Yüklənir...
Erkən menopauzanın (klimaks) səbəbləri və qarşısını necə ala bilərik?
Ölkəmizdə hər 100 qadından üçündə yaşanan erkən menopauza (klimaks) bəzı genetik faktorlardan və gündəlik həyatda etdiyimiz xətalara bağlı olaraq ortaya çıxır. Ölkəmizdə qadınlar orta hesabla 45-48 yaşından menopauza (klimaks) keçirməyə başlayırlar. Ancaq müxtəlif faktorların təsirindən menopauzaya 40 yaşından əvvəl də başlana bilər və bu hal "erkən menopauza" olaraq adlandırılır. Erkən menopauza bütün qadınların kabusudur və ölkəmizdə hər 100 qadından üçündə vaxtsız başlayır.
Erkən menopauzanın başlaması nədən asılıdır?
Menopauza keçirmə yaşını bildirən əsas göstəricilərdən biri qadının anasının və ya xalası kimi yaxın ailə qohumlarından birinin menopauzaya girmə yaşıdır. Bundan başqa hipotiroidi və ya xərçəng kimi müxtəlif xəstəliklər, ətraf mühüt çirkliliyinin artması kimi göstəricilər də erkən menopauzaya yol açan diğər önəmli faktorları yaradır. Bu riskləri dəyişdirmək heyifki mümkün deyil. Həm də gündəlik həyatda edilən bəzi xətalar var ki, bunlar da qadınların heç gözləmədikləri bir anda erkən menopauza ilə qarşılaşdırır.
Erkən menopauzanın səbəbləri
• Ailə anamnezi
• Əməliyyatla yumurtalıqların götürülməsi
• Autoimmun xəstəliklər
• Xərçəng müalicəsi
• Siqaret çəkmək: Sigaret çəkən və çəkməyən qadınlar üzərində aparılmış olan müşahidələrdə, siqaret çəkən qadınların digərlərinə baxanda daha erkən menopauza keçirdiyi göstərilir. 2500 qadını, 8 il təqib edilən bir müşahidəyə görə siqaret çəkən qadınlar menopauzanı 2 il tez keçirir.
• Qeyri-düzgün qidalanmaq: Orqanizmdəki yağın miqdarı bəlli bir kilodan aşağı enərsə menstrasiya kesilir. Zəif olmaq və tez kilo vermək menstruasiyanın kəsilmə səbəbidir. Yağlanma miqdarı bəlli bir nöqtəyə gəlincə qadın yeniden aybaşı görməyə başlaya bilər. Yağ kütlə indeksi yüzdə 12-dən aşağı enəndə hipotalamik amenoreya, yəni aybaşı olmama yaranır. Bu qadınların üçdə biri də erkən menopauza keçirir.
• Stresli həyat tərzi: Stres tək başına erkən menopauzanın səbəbi olmasa da, digər səbəblərlə bir yerdə erkən menopauzanı tezləşdirən önəmli bir səbəb olaraq görülür.
• Hərəkətsiz həyat keçirmək: Hərəkətsiz həyat və qeyri-sağlam qidalanma sonda ortaya çıxan piylənmənin və beləliklə də erkən yetişməyə yol açır. Erkən yeniyetməliyə girən qız uşaqları erkən menopauza problemi ilə də qarşılaşır.
Erkən menopauzaya qarşı nə etmək olar?
Paylaş: