Yüklənir...
Tampon nədir?
Tampon hopdurucu materialdan hazırlanmış və uşaqlıq yoluna yeridilən “bükmə”dir. Tampon sayəsində menstrual ifrazatlar uşaqlıq yolundan kənara tökülməyib tamponun xüsusi hopdurucu materialına hopur.
Tamponların hansı növləri olur?
Bezlər kimi, tamponlar da müxtəlif ölçüdə olur və hopdura bildiyi menstrual ifrazatların miqdarından asılı olaraq qablaşmada “damcı” sayı ilə işarələnir. 1-2 damcılıq tamponlar ən balaca ölçüdə olur və daha az qan hopdurur, buna görə də bu, az miqdarda menstruasiyası olan qadınlar üçün yararlıdır. 3-4 və daha çox damcının göstərildiyi tamponlar çox miqdarda aybaşı zamanı yararlıdır. Tamponun uşaqlıq yoluna yeridilməsini asanlaşdırmaq üçün onlardan bəziləri xüsusi aplikatorla, şprisə bənzər plastik futlyarla təchiz edilmişdir.
Tampondan necə istifadə etməli?
Tampon aplikatorludursa:
Tampon aplikatorsuzdursa
Tamponun xaric edilməsi:
Faydalı məsləhətlər
Tamponlar haqqında ən çox verilən suallara ginekoloqların cavabları
Tamponlardan ilk aybaşın başladığı gündən istifadə edə bilərsən. Ən əsası müvafiq ölçüdə tamponları seçməkdir.
Tamponlardan cinsi həyata başlamazdan öncə də istifadə edə bilərsiniz. Düzgün seçilmiş tamponlar (2-3 damcılıq balaca ölçüdə) qızlıq pərdəsini zədələyə bilməz (əlbəttə, əgər tampon ehtiyatla yeridilirsə və xaric edilirsə).
Yox, bu, ağrılı deyil. İlk vaxtlarda tamponu daxil edərkən və ya xaric edərkən diskomfort hiss edəcəksiniz, amma lazım olan şeyləri ehtiyatla və yavaş-yavaş etdikdə, ağrı olmayacaqdır.
Bəli, tampondan istifadə edərkən üzə bilərsiniz. Əgər tamponun ölçüsünü düzgün seçmisinizsə və onu uşaqlıq yolunun kifayət qədər dərinliyinə yeritmisinizsə, onda menstrual qan suya düşməyəcək, su da, öz növbəsində, uşaqlıq yoluna düşə bilməyəcəkdir.
Yox, bu, arzuolunmazdır. Tampon uşaqlıq yolunda ardıcıl olaraq 6 saatdan artıq qalmamalıdır, əksər ginekoloqlar isə tamponları hər 3-4 saatdan bir dəyişməyi tövsiyə edirlər.
Yox, bu, mütləq deyil. Tampon uşaqlıq yolundadır ki, bunun da nə sidik ifrazına, nə də defekasiyaya aidiyyatı yoxdur. Əgər tamponu yenicə yeritmisinizsə, onda onu hər dəfə tualetə gedərkən dəyişmək lazım deyil.
Tampondan istifadə qaydalarına əməl edildikdə, iltihab riski minimuma bərabərdir. Tamponu yeritməzdən əvvəl və ya onu xaric etməzdən əvvəl əlinizi yaxşı-yaxşı yumağı unutmayın, habelə tamponu uşaqlıq yolunda 6 saatdan (daha yaxşı olar ki, 3-4 saatdan) artıq saxlamayın.
Əgər tampon uşaqlıq yoluna daxil edildikdən sonra onu hiss etmirsizsə və bu zaman tampondan çıxan sap çöldədirsə, onda onu düzgün qoymusunuz. Tamponu daxil etdikdən sonra onu hiss edirsizsə, deməli, o, kifayət qədər dərinlikdə deyil və istənilən an düşə bilər. Belə olduqda tamponu daha dərinliyə yeritmək və ya onu çıxarıb yeni tamponu elə yeritmək lazımdır ki, onu hiss etməyəsiniz.
Uşaqlıq yolu borudur. Onun sonunda sıx əyilmiş uşaqlıq boynu yerləşir. Buna görə də tampon heç cür uşaqlıq yolundan uşaqlığa düşə və “itə” bilməz. Tamponu uşaqlıq yoluna yeritmisizsə, onda siz onu xaric etməyincə, o, burada qalacaqdır.
Bəzi hallarda tampon sapla bilrikdə uşaqlıq yolunun dərinliyinə gedir və ya sap qırılır. Təşvişə düşmək lazım deyil, çünki çox güman ki, bu problemin öhdəsindən özünüz gələ biləcəksiniz. Gücənməyə çalışın (defekasiya zamanında olduğu kimi) və tampon özü xaric olacaqdır. Bu, baş vermədikdə, onu uşaqlıq yolunun dərinliyinə yeridilmiş barmaqlarınla çıxarın. Əgər tamponu heç cür özünüz çıxara bilmirsinizsə, onda həmin gün ginekoloqa müraciət etməlisiniz. Ginekoloq tamponu tez bir zamanda ağrısız çıxaracaq.
Bəli, doğrudur. Tamponlardan istifadə edən qadın və qızlarda toksiki şok sindromu riski daha yüksəkdir. Bu sindromun yaranmasına səbəb bakteriyalardır. Orqanizmə daxil olan bu bakteriyalar qana zəhərli maddələr (toksinlər) ifraz edə bilir. TŞS-nun simptomları: bədənin temperaturunun yüksəlməsi, qusma, ürəkbulanma, baş gicəllənmə, diareya, dəridə səpgilərin yaranması. Sizdə bu simptomlardan ən azı biri yarandıqda, dərhal tamponu xaric edin və mümkün qədər tez həkimə müraciət edin.
Paylaş: