Yüklənir...

Yumurtalıqların polikistozu

Yumurtalıqların polikistozu

Yumurtalıqların polikistozu nədir?

Həkimlər bu xəstəliyi polikistoz yumurtalıq sindromu adlandırırlar (PYS). PYS zamanı yumurtalıqlarda çoxlu sayda xırda köpükcüklər əmələ gəlir ki, onları kista adlandırırlar. Həmin köpükcüklərin hesabına yumurtalıqların həcmi böyüyür. Yumurtalıqların polikistozu zamanı onların işi pozulur (yumurtalıq hüceyrələrinin çıxarılması) və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir.

 Yumurtalıqların polikitozunun səbəbləri hansılardır?

Yumurtalıqların polikistozunun yaranma səbəbləri hələ sona qədər öyrənilməyib. Polikistozdan əziyyət çəkən qadınlarda qanda testosteron (kişi cinsiyyət hormonu) səviyyəsi yüksək olur, eləcə də qanda qlükoza səviyyəsinin yüksəlməsi qeyd edilir (səbəb hormonun insulina qarşı dözümsüz olmasıdır). 

Yumurtalığın polikistozu əlamətləri nə zaman əmələ gəlir?

Polikistozun ilk əlamətləri hələ yeniyetmə yaşlarında, ilk menstruasiyanın baş verməsindən sonra əmələ gələ bilər. Bəzi hallarda qadınlar yumurtalıqların polikistozu olması barədə bilmirlər. Bəziləri uşaq dünyaya gətirmək qərarı alanda xoş olmayan xəbəri öyrənirlər. Bu halda polikistozun ilk əlaməti sonsuzluq ola bilər.

Yumurtalığın polikistozunun əlamətləri hansılardır?

Yumurtalığın polikistozu olan qadınlarda əlamətlər müxtəlif ola bilər. Xəstəliyi daşıyanlarda aşağıda sadalanan əlamətlərin hamısı olmaya bilər:

  • Qeyri-mütamadi aybaşılar – adətən, ginekoloqa müraciət etməyin səbəbi olan polikistozun tez-tez rast gəlinən əlamətləridir. Menstruasiyalar (aybaşılar) gecikmə ilə ola, bir neçə ay olmaya bilər və ya əksinə ay ərzində 2-3 dəfə baş verə bilər.
  • Qeyri-adi menstruasiyalar (aybaşılar): olduqca az və ya əksinə çox bol olurlar. Eləcə də menstuasiyanın (aybaşının) müddəti qeyri-daimidir: 2 gündən bir həftəyə qədər və ya daha çox.
  • Artıq çəki və piylənmə
  • Üzdə və bədəndə artıq tüklənmə
  • Yağlı üz dərisi və səpgilər 

Yumurtalıqların polikistozu zamanı hamiləlik mümkündür?

Yumurtalıqların polikistozu zamanı hamiləlik mümkündür, lakin xəstəlikdən əziyyət çəkən qadınlar hamiləliyin planlaşdırılması zamanı böyük çətinliklərlə üzləşirlər. Yumurtalıqların polikistozu zamanı qadınların orqanizmlərində hormonal pozuntular (testosteron səviyyəsinin yüksəlməsi) baş verir ki, bu yumurtalıqların normal fəaliyyətini pozur. Əgər yumurtalıqlar normal fəaliyyət göstərmirsə, onlar yumurtalıq hüceyrələri emal etmir. Bu ovulyasiyanın olmaması və ya anovulyar tsikl adlanır. Ovulyasiyanın olmamasının əsas əlaməti qeyri-mütəmadi menstruasiyaların (aybaşıların) olmasıdır. Bu halda xüsusi müalicə almadan hamilə qalmaq ehtimalı olduqca azdır. 

Polikistoz təhlükəli ola bilər?

Əksər hallarda yumurtalıqların polikistozu hər hansı bir kəskinləşmələrin yaranmasına səbəb olmur. Lakin bu xəstəliklə əlaqədar olan bəzi təhlükələr də vardır. Hər şeydən əvvəl şəkərli diabet təhlükəsidir. Şəkərli diabet zamanı qanda qlükoza səviyyəsi yüksəlir və maddələr mübadiləsinin ciddi problemlərinə gətirib çıxarır. Buna görə də yumurtalıqların polikistozu aşkar edilmiş bütün qadınlara heç olmasa ildə bir dəfə qanda qlükoza səviyyəsini yoxlatmaq məsləhət görülür. Yaşı 30-35-i keçmiş qadınlarda yumurtalıqların polikistozu yüksək arterial təzyiqin əmələ gəlməsinə gətirib çıxara bilər (hipertoniya xəstəliyi). Arterial təzyiqin yüksəlməsi ürək xəstəliklərinin əmələ gəlməsinə yol açır. Əgər yumurtalıqların polikistozu müalicə edilməsə uzunmüddətli hormonal pozuntular orqanizmdə uşaqlığın xərçəngi xəstəliyinin yaranmasına gətirib çıxara bilər.

Polikistozun diaqnostikası üçün hansı analizləri vermək lazımdır?

Yumurtalıqların polikistozu şübhəsinin yaranması zamanı qadına qanın hormonal analizini vermək tövsiyyə edilir. Yumurtalığın polikistozu USM-də yumurtalıqların ölçüsünün böyüməsi, onların divarının qalınlaşması və yumurtalıqlarda çox saylı kistaları əlamətləri kimi təsbit edilir. 

Yumurtalıqların polikistozunu necə müalicə etdirmək olar?

Polikistozun müalicəsinin bir neçə metodu vardır ki, onlar xəstənin yaşından, xəstəliyin əlamət və kəskinləşmələrindən asılı olaraq ginekoloq tərəfindən təyin edilir: 

  • Hormonal həblərin köməkliyi ilə müalicə
  • Əməliyyat keçirilməsi ilə müalicə (laparoskopiya)
  • Pəhriz köməkliyi ilə müalicə

Polikistozun hamiləlik əleyhinə həblərin köməkliyi ilə müalicə edilməsi

Hormonal hamiləlik əleyhinə olan həblər menstruasiya tsiklini tənzimləməyə, eləcə də üzdə və bədəndə tüklərin çıxmasının intensivliyinin qarşısını almağa, üz dərisini normallaşdırmağa və üzdəki səpgilərdən xilas olmağa imkan verir. Hamiləlik əleyhinə həblərin seçimi ancaq müalicə edən ginekoloqun məsləhəti ilə həyata keçirilir. 

Polikistozun əməliyyat (laparoskopiya) vasitəsi ilə müalicəsi

Əgər hormonal həblərlə müalicə heç bir fayda verməmişdirsə, onda xəstəyə laparoskopiya təyin edilə bilər. Laparoskopiya qeyri-adi əməliyyatdır, belə ki, onun keçirilməsi zamanı cərrah dərini kəsmir, sadəcə dəridə dəliklər açaraq bütün manupilyasiyaları aparır. Laparoskopik əməliyyatdan sonra dəliklər tez sağalır və ağırlaşma ehtimalı olduqca azalır. Laparoskopiyanı ümumi narkoz altında edirlər. Qadınlara əməliyyatın keçirilməsindən 8-12 saat sonra ayağa qalxmağa icazə verirlər, xəstəxananı isə 1-2 gün sonra tərk edə bilərlər. 

Yumurtalıqların polikistozu zamanı pəhriz

Təəccüblü görünə bilər, lakin sadə pəhriz belə polikistoz zamanı sağalmaya gətirib çıxara bilər. Bu zaman dietaya nəsə xüsusi bir inqridiyentlər daxil edilmir və buna görə də o istənilən qadın üçün əlçatandır. Dietanın polikistoz zamanı əsas prinsipi – sağlam qidalanma və yeməklərin az kalorili olmasıdır. Məhz piy toxumalarında çoxlu sayda kişi hormonları olduğu üçün artıq çəki və piylənmədən əziyyət çəkən qadınlarda yumurtalıqların polikistozuna daha çox rast gəlinir. Buna görə də qadınlarda piy toxumasını əritməklə hormonlar normaya düşür.

Beləliklə, əgər artıq çəkidən əziyyət çəkirsinizsə, bu zaman qidalanma rasiyonu barədə düşünün, sizin üçün yararlı olan sağlam dieta (www.dietalar.az) tərtib edin və arıqlayın.