Yüklənir...

Prolaktin hormonu nədir, rolu, normal dəyəri, artması və hipofiz adenoması

Prolaktin hormonu nədir, rolu, normal dəyəri, artması və hipofiz adenoması

Prolaktinin artması (Hiperprolaktinemiya)

Prolaktin orqanizmdə süd ifrazını təmin edən hormondur. Qadın hamilə olanda yüksələn hormonlar prolaktini xəbərdarlıq edərək döşlərdən süd ifrazını həyata keçirirlər. Bəzi qadınlarda kolostrum adlanan erkən süd hamiləlik dövründə, amma ana olmadan əvvəl də ifraz oluna bilir.

Prolaktin hormonu hamiləlik olmasa da qadın reproduktiv orqanlarının inkişafı və funksiyası üçün müəyyən səviyyədə lazımdır. Bu hormon beynimizin alt hissəsindəki hipofiz adlanan vəzinin hüceyrələrində ifraz olunur və qana keçir. Beynin hipotalamus deyilən hissəsindən ifraz olunan dopamin bir başqa maddənin ifrazı ilə nəzarət altında saxlanılır.

Prolaktin yüksəlməsinin səbəbləri nələrdir? (Hiperprolaktinemi)

- Prolaktin hormonu;

-  Hamiləlikdə

- Hipofiz toxumanın adenoma deyilən şişlərində

- Qalxanabənzər hormonun pozğuntularında

- Esterogen hormonunun yüksəlmələrində

- Dopamin deyilən hormonun ifrazının azalması vəziyyətində (şişlər, bəzi dərmanlar və hipofiz vəzinin şişi)

- Bəzi psixiatrik və ya hipertoniya dərman vasitələrinin istifadəsində

- Həddindən artıq döş (döş ucu) həssaslığı arta bilər, ancaq bəzən də heç bir səbəb olmadan olur. Prolaktin hormonunun yüksəlməsinə hiperprolaktinemi deyilir.

 Prolaktin hormonu yüksələndə (hiperprolaktinemi vəziyyətində) orqanizmdə nə baş verir?

Menstruasiya nizamsızlıqları (az menstruasiya, seyrək menstruasiya, menstruasiya olmama)

  • Döş axıntısı (hamiləlik olmadan süd gəlməsi qalaktoreya adlanır)
  • Ovulyasiyanın pozulması səbəbilə hamilə qala bilməmə (səbəbsizlik) görülə bilər

Prolaktin səviyyəsini bilmək üçün laborator qan müayinəsi lazımdır. Ancaq analiz verməzdən öncə bəzi məqamlara diqqət edilməlidir:

  •  Səhər saat 10:00-11:00 arasında baxılmalı
  •  Testin gecəsi və səhəri cinsi əlaqədə olmamalı
  •  Testdən bir neçə gün öncə süd vəzini qıcıqlandırmaqdan çəkinilməli (dar lifçik taxmamalı, döşləri yumaq üçün olsa belə təzyiq edilməməlidir)
  •  Mümkünsə ac olmalı
  •  İstifadə edilən dərmanların xüsusilə psixiatrik dərmanların kəsilməsi 
  •  Qan nümunəsi alınmadan əvvəl stresdən uzaq olmaq önəmlidir. Mümkündürsə 10-15 dəqiqəyədək sakit mühitdə oturub sonra qan nümunəsi almaqda fayda vardır.

Menstruasiya nizamsızlığı, hamilə qala bilməmə, döşdən süd vermə dövründən kənar vaxtda süd gəlməsi şikayətlərindən hər hansı biri və ya bir neçəsi ilə müraciət edən qadınlardan qanda prolaktin hormon səviyyəsi ölçülməsi tələb olunur.
Hiperprolaktinemiya diaqnozu olan qadında hormon səviyyəsi bəlli bir səviyyənin üzərində (adətən 5-25 ngr/mldir) olanda adətən hipotalamus və hipofiz araşdırılır. Bu araşdırmanın məqsədi qadında hipofiz adenoması deyilən və hiperprolaktineminin ən sıx səbəbi olan xoş xassəli hipofiz şişi olub-olmadığının araşdırılması və bölgədə hiperprolaktinemiya probleminə səbəb ola biləcək digər nadir halların araşdırılmasıdır. Təsvir üsulu kimi sadə bir türk yəhəri ("cella turcica") (beyində içində hipofizin olduğu anatomik bölgə) rentgeni tələb olunur, adenoma şübhəsinin yüksək olduğu hallarda daha həssas, ancaq qiyməti daha bahalı olan KT (kompüter tomoqrafiya) və ya MRT (maqnit rezonans tomoqrafiya) lazımdır.

Prolaktin yüksəkliyi sonsuzluğa səbəb olurmu?

Səbəbsiz hamilə qala bilməyən qadınlarda çox vaxt prolaktin hormonun hədsiz yüksəkliyi olur. Ancaq hər prolaktin yüksəkliyi olanda hamiləliyə mane kimi görülməyə bilər. Prolaktin hormonu artdıqca qadının ovulyasiya funksiyasında qüsurlar müşahidə olunur. Bu pozulma prolaktin hormonunun yüksəkliyi ilə düz mütənasibdir. Yəni prolaktin hormonu nə qədər yüksəkdirsə ovulyasiya funksiyaları da o qədər pozulacaqdır və nəticədə heç menstruasiya olmamaq, menstruasiyanın kəsilməsi də baş verə bilər.
Prolaktini yüksək olan qadınlarda menstruasiya nizamsızlığı tez-tez müəyyənləşir. Adətən döşlərdən süd gəlməsi kimi şikayətlər də ola bilər, lakin bu həmişə belə olmur. Hamiləlik dövründə olmayan qadının qanında olan yüksək prolaktin həmişə süd vəzi toxumasının süd ifrazına səbəb olmur. Bununla yanaşı döşlərindən süd gəlmə şikayəti olan qadınlarda bəzən prolaktin hormonu səviyyəsi normal da ola bilir. Bunun mümkün səbəbi kimi müasir klassik laboratoriya üsulları ilə ölçülə bilməyən bəzi prolaktin hormonu növlərinin mövcüdluğudur.

Prolaktin yüksəkliyi necə müalicə edilir?

Hiperprolaktinemiya dərman müalicəsinə yaxşı cavab verir. Müalicədə dərman istifadəsi ən etibarlı və sağlam üsuldur, prolaktin hormonu istehsalını və qana ifrazına nəzarət edən hormona qarşı dərmanlar istifadə edilir və xəstələrin çoxunda problem dərman müalicəsi ilə aradan qalxır.
Ancaq dərman müalicəsi yan təsirlərlə yanaşı özü də müalicə deyil. Bəzi xəstələrdə baş gicəllənmə, ürək bulanma və halsizliq, təzyiqdə azalıb artma kimi problemlər yarada bilər, bunlar zaman içərisində azalır və müalicə bitəndə də yox olurlar. Prolaktin səviyyəsini yüksəldən səbəbi tapmağa çalışmalı və ona qarşı müalicə edilməlidir. Qadında prolaktin yüksəkliyi müəyyən olunmuşsa, prolaktin səviyyəsini salan dərmanlar, bəzən də yanaşı ovulyasiyanı nizamlayan dərmanlar istifadə edilir. Problem döşlərdən süd ifrazı olduqda isə yanız prolaktin səviyyəsini salan dərmanlardan istifadə edilir.
Şikayət menstruasiya nizamsızlığı olanda yenə də prolaktin səviyyəsini salan dərmanlardan, hamilə qalmaq istəməyən qadında menstruasiyanı nizama salan  hamiləlik əleyhinə həblər kimi dərmanlardan da istifadə edilə bilər.

Hipofiz adenomasının müalicəsi 

Adenomlar xoş xassəli şişdir və olduqca da tez-tez müşahidə edilir. Xərçəng olma riski göstərmirlər və adətən yavaş böyüyürlər. Hipofiz adenomlarının ölçüləri 1 sm-dən kiçik olanlara mikroadenoma, böyük olanlara makroadenoma deyilir. Ancaq əhəmiyyətli olan adenomanın ölçüsü deyil, ətraf toxumalara etdiyi təzyiqidir. Həm də böyümə və hormon ifraz etmə sürətidir. Hipofiz adenomasının ətraf orqanlara etdiyi təzyiqinin dərəcəsi olur. Təzyiq həm də görmə sinirinə siraət edir və bunu ixtisas həkimi edir. Adenomaların böyük qismi prolaktin əleyhinə dərmanlarla müalicə edilə bilər. Beləliklə əməliyyatlara olduqca az müraciət edilir. Xüsusilə şiddətli simptomlara səbəb olan (şiddətli baş ağrısı, görmə sahəsinin çox daralmış olması) və ya sürətli böyümə meyli göstərən adenomlarda əməliyyat lazımdır.
Əgər qadının heç bir şikayəti yoxdursa və təsadüfən hiperprolaktinemi aşkarlanmışdırsa narahatlığa lüzum yoxdur. Müasir tibbə məlumdur ki, prolaktin müxtəlif molekul növləri vardır ki, yüksək göstəricilər olsa da, klinik olaraq şikayətsiz keçirilir. Buna görə müalicəyə ehtiyac duyulmur.