Yüklənir...

Qadın orqazmı: miflər və reallıqlar

Qadın orqazmı: miflər və reallıqlar

Orqazm nə deməkdir?

Orqazm vagina əzələlərinin yığılması ilə müşayiət edilən intensiv fiziki həzz və boşalma deməkdir. Orqazm istər cinsi akt, istərsə də masturbasiya, pettinq və hətta yuxu zamanı da baş verə bilər. Qadınlar bu hissi müxtəlif şəkildə təsvir edirlər və hətta eyni qadında orqazmlar öz gücü, müddəti və həzzin pik nöqtəsinə çatmaq üçün lazım olan müddətə görə müxtəlif ola bilər.

 Bütün “normal” qadınlar seks zamanı orqazm keçirirlər?

Xeyr, bu doğru deyil. Statistikaya əsasən qadınların cəmi 30% mütəmadi olaraq seks zamanı orqazm yaşayırlar. Daha 30% cinsi akt zamanı orqazm hissini əlavə stimullaşdırmanın hesabına (misal üçün klitorun əllə stimullaşdırılması) əldə edə bilirlər, yerdə qalan qadınlar isə klassik seks zamanı heç bir vaxt orqazm hissi keçirmirlər. Lakin misal üçün oral seks, klitorun əllə stimulaşdırılması, masturbasiya və s. üsullarla həzzin pik nöqtəsinə çata bilirlər. Əgər axırıncı qadınların aid edildiyi qrupa daxilsinizsə, özünüzü normadan kənar biri kimi hesab etmək lazım deyil. Orqazm onun hansı yolla əldə edilməsindən asılı olmayaraq elə orqazm olaraq qalır.

Orqazma çata bilməmə onu göstərir ki, qadın soyuqdur (frigid)?

Hazırda seksoloqlar və psixiatrlar belə bir qənaətə gəlirlər ki, frigidlik anlayışının özü bir mifdir və reallığa heç bir aidiyyatı yoxdur. Əgər orqazmə çatma ilə bağlı problemləriniz mövcuddursa, lakin eyni zamanda seksual istək varsa, onda hansı frigidlikdən söhbət gedə bilər? Əgər orqazm əldə edə bilmə problemləri ilə yanaşı olaraq libidonun da aşağı düşməsi qeyd edilirsə (seksə həvəssizlik), bu zaman problemin kökü siz və tərəf müqabiliniz arasında kifayət qədər ünsiyyətin olmaması, münasibətlərdə romantika və intimliyin çatışmazlığı, ciddi münasibətlərdən qorxma və hətta hormonal pozuntular, qəbul etdiyiniz dərmanlar və s. ola bilər. Mütəxəssislər əmindirlər ki, bu problemlərdən istənilənini həll etmək mümkündür, bunun əsl səbəbini tapmaq lazımdır. Buna görə də özünüzə indidən “frigidlik” damğası vurmayın – bu artıq uzaq keçmişdə qalmış tibbi mifdən başqa bir şey deyil.

Seksdən həzz almaq üçün qadın mütləq orqazm keçirməlidir?

Orqazm sözsüz ki, cinsi aktın çox xoş olan bir sonluğudur, lakin qadınların böyük əksəriyyəti hər cinsi akt zamanı orqazm yaşamadan belə cinsi həyatdan zövq alırlar.

Mən nə vaxt ilk orqazmımı yaşayacam?

Cinsi həyatlarına yenicə başlamış bir çox qadınlar orqazm hələ yaşamadıqlarından narahat olurlar. Əslində kişilərdən fərqli olaraq, qadınlar orqazm yaşamağı ilk olaraq öyrənməlidirlər. Tədqiqatlara əsasən, qadınların əksəriyyəti ilk orqazmını seksual həyata başlamalarından bir neçə ay sonra yaşayırlar. Qadının ilk orqazmını nə vaxt yaşaması bir çox amillərdən asılıdır: cütlükdəki qarşılıqlı münasibətlər, tərəf müqabilinə intim şəraitin yaranmasına görə etibar, tərəf müqabilinin eksperimentlərə hazır olması və s. Qadınların ilk orqazmını 35-40 yaşlarından sonra ilk dəfə yaşamaları da nadir hal deyil. 

Anorqazmiya nədir?

Anorqazmiya seksual funksiyanın elə bir pozuntusudur ki, o orqazm yaşama qabiliyyətinin olmaması ilə xarakterizə edilir. Bəzi tədqiqatların nəticələrinə görə qadınlar 10% qədəri bu pozuntudan əziyyət çəkir. 

Anorqazmın bir neçə növü mövcuddur:

  • Ilkin anorqazmiya: qadın həyatında heç bir zaman orqazm yaşamamışdır (hətta masturbasiya zamanın da).
  • Ikinci anorqazmiya:  qadın əvvəllər orqazm həzzini yaşayıb, lakin son zamanlar bu qabiliyyətini itirib.

Niyə məndə orqazm baş vermir?

Qadınlarda orqazmın olmamasının (anorqazmiya) ən geniş yayılmış səbəbləri aşağıdakılardır:

  • Cütlükdə problemlər var: qarşılıqlı anlayış yoxdur, yataqda təcrübəsiz görünmək qorxusu, tərəf müqabilindən utanma və ya ona etibar etməmə, ünsiyyətin kifayət qədər olmaması və s.
  • İntim həyat üçün uyğun gələn yerin olmaması (bina girişində, küçədə seks, cütlüyü bu halda istənilən zaman yaxalaya bilərlər və s.).
  • Psixoloji problemlər: cinsi həyatla əlaqədar olaraq günahkarlıq hissi, mədəniyyət və ya dini təzyiq, hamiləlik və ya cinsi yolla ötürülən xəstəlik qorxusu, həyatın müəyyən mərhələsi ilə əlaqədar olan həyəcan, depressiya, stress vəziyyəti və s.
  • Cinsi akt zamanı ağrı və narahatlıq əmələ gətirən cinsiyyət orqanlarının iltihablı xəstəlikləri. İltihabın digər əlamətləri: vaginadan ifrazatlar, xoşagəlməz qoxu, cinsiyyət orqanı nahiyəsində qaşınma, qarın altında ağrı, sidiyə getmə zamanı ağrı və s. Cinsiyyət orqanlarının iltihabını müəyyən etmək üçün yaxmanı analizə vermək və bəzi hallarda kiçik çanaq orqanlarının USM-i həyata keçirmək lazımdır ki, gizli xəstəlikləri aşkar etmək mümkün olsun və s.
  • Hamiləlik əleyhinə həblərin qəbul edilməsi də qadınlarda seksual həvəsin azalmasına və orqazm yaşama qabiliyyətinin itirilməsinə yol açır. Hamiləlik əleyhinə həblərin qəbul edilməsi fonunda orqazm əldə edilməsi istiqamətində problemləriniz yaranırsa, ginekoloqunuzla həblərinizin digərlərinə dəyişdirilməsini müzakirə edin.  
  • Bəzi dərmanların qəbulu: antidepressantlar, antihistamin preparatları (allergiyaya qarşı) və arterial hipertenziyanın (təzyiq əleyhinə) müalicəsi üçün istifadə edilən dərmanlar qadının orqazm yaşaya bilmək qabiliyyətini pozurlar.
  • Keçmişdə kiçik çanaq orqanlarının həyata keçirilmiş əməliyyatları: uşaqlığın çıxarılması, uşaqlıq boynunun xərçəngi ilə əlaqədar olaraq uşaqlıq boynunun konizasiyası və s.
  • Uşağın doğulması: doğumdan sonrakı ilk həftələr, aylar və illər ərzində seksual cəlbetmənin aşağı düşməsi nadir hadisə deyil. Saytımızda buna həsr edilmiş ayrıca məqalə yerləşdirilmişdir: Doğumdan sonra seks
  • Yaş: menopauza (klimaks) baş verməsi ilə bir çox qadınlar libidonun aşağı düşməsi və orqazm yaşamaq qabiliyyətinin zəifləməsini qeyd edirlər. Saytımızda buna həsr edilmiş məqalə vardır: Seksual həyat və klimaks

Bu orqazmın mövcud olmamasının səbəblərini göstərən heç də tam olmayan bir siyahıdır. Bunun konkret səbəbinin müəyyən edilməsini yalnız mütəxəssis həyata keçirə bilər (ginekoloq, psixoloq, seksoloq).

Orqazm yaşamağı necə öyrənmək olar?

Anorqazmın müalicə edilməsi metodu orqazmın olmamasının səbəbindən asılıdır və bir qayda olaraq kompleks yanaşma ilə həll edilməlidir. Bu həyat tərzinin dəyişməsi, psixoterapiya və dərman müalicəsindən ibarətdir. Əgər orqazmın yaşanması ilə bağlı problemlər yaranıbsa, aşağıda göstərilən məsləhətlər faydalı ola bilər:

1. Uyğun intim şərait tapın

Bu məsləhət hələ ki öz yaşayış yerləri olmayan gənclərə daha çox aiddir. İctimai yerlərdə və ya valideynlərin evində seks, onlar hər an geri qayıda bilərlər fikri, orqazm yaşaya bilmək üçün yaxşı üsul deyil. Sizə heç kimin mane olmayacağına tam əmin olana qədər seksi təxirə salın.

 2. Kontrasepsiyalar haqqında düşünün

Əgər seks zamanı sizin tərəf müqabiliniz ancaq “vaxtında geri çəkmək” haqqında düşüncələrə qapılıbsa, onda boşalma və orqazm üçün sadəcə zaman qalmayacaq. Yarımçıq kəsilən cinsi akt arzu edilən deyil. Əgər hamiləlik planlamırsınızsa, rezin qoruyucular və ya hamiləlikdən digər qorunma vasitələrindən istifadə edin ki, seks zamanı səhlənkarlığınız haqqında düşüncələrə vaxtınız qalmasın. Kontraseptiv həbləruşaqlıqdaxili kontrasepsiyalar haqqında saytımızda mövzular var.

3. Öz bədəninizi başa düşməyi öyrənin

Seksual həzzin əldə edilməsinin sirri ondan ibarətdir ki, məhz hansı sığalların sizi həyacanlandırdığını başa düşəsiniz. Özünüzün erogen zonalarınızın tanınması üçün gözəl vasitə masturbasiyadır. Masturbasiya məhz hansı nöqtələrin stimulyasiya edilməsinin sizə daha çox həzz verə biləcəyini aydınlaşdırmağa kömək edir. Əldə etdiyiniz informasiyanı öz tərəf müqabilinizlə bölüşün ki, o da sizə necə orqazm yaşada bilməsinin yollarını bilsin. 

4. Erogen nöqtələrin stimulyasiyanı gücləndirin

Artıq qeyd etmişdik ki, qadınların ancaq 30% cinsi akt zamanı orqazm əldə edə bilir. Yerdə qalan qadınlara erogen zonaların əlavə stimulyasiyası lazım gəlir (əksər hallarda klitorun). Klitorun birbaşa olmayan stimulyasının baş verdiyi pozaları seçməyə çalışın (misal üçün, çapar poza). Əgər siz klitorun toxunulmaz qaldığı pozanı seçmisinizsə, tərəf müqabilinizdən onu öz əli ilə stimullaşdrımasını xahiş edin (yaxud da bunu özünüz edin). Seksual stimulyasiyanın intensivliyini artırmaq üçün vibratordan da istifadə edə bilərsiniz.

5. Seks zamanı orqazm haqqında düşünməyin, çalışın ki, prosesin özündən həzz alasınız

Diqqətin həddən artıq səviyyədə orqazm üzərində cəmləşməsi sizə sərbəst olmağa mane olur və yekun nəticədə siz həzzin zirvəsinə qalxa bilmirsiniz. Sadəcə öz bədəninizdən deyil, intim yaxınlığın özündən, tərəf müqabilinizin bədənindən zövq almağı öyrənin. Müvəqqəti orqazm əldə edə bilmək qabiliyyətini itirməyiniz sağlam intim həyatın davam etdirilməsi üçün maneə olmalıdır.

6. Seks zamanı tərəf müqabilinizlə ünsiyyətdə olun

Kişi partyorunuzdan xahiş edin ki, sizi istədiyiniz hissədən sığallasın, pozanı dəyişin və s. Kişilər fikirləri oxumağı bacarmırlar, lakin həmişə qadınına yardım etməyə hazırdırlar. Yataq utanmaq üçün deyil və susaraq tərəf müqabilinizin sizi sözsüz anlamasını gözləmək də doğru olmaz. Əgər seks zamanı kişinin etdiyi hansısa bir hərəkət xoşunuza gəldisə, mütləq bunu ona deyin. Təkcə sizə deyil, sizin tərəf müqabilinizə də sizin bədəninizi tanımaq lazımdır.

7. Fantaziyalar qurun

Seks zamanı sizi həyəcanlandıran şeylər barəsində düşünün. Özünüzü və tərəf müqabilinizi gördüyünüz hansısa bir erotik filmdə və yaxud özünüzün qurduğunuz fantaziyalarınızda olduğu kimi təsəvvür edin. Öz fantaziyalarınızı tərəf müqabilinizlə bölüşə bilərsiniz və rollu oyunlardan istifadə etməyi öyrənin.

8. Lubrikantlardan (süni şirə) istifadə edin

Ehtiras zamanı vaginadan şirə ifraz olunmursa cinsi akt zamanı ağrılar və göynəmə hiss ediləcək. Əgər seks zamanı xoşagəlməz hisslər keçirirsinizsə, mütləq süni şirədən (lubrikant) istifadə edin. Onu aptekdən ya da seks-şopdan almaq olar.

9. Güclü seksual həyəcanlanma vəziyyətindən orqazma keçməyi öyrənin

Əgər seks zamanı orqazmın yaxınlaşmasını siz hiss edirsənizsə, növbə ilə çanaq dibi əzələləri (Keqel hərəkətlərində olduğu kimi) sıxıb və sərbəstləşdirməyə başlayın. Adətən bu fənd orqazm mexanizmini “işə salmağa” kömək edir.

10. Eyakulyasiya hələ cinsi aktın sonu demək deyil

Kişinin eyakulyasiya mərhələsinə gəlib çatması çox vaxt qadının güclü seksual həyəcanla keçirməsi ilə eyni vaxta düşür. Belə cütlüklər üçün eyakulyasiya cinsi aktın sona çatmasına işarədir, lakin sizə orqazm keçirmə şansını əldən buraxmaq olmaz. Tərəf müqabilinizdən xahiş edin ki, sizin erogen zonalarınız stimullaşdırmaqda davam etsin, baxmayaraq ki, o artıq “işini başa vurub”. Bəzi qadınlar bunu xahiş etməyi utanırlar, lakin kişilərin böyük əksəriyyəti belə bir təklifi sevinclə qəbul edirlər və öz qadınına həzz verməyə can atırlar. Eqoist görünməkdən və ya kişini yormaqdan qorxmayın. Əksinə, siz ona özünüzə həzz verməsi üçün şans verirsiniz. 

11. Seks zamanı ağrıların səbəbini aydınlaşdırın

Əgər seks zamanı ağrı hiss edirsinizsə, mütləq öz ginekoloqunuzla məsləhətləşin. Seks zamanı ağrılar normal deyil. Bu əlamət müxtəlif xəstəliklərin mövcud ola bilməsinə işarədir ki, onlar çətin ki, tibbi yardım olmadan öz-özünə keçib getsin.

Əgər heç nə kömək etmirsə ...

Orqazmın mövcud olmamasının səbibi sizin şüurunuzun dərinliklərində ola bilər. Bəzən belə problemlərin öhdəsindən ancaq həkim-seksoloq və ya psixoterapevtə müraciət etməklə gələ bilərsiniz.