Yüklənir...
Müalicənin hansı variantları vardır?
Hamiləlik müddətindən, döl yumurtasının ölçülərindən, əlamətlər və kəskinləşmələrin mövcudluğundan asılı olaraq uşaqlıqdankənar hamiləlik zamanı dərmanla müalicə təyin edilə və ya cərrahiyə əməliyyatı aparıla bilər. Bəzi hallarda müalicə təyin edilmir, belə taktika gözləmə taktikası adlanır.
Uşaqlıqdankənar hamiləlik dövründə gözləmə taktikası nə deməkdir?
Uşaqlıqdankənar hamiləlik həmişə uşaqlıq borusunun dağılması və digər kəskinləşmələrlə nəticələnmir. Belə hamiləlik adətən yarımçıq qalır. Tədqiqatlar göstərir ki, uşaqlıqdankənar hamiləliyin özünün müstəqil şəkildə problemləri həll etməsi nadir hal deyil. Belə hallarda həblər qəbul etmək və ya əməliyyat keçirməyə ehtiyac yoxdur. Bu məhz gözləmə taktikası adlanır.
Diqqət: Gözləmə taktikası – şüurlu şəkildə seçilmiş hərəkətsizlikdir ki, ancaq həkim nəzarəti altında baş verir!
Buna baxmayaraq, uşaqlıqdankənar hamiləlik dövründə həmişə gözləmək mümkün olmur. Sizin üçün gözləmə taktikası o zaman uyğun gəlir ki, əgər:
Uşaqlıqdankənar hamiləliyin əməliyyatsız müalicəsi mümkündür?
Əvvəllər əməliyyat yolu uşaqlıqdankənar hamiləliyin yeganə müalicə yolu idi. Lakin zaman keçdikcə dərman metodları da işlənib hazırlanmışdır. Medikamentoz müalicə həmişə və hamıya yaramır, lakin uşaqlıqdankənar hamiləlik erkən mərhələdə olduqda və embrionun ölçüləri böyük olmazsa, onda ginekoloq sizə dərman preparatı təyin edə bilər. Bu elə bir preparatdır ki, embrion hüceyrələrinin bölünməsinin qarşısını alır və onun məhv olmasına səbəb olur. Preparatın uşaqlıqdankənar hamiləlik dövründə tətbiq edilməsi üzrə bir neçə sxem mövcuddur. Sizin müalicə həkiminiz sizin üçün ən uyğun olan sxemi seçəcəkdir.
Uşaqlıqdankənar hamiləlik zamanı cərrahiyə əməliyyatı
Əgər embrion böyük ölçülərə gəlib çatıbsa və ən çətini uşaqlıq borusunun dağılması əlamətləri meydana gəlibsə, bu o deməkdir ki, ya embrion uşaqlıq borusunda deyil serviksdə, yumurtalıqda və yaxud başqa yerdədir, bu zaman təcili əməliyyat həyata keçilir. Əməliyyat qarın dərisində xırda dəliklərin açılması (bu metod laparoskopiya adlanır), yaxud dəridə böyük bir kəsiyin açılması ilə həyata keçirilir. Əgər boru hamiləliyi təsdiqlənibsə, lakin uşaqlıq borusu zədələnməmişdirsə, həkim uşaqlıq borusunu saxlamağa cəhd edə bilər ki, gələcəkdə sizin uşaq dünyaya gətirməklə bağlı probleminiz olmasın. Lakin uşaqlıq borusunun dağılması artıq baş vermişdirsə, onu yalnız birdəfəlik çıxarmaq lazım gəlir.
Hamiləlik testi və qanın XQ (xorionik qonadotropin) analizi nə göstərəcək?
Uşaqlıqdankənar hamiləlik müalicəsi yekunlaşdıqdan sonra mütəmadi olaraq (3 gündə bir dəfə) hamililəyin müəyyən edilməsi üzrə test eetmək və ya XQ səviyyəsini öyrənmək üçün qan analizi vermək lazım gələcək. Bu prosesi qanda XQ səviyyəsi hamilə olmayan qadınlarda olduğu səviyyəyə düşənədək və ya hamiləliyin təyini test mənfi nəticəni göstərənədək edirlər. Hamiləliyin yarım dayandırılmasından sonra qanda XQ səviyyəsi aşağı düşməlidir. Əgər XQ səviyyəsi düşmürsə və ya artırsa, bu o deməkdir ki, hamiləlik yarımçıq qalmayıb və embrion böyüməkdə davam edir. Belə halda müalicəni davam etdirmək lazımdır. Hamiləliyi təyin edən test hamiləliyin yarımçıq dayandırılmasından sonra da hələ bir neçə həftə ərzində müsbət nəticə göstərə bilər. Əgər müalicədən 4-5 həftə sonra da hamiləlik testi müsbət nəticə göstərirsə, bu o deməkdir ki, hamiləlik yarımçıq qalmayıb və müalicəni davam etdirmək lazım gələcək.
Mən uşaqlıqdankənar hamiləlikdn sonra yenə də hamilə qala bilərəm?
Uşaqlıqdankənar hamiləlik nə qədər tez aşkar edilərsə və müalicə nə qədər tez başladılarsa, gələcəkdə yenidən hamilə qala bilmək şansları bir o qədər yüksək olacaqdır. Əgər sizə uşaqlıq borusunun çıxarılması ilə həyata keçirilən əməliyyat aparıblarsa, onda təkrar hamiləlik şansı aşağı düşür. Buna baxmayaraq sizin təkrar hamilə qala bilmə üçün 50%-lik şansınız hələ də qalır. Uşaqlıqdankənar hamiləlik keçirmiş qadınlarda təkrar uşaqlıqdan kənar hamiləlik təhlükəsi digərlərinə nisbətən daha yüksəkdir. Təkrar hamiləliyi planlaşdırmamışdan əvvəl mütləq öz ginekoloqunuzla məsləhətləşin.
Histerosalpinqoqrafiya (HSQ) nə deməkdir?
Uşaqlıqdankənar hamiləliyin əsas səbəbi uşaqlıq borusunun keçilməzliyidir. Histerosalpinqoqrafiya (başqa sözlə metrosalpinqoqrafiya) bu uşaqlıq borusunun keçilməzliyini müəyyən etməyə imkan verən diaqnostika metodur. Həkim yüksək dərəcədə uşaqlıqdankənar hamiləlik təhlükəsi olduqda və yaxud əvvəl də uşaqlıqdankənaq hamiləlik olanlara HSQ müayinəsinin keçirilməsində israr edə bilər.