loxiyalar. Onlar doğuşdan sonrakı 4-cü gündən başlayır. İfrazatların rəngi solur və leykositlərin yüksək tərkibi ilə onlar seroz-zərdabi (açıq çəhrayı) rəng alırlar. Bu müddətdə açıq qırmızı loxiyalar və hemorraqik laxtalar olmamalıdır.
Ağ loxiyalar. Onlar təxminən 10-cu gündən başlayır və iyirmi sutkayadək davam edir. İfrazatlar sarımtıl-ağ və ya sarı rəng alır, yaxılan, duru, qoxusuz olur və tərkibində qan qarışığı olmur.
Loxiyaların miqdarı tədricən azalır, doğumdan sonrakı 3-cü həftədən etibarən onlar zəifləyir və onların tərkibində boyun kanalından olan selik qatqısı olur. Uşaqlıqdan ifrazatlar doğuşdan sonrakı beşinci-altıncı həftədən kəsilir. Servikal kanaldan, tərkibində tək-tək təsadüf edilən leykositlər müşahidə olunan, yalnız şüşəvari xarakterli selik axmağa başlayır.
Ona görə doğumdan sonra başlayan və 1.5 ay davam edən ifrazatların menstrual qan axmalar ilə heç bir ümumi cəhəti yoxdur. Onlar müstəqil şəkildə keçir və qadının uşağı döşlə yedizdirməyindən və ya uşağın süni qidalanmada olmasından asılı deyil.